Parlament seçkiləri ərəfəsində müxalifətin vahid koalisiyasının yaradılmasının zəruriliyi artıq indidən bəzi siyasilər tərəfindən önə çəkilməyə başlayıb. Belə bir birliyi müxalifətin iqtidar təmsilçilərinə qarşı effektiv mübarizəsi baxımından vacib hesab edən siyasilərin fikrincə, belə bir koalisiyanın mövcudluğu müxalifətin şansını əhəmiyyətli dərəcədə artıra bilər.
Bununla bağlı Moderator.az-a açıqlama verən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə real müxalif qüvvələrin Milli Şurada təmsil olunduğunu və bu səbəbdən də hər hansi yeni koalisiyaya ehtiyac duymadığını qeyd etdi: “Real müxalif qüvvələr Milli Şurada təmsil olunub. Bu hər kəsə bəlli olan bir reallıqdır. Bu səbəbdən də hesab edirəm ki, yeni bir koalisyanın yaranmasına ehtiyac yoxdur”.
Seymur Əliyev