Qərbin Suriya qorxusu
Oxunub: 5925
17 Feb 2014 | 09:51
Qərbin Suriya qorxusu

Suriyada daxili savaşın günü-gündən şiddətləndiyi və daha amansız xarakter aldığı hazırkı dönəmdə problemin həlli üçün beynəlxalq təşkilatlar öz səylərini davam etdirsə də, münaqişə hələ də həll edilməmiş qalmaqdadır. Nə qədər qəribə olsa da kütləvi insan qırğınları ilə müşahidə edilən bu savaş zamanla öz ölümcül vüsətini genişləndirsə də, Qərb Suriyada yaşanan insanlıq faciəsini önləmək üçün hansısa təsirli addımlar atmağa tələsmir. Əksinə, sadəcə bəyanatlar verməklə kifayətlənən iri Qərb dövlətləri faktiki olaraq Bəşər Əsədə öz cinayətlərini davam etdirmək fürsəti verib ki, bu da minlərlə insanın ölümü deməkdir. 

 

Qərb Suriyaya müdaxilədən niyə ehtiyat edir?

 

Suriyada proseslərin ilk dönəmində Qərbin bu ölkəyə hərbi müdaxiləsi gözlənilən olsa da, hadisələrin sonrakı inkişafı bu ehtimalı demək olar ki, tamamilə ortadan qaldırdı. Qərbin Liviyada nümayiş etdirdiyi mövqeyi bu ölkədən daha ciddi fəlakətlərin yaşandığı Suriyada ortaya qoymaması isə beynəlxalq siyasi arenada fərqli şərhlərə yol açdı. Bəzi siyasilər bunu çoxsaylı hərbi birləşmələrin başında dayanan B.Əsədin uğurlu özünümüdafiə bacarığı, bəziləri isə Rusiya və İran amili ilə izah etdi. Xüsusilə də Rusiyanın aşkar şəkildə B.Əsədin müdafiəsinə qalxması və Çinin diplomatik gücündən BMT-də öz maraqlarındna yana istifadə etməsi ictimai rəyə Qərbin Suriyaya müdaxiləsini əngəlləyən amillər kimi təqdim olundu. Qərb iqtisadiyyatının yeni bir savaşa hazır olmadığı, Suriyaya müdaxilənin milyardlarla dollar vəsaitə başa gələcəyi və s. amillər də Əsəd rejimindən qurtulmağa çalışan insanlara Qərbin “üzürü” kimi izah edildi.

Mövcud proseslər fonunda diqqət çəkən amillərdən biri də ilk vaxtlar Suriyada baş verən proseslərə seyrçi qalmayacağını iddia edən Türkiyənin də sonradan sadəcə tamaşaçı mövqeyindən çıxış etməsi oldu ki, rəsmi Ankara bu gün də eyni mövqedə qalmaqdadır. Bəzi mütəxəssislər isə hesab edir ki, Suriyaya hərbi müdaxilənin reallaşmamasının kökündə Qərbin sadəcə belə bir müdaxilədə maraqlı olmaması dayanır. Ekspertlərin qənaətincə, Qərb Rusiyanın da əsas oyunçu qismində çıxış etdiyi bu müdaxiləyə xeyirdən daha çox ziyan gətirə biləcək riskli addım kimi baxır və hesab edir ki, “heç nədən” belə bir risk almağa lüzum yoxdur.

 

Bəşər Əsəd Rusiya və İranın himayəsi altında

 

Moderator.az-ın məlumatına görə, “Hürriyyət” qəzetinə açıqlama verən konfiliktoloq Elxan Mehdiyev hesab edir ki, Suriyanı digər ərəb dövlətlərindən fərqləndirən bir sıra amilər mövcuddur ki, məhz bu amillər Bəşər Əsədin hakimiyyətdə qalmasını təmin edir: “Şübhəsiz ki, Suriyadakı proseslərə Qərbin müdaxilə edəcəyi ilə bağlı gözləntilər ilk zamanlar daha böyük idi. Gözlənilirdi ki, proseslər Misirdə, Tunisdə, Liviyada olduğu kimi baş verəcək. Ancaq Suriyada proseslər hər kəsin gözləntisindən fərqli olaraq başqa məcrada inkişaf etdi. Bunun da özünəməxsus səbəbləri var. Məsələ bundadır ki, Suriya Misir, Liviya və  s. kimi ölkələrdən bəzi mühüm xüsusiyyətlərinə görə fərqlənirdi. Misir ordusunun Amerika ordusu ilə bağlılığı var idi və bu amil Misirdəki proseslərdə heç də az rol oynamadı. Liviyada isə çoxsaylı mərkəzləşmiş nizami ordu yox idi. Suriyada isə xeyli sayda mərkəzləşmiş ordu mövcud idi və habelə bu ölkədə Rusiyanın təsiri özünü daha çox hiss etdirirdi. Suriya Rusiya və İran tərəfindən hər mənada ciddi dəstək aldı. Sonradan Rusiya və Çinin Suriyaya qarşı hərbi müdaxilənin əleyhinə səs verməsi bu məsələdə beynəlxalq birliyi ikiyə böldü. Rusiya Liviya təcrübəsindən çıxış edərək Suriyada müqavimət göstərməyi qərara aldı”.

