ADP sədri Sərdar Cəlaloğlu Moderator.az-a açıqlamasında hakimiyyət dəyişikliyinin zəruriliyini şərh edib. Partiya sədrinin sözlərinə görə, demokratik dövlətlərdə hakimiyyət dəyişikliyi mütləqdir: “Azərbaycanda müxalifət iqtidarı nüfuzdan salmaq, iqtidar isə özünü tərifləməklə məşğuldur. Iqtidar hesab edir ki, özünü nə qədər çox tərifləyərsə, bir o qədər çox hakimiyyətdə qala biləcək. Müxalifət isə hesab edir ki, iqtidarı nə qədər çox pisləsə, onun ömrünü bir o qədər çox qısaltmış olacaq. Halbuki, bu, belə deyil. Hakimiyyətin dəyişilmə səbəbi hakimiyyətin özünün mahiyyəti ilə bağlıdır. Əgər doğrudan da bir ölkədə demokratik hakimiyyət varsa, orada senzlər var, yəni hakimiyyətdə uzun müdət qalmaq olmaz. Hakimiyyət yaxşı və ya pis olmasından asılı olmayaraq dəyişilməlidir. Bunu onun öz mahiyyəti tələb edir”.
Seymur Əliyev