Məqsədinizdə səmimisinizsə, seperatçılarla təşkil etdiyiniz konfransı təxirə salın və Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin iştirakıyla yeni konfrans keçirin
Avropada fəaliyyət göstərən Demokratik Azərbaycan Hərəkatının koordinatoru Fikrət Hüseynlidən Moderator.az-a aşağıdakı məzmunda bəyanat daxil olub, onu təqdim edirik:
Avropada fəaliyyət göstərən Demokratik Azərbaycan Hərəkatı 19 fevral 2014-cü ildə Avropa Parlamentində seperatçı Əlikram Hümbətovun rəhbərlik etdiyi Talış Milli Hərəkatının iştirakı ilə Dağlıq Qarabağ məsələsinin müzakirə edilməsinə etiraz edərək Təmsilçiliyi Olmayan Millətlərin və Azsaylı Xalqların Təşkilatının prezidenti Choephel Ngawanga və təşkilatın baş katibi Marino Busdacha müraciət qəbul edib. İngilis dilində hazırlanan müraciətdə qeyd olunur: "Cənab prezident, Choephel Ngawang, cənab baş katib Marino Busdachin. Öncə xatırladırıq ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi 20 ildən çoxdur ki, davam edir və hələ də öz həllini tapmayıb. Bu münaqişə nəticəsində on minlərlə insan həyatını itirib, yüz minlərlə insan öz evindən digərgin düşüb. Tərəflər arasında atəşkəs elan olunsa da, cəbhə xəttində tez-tez insan ölümü ilə nəticələnən çatışmalar olur. Bu müddət ərzində tərəflər arasında sulhə nail olmaq üçün ATƏT-in Minsk Qrupunun təşkilatçılığı ilə aparılan danışıqlar, görüşlər də heç bir nəticə verməyib. Bu münaqişənin həlli üçün sizlərin alternativ axtarışında olmağınızı dəstəkləyir və təqdir edirik. Sizin təşkilatın və Talış Milli Hərəkatı adlı qurumun təşkilatçılığı ilə 19 fevralda “Minsk Qrupuna Alternativ axtariış Cənubi Qafqazada sülh quruculuğu” mövzusunda nəzərdə tutduğunuz konfransı münaqişənin həlli istiqamətində atdığınız xoşməramlı bir addım olduğuna ümid etməklə yanaşı, konfransın təşkililə bağlı bəzi iradlarımızı diqqətinizə çatdırmağı vacib hesab edirik.
Belə ki, konfransın təşkilatçılarından biri kimi adı qeyd olunan Talış Milli Hərəkatı adlı qurumun belə bir tədbirdə iştirakə münaqişənin həllində alternativ axtarışına heç bir xeyir verməyəcəyi qənaətindəyik. Çünki Azərbaycan ictimaiyyətində belə bir qənaət mövcuddur ki, bu qurum məhz Dağlıq Qarabağ münaqişəsinin yaranmasında xüsusi rolu olan Rusiya və bölgədə davamlı münaqişələrin olmasında marağı olan İranın müəyyən dairələrin təsiri altındadır. Bu qurumun Azərbaycanda Dağlıq Qarabağ kimi daha bir münaqişə ocağının yaranması üçün yaradıldığı da istisna edilmir. Məhz bir çox neqativ hallara görə, bu qurum nə Azərbaycanda yaşayan talış millətinin nümayəndələri, nə də Azərbaycanda olan digər xalqların təmsilçiləri tərəfindən qəbul olunmur. Bu səbəbdən də diqqətinizə çatdırırıq ki, belə bir ziddiyyətli qurumla keçirəcəyiniz tədbir nəinki münaqişənin həllinə yardım göstərəcək, əksinə, sizin özünüzün imicinə də ciddi zərbə vuracaqdır. Buna görə də bildiririk ki, əgər həqiqətən münaqişənin həllinə yardım etmək məqsədilə xoşməramlı konfrans təşkil edirsinizsə və prosesdə Azərbaycandakı digər azsaylı xalqların iştirakını istəyirsinizsə, Azərbaycanda yaşayan azsaylı xalqların - ləzgilərin, talışların, avarların, tatların, inqiloyların, kürtlərin və digərlərinin nümayəndələrini də bu konfransa dəvət edin.
Cenab Choephel Ngawang və Marino Busdach!
Qeyd etdiklərimizi nəzərə alaraq, konfransın təxirə salınmasını və başqa bir zamanda Azərbaycandakı bütün azsaylı xalqların iştirakı ilə geniş tərkibdə keçirilməsni xahiş edirik. Bildiririk ki, Azərbaycandakı digər azsaylı xalqlarla əlaqə yaradılması üçün sizə hər cür dəstək verməyə, konfransın daha geniş tərkibdə keçirilməsinə yardım etməyə hazırıq."
Demokratik Azərbaycan Hərəkatı
11 fevral 2014-ci il