 

Qərb Suriya savaşına pul xərcləmək istəmir

 

Ekspertin sözlərinə görə, Suriyaya yönəlik hərbi müdaxilənin reallaşmamasının digər bir səbəbi də Qərbin iqtisadi durumunun arzuedilən səviyyədə olmaması oldu: “Proseslərin sonrakı inkişafında bu məsələ Qərb dövlətlərinin daxili işinə çevrildi. Suriyaya hərbi müdaxiəyə bir addım qalmış İngiltərə parlamenti məsələni müzakirəyə çıxararaq müdaxiləni rədd etdi. Beləliklə də, Suriya məsələsində İngiltərə oyundan çıxdı. İngiltərənin oyundan çıxması vəziyyətin dramatik şəkildə dəyişməsinə səbəb oldu. Həmin vaxt Amerikanın da iqtisadi durumu ürəkaçan deyildi və Obama konqreslə ciddi qarşıdurmada idi. Amerikadakı bu daxili qarşıdurma Suriyaya müdaxilənin qarşısını aldı.  Konqresmenlər Obamanın əleyhinə gedərək Suriyaya müdaxilənin də əleyhinə kampaniyaya start verdilər. Obama isə vəziyyəti qiymətləndirərək bu qərara gəldi ki, əgər müdaxilə qərarını təkbaşına verərsə, o zaman proseslərin sonrakı mərhələsində izolyasiyada qala bilər. Daxili siyasi vəziyyət Obamanı da konqresə müraciət etməyə vadar etdi. Obama məsələ ilə bağlı konqresin də rəyini almağa məcbur oldu. Hansı ki, İngiltərə parlamenti tərəfindən rədd edilən məsələnin Amerika konqresi tərəfindən də rədd edilcəyi şübhə doğrumurdu. Məhz belə bir məqamda Rusiya Amerika üçün göydəndüşmə sayıla biləcək bir təkliflə çıxış etdi”.

 

Əsəd kütləvi qırğın silahlarını məhv edir...

 

E.Mehdiyevin bildirdiyinə görə, məsələnin ABŞ konqresində müzakirəyə çıxarılacağı bir dönəmdə Rusiya Əsədin kütləvi qırğın silahlarını məhv etməyə hazır olduğunu elan etdi: “Rusiya bildirdi ki, Suriya özünün kütləvi qırğın silahı olan kimyəvi silahlarını məhv etməyə hazırdır. Rusiyanın bu bəyanatı vəziyyəti əhəmiyyətli şəkildə dəyişdi. Çünki həmin vaxt Suriyaya hərbi müdaxilə bu ölkədə baş verən qırğınlarla bağlı deyil, Bəşər Əsədin kimyəvi silah işlətməsi ilə bağlı yayılan xəbərlərlə bağlı meydana çıxmışdı. Kimyəvi silahın məhvi beynəlxalq təhlükəsizlik baxımından çox ümdə məsələ idi. Çünki bu, milyoinlarla, on milyonlarla insan üçün ciddi təhlükə vəd edirdi. Məhz bu səbəbdən də ABŞ və Qərb ölkələri bu məsələdə Rusiya ilə əməkdaşlığa getdi. Kimyəvi silahların ləğvi məsələsində razılığa gəldilər və faktiki olaraq Əsədin hakimiyyətdə qalmasına şərait yarandı. Əsəd də öz növbəsində beynəlxalq güclərin Suriyadan geri çəkilməsindən istifadə edib yenidən hücuma keçdi və itirdiyi ərazilərin böyük bir qismini geri qaytarmağa müvəffəq oldu”.

 

Qərbi geri çəkilməyə vadar edən daha bir amil - Əl-Qaidə

 

Konfiliktoloqun fikrincə, Suriyadakı proseslərdə Əl-Qaidə təşkilatı və radikal dini cərəyanların proseslərin idarəsini öz əlinə alması Qərbi bu gün də hərbi müdaxilədən çəkindirən başlıca faktordur: “Suriyanın daxilində vəziyyətin ciddi şəkildə dəyişməsi də Qərb dövlətlərini ehtiyatlı olmağa vadar etdi. Aşırı islamçı qüvələrin, Əl-qaidənin proseslərdə aktiv iştirak etdiyi üzə çıxdı ki, bu da Qərbdə böyük narahatlığa səbəb oldu. Nəticədə qeyri-müəyyən vəziyyət yarandı. Elə bir məqam yarandı ki, Əsədin hakimiyyətdə qalması daha məqsədəuyğun hesab edildi. Məhz bu faktorlar məsələnin uzanmasına səbəb olur. Hazırda Cenevrədə sülh danışıqları gedir. Əsəd vaxt qazanmaq üçün bu danışıqları uzatmağa çalışacaq. Əsəd daha çox hakimiyyətdə qalmaqla vəziyyəti dəyişəcəyinə ümid edir”.

 

Seymur Əliyev


Oxşar xəbərlər
18:04, Bu gün
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
18:02, Bu gün
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
17:58, Bu gün
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
17:56, Bu gün
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
17:54, Bu gün
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
17:49, Bu gün
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
17:34, Bu gün
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
17:33, Bu gün
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
17:27, Bu gün
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
17:18, Bu gün
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
17:13, Bu gün
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
17:08, Bu gün
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
17:03, Bu gün
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
17:03, Bu gün
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
17:00, Bu gün
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
16:58, Bu gün
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
16:55, Bu gün
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
16:53, Bu gün
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
16:45, Bu gün
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
16:38, Bu gün
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
16:36, Bu gün
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
16:25, Bu gün
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
16:20, Bu gün
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
16:19, Bu gün
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
16:17, Bu gün
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
16:14, Bu gün
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
16:11, Bu gün
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
16:07, Bu gün
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
16:02, Bu gün
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
16:01, Bu gün
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
15:58, Bu gün
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
15:56, Bu gün
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
15:49, Bu gün
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
15:47, Bu gün
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
15:44, Bu gün
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
15:40, Bu gün
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
15:38, Bu gün
Putunin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyulub
15:35, Bu gün
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
15:34, Bu gün
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
15:29, Bu gün
20 min manat borca görə qəssab həbs edildi
15:25, Bu gün
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
15:20, Bu gün
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
15:17, Bu gün
Meteohəssas insanlar üçün PROQNOZ
15:16, Bu gün
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
15:15, Bu gün
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
15:13, Bu gün
Tovuzda qadının üstünə benzin töküb yandırdı
15:13, Bu gün
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
15:08, Bu gün
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
15:02, Bu gün
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
14:55, Bu gün
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
14:48, Bu gün
Türkiyə XİN İsraillə İrana çağırış edib
14:47, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
14:47, Bu gün
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
14:43, Bu gün
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
14:42, Bu gün
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
14:41, Bu gün
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
14:36, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
14:33, Bu gün
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
14:25, Bu gün
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
14:21, Bu gün
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
14:13, Bu gün
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
14:11, Bu gün
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:58, Bu gün
BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir
13:51, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
13:44, Bu gün
ANAMA sığortaçı seçir
13:43, Bu gün
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
13:36, Bu gün
Sumqayıtda qanunsuz tikili sökülüb
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
13:23, Bu gün
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaq
13:12, Bu gün
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
13:10, Bu gün
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
13:05, Bu gün
Leyla Əliyeva poeziya gecəsində - FOTO
13:05, Bu gün
Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib
13:03, Bu gün
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
13:02, Bu gün
"İran Qərb üçün təhlükəli nüvə savaşına hazırlaşır" - "The Telegraph"
13:00, Bu gün
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”
12:57, Bu gün
Sabah Bakıda 30 dərəcə isti olacaq - PROQNOZ
12:45, Bu gün
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
12:45, Bu gün
Vüqar Gülməmmədov: "Naxçıvanda 6 nəzarət tədbiri üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim edilib"
12:38, Bu gün
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
12:16, Bu gün
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
12:13, Bu gün
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
12:10, Bu gün
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
12:06, Bu gün
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
12:03, Bu gün
Deputat: Sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması Prezidentin diplomatik məharətinin ən böyük uğurudur
12:02, Bu gün
“Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq
11:59, Bu gün
Bakıda yeniyetmə qız çoxmərtəbəli binadan yıxıldı
11:54, Bu gün
Onu şair kimi tanıyacaqlar...
11:46, Bu gün
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
11:41, Bu gün
Məmləkətin dil pəhləvanları...
11:41, Bu gün
Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular
11:33, Bu gün
Deputat: Sülhməramlıların Qarabağdan çıxarılması iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir
11:28, Bu gün
Bu gün Tofiq Bayramın ANIM GÜNÜDÜR
11:20, Bu gün
Azərbaycan Hərbi Dəniz və Hərbi Hava qüvvələri Xəzər dənizində taktiki təlim keçirib
11:15, Bu gün
BDU-da elmi seminar keçirilib - FOTO
GÜNLÜK
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 18:35
Mediasiyanın imkanları...
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 18:15
Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO
18 Apr 2024 | 18:55
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 18:35
Mediasiyanın imkanları...
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 18:15
Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO
18 Apr 2024 | 18:55
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir