“Övladım ölümdən qayıdıb, allah övladınızın başina gətirsin...”
Cəmiyyət
Oxunub: 3520
08 Feb 2014 | 10:31
“Övladım ölümdən qayıdıb, allah övladınızın başina gətirsin...”
Fevralın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində Nidaçıların məhkəməsi davam etdi. Dünnki məhkəmə prosesində MTN əməkdaşı Azər Məcidovun istintaqa ifadəsi, həmçinin Məmməd Əzizovun evində tərtib olunan protokol elan olundu. 

NARKOTİK EVİN GİRİŞİNDƏ, AYAQQABI RƏFİNDƏN TAPILIB

O, ifadəsində göstərib ki, Rəşad Həsənov, Rəşadət Axundov, Zaur Qurbanlı, Üzeyir Məmmədlinin göstərişi ilə bir qrup gənc “Əsgər ölümlərinə son” şüarı ilə 10 martda keçirilən aksiyada xaos, qarşıdurma yaratmağa cəhd göstərib. Bu məqsədlə partlayıcı maddələr hazırlanması barədə məlumatlar daxil olub. Həmin məlumatlar əsasında da M.Əzizovun yaşadığı evə baxış keçirilib. Baxış zamanı evdən noutbuk, “Təcili demokratiya tələb olunur” yazılmış vərəqələr, “Yalquzaq” qəzeti, Məmmədin qeyd dəftərləri, üstündə “Nida” sözü  yazılmış mayka  və narkotik vasitə götürülüb. Şahidin yazdığına görə, narkotik evin girişində, ayaqqabı rəfində, Məmmədin ayaqqabısının yanından tapılıb. A.Məcidov ifadəsində yazır ki, əvvəlcə Məmməd narkotikin ona məxsus olmadığını bildirib. Amma sonrakı ifadələrində Nidanın üzvü olduğunu, narkotikin ona məxsusluğunu etiraf edib. Sənədlər elan olunandan sonra vəkillərlə şahid arasında dindirmə başladı. 

“MƏHKƏMƏDƏKİ İFADƏNİZ DÜZDÜR, YA İSTİNTAQA DEDİKLƏRİNİZ?”

Elton Quliyev: “Dünən məhkəmədə dediklərinizlə istintaqa ifadəniz arasında kəskin ziddiyyətlər var. Bunu nə ilə izah edə bilərsiz? ”  

A.Məcidov: “Üstündən uzun müddət keçib. Ola bilər müəyyən məsələləri xatırlamayım”. 

E.Quliyev: “İndi məhkəmədəki ifadəniz düzdür, yoxsa istintaqa dedikləriniz?”

A.Məcidov: “Ziddiyətli hesab etdiyiniz məqamları deyin, mən cavab verim.”

E.Quliyev: “Dünən məhkəmədəki ifadənizdə bildirdiniz ki, Məmməd Əzizovun yaşadığı evdəki baxış istisna olmaqla Nida üzvləri haqqında heç bir məlumatınız olmayıb. Amma ifadənizdə konkret adlar çəkirsiz, xaosdan, qarşıdurma yaratmaqdan danışırsız”. 

A.Məcidov: “Burda ziddiyyət yoxdur. Üstündən uzun müddət keçdiyindən xatırlamamışam”. 

E.Quliyev: “Dünən Rəşad Həsənov sizdən soruşdu ki, məni tanıyırsanmı, mənim adımı çəkmisənmi? Dediniz ki, yox”. 

A.Məcidov: “Mən onu şəxsən tanımamağı nəzərdə tutmuşam”. 

“ÖVLADIM ÖLÜMDƏN QAYIDIB, ALLAH ÖVLADINIZIN BAŞINA GƏTİRSİN...”

Şahidin bu cür cavablarına M.Əzizovun məhkəmə zalında olan atası Rasim Əzizov dözməyərək, yerindən qalxıb etiraz etdi: “Ermənistandan keçən diversantı əlllərinin üstündə saxlayırlar. Amma Azərbaycan vətəndaşını təkərin altına atırlar. İnsana vicdan lazımdır, vəzifə yox. Belələri vəzifədən ötrü hər şeyindən keçir. Mənim övladımı sürüyüb maşının altına atmısız. Övladım ölümdən qayıdıb. Allah övladınızın başına gətirsin”. 
Vəkillər R.Əzizovu sakitləşdirəndən sonra sual-cavab davam edib.

ELTON QULİYEV: “MƏMMƏD SİZİ BİZİM EVƏ GƏTİRSƏYDİ, ORDA AXTARIŞ APARACAQDIZ?” 

E.Quliyev:  “Dediniz ki,Məmməd Əzizovu şəhərdə saxlamısız. Məgər evə baxış keçirmək üçün adamı tutub zorla evə aparırlar? Siz onu hansı qismdə saxlamısız?”

A.Məcidov: “Evə baxış keçirmək üçün”. 

E.Quliyev: “Bu adam evinə baxış keçirilməsinə razı olmayıb. Özünüz dediniz ki, müqavimət göstərirdi. Məmməd Əzizov özü də bildirdi ki, onu döyə-döyə aparmısız”. 

A.Məcidov: “O, məsələni bir balaca dramatikləşdirir. Əvvəlcə aqressivlik elədi. Sonra sakitləşdi”

E.Quliyev: “Ona istədiyi vəkili dəvət etmək imkanı yaratdınızmı?”

A.Məcidov: “Bu əməliyyat tədbiri idi, vəkilə ehtiyac yox idi. Hər şey izah olunub ona”.
 
E.Quliyev: “Siz özünüz ifadənizdə yazmısız ki, baxış qərarı ona evdə elan olundu. Belə olan halda onu saxlayanda, maşına qoyub aparanda ona nəyi izah etmisiz? Konkret vəkillə təmin olunmaq imkanı yaratmısınız?”

A.Məcidov: “Xeyr.”

E.Quliyev: “Baxış qərarında konkret ünvan göstərilməyib. Sonradan o kağıza əllə yazılıb”.

A.Məcidov: “Mən yazmışam“. 

E.Quliyev: “Siz o sənədin tərtib olunmasında iştirak eləməmisiz, onu imzalamamısız. Hansı səlahiyyətlə ona düzəliş etmisiniz?”

A.Məcidov: “Məmməd bizi o ünvana aparandan sonra oranı qeyd eləmişəm”

E.Quliyev: “Məmməd sizi bizim evə gətirsəydi, bizə baxış keçirəcəkdiniz? Hansı səlahiyyətlə yazmısız o ünvanı?”

A.Məcidov: “Bu, əməliyyat prosesidir, ola bilər”. 

E.Quliyev: “Siz dünən burda ifadə verərkən bildirdiz ki, Məmmədi MTN-ə aparıb ifadə verəndən sonra verdiyi izahatlardan xəbəriniz olmayıb. Amma istintaqa ifadənizdə Məmmədin sonradan necə ifadə verdiyi barədə danışmısız”. 

A.Məcidov: “Üstündən xeyli vaxt keçib, ona görə xatırlamamışam”. 

E.Quliyev: “Xatırlamırdızsa, dünən konkret deyəydiz ki, xatırlamıram. Amma siz konkret cavab verdiz. Hətta bu uşaqlar da sizə təşəkkür etdilər. Hər şey aydındır”. 

“20 YANVARA ÇATANDA DEDİM Kİ, NƏFƏS ALA BİLMİRƏM, İMKAN VERİN, BAŞIMI QALDIRIM...”

Şahid vəkillərin suallarını cavablandırarkən onu da bildirdi ki, Məmməd saxlanılarkən ona yaxınlaşaraq konkret sənədlə özlərini təqdim ediblər. Amma M.Əzizov MTN əməkdaşının bu barədə dediklərinin yalan olduğunu dedi: “Kimsə mənə sənədlə müraciət etsəydi, niyə aqressiv münasibət göstərirdim ki? Allergiyam-filan yoxdur ki. Məni vurub yıxdılar, sonra da sürüyə-sürüyə apardılar. Məni axşam saat 9-10 radələrində Fəvvarələr Meydanının yaxınlığındakı Araz kafesinin yaxınlığında, qəzet köşkünün yanında tutublar. Təxminən 40-50 metr sürüyə-sürüyə maşına apardılar. Hərçənd sürüyəndə mən də mübarizə aparırdım. Qışqırırdım ki, məni oğurlayırlar. Həmin vaxt “Araz”da olanlar, köşkün yanından keçənlər bunu görmüşdülər. Hətta 2 nəfər bu barədə facebookda yazmışdı. Mərkəzi Univermağın yanından 20 yanvara qədər başımı oturacağın altına əyib apardılar. 20 yanvara çatanda dedim ki, artıq nəfəs ala bilmirəm, qaçası deyiləm, imkan verin, başımı qaldırım. Mənə dedilər ki, evdən narkotik axtaracağıq. Evə girəndə bunlarla birlikdə iki nəfər də var  idi ki, onları hal şahidi kimi təqdim etdilər. Telefonumu əlimdən almışdılar. Amma söndürülməmişdi. Facebookda xəbəri görənlər zəng edirdi. Zaur da zəng eləmişdi. Onun zəngini gördüm, amma cavab verməyə qoymadılar. Dedim ki, imkan verin, Zaur gəlsin bura. Dedilər, yox. Hal şahidi sənin tanıdığın adam ola bilməz. Evdə 8-9 nəfər adam var idi. Narkotik qapının ağzındakı ayaqqabı şkafından ona görə çıxıb ki, mən otağa keçəndə bunların hamısı gəlmirdilər. Bir hissəsi qalırdı. Qapı da tez-tez açılıb-örtülürdü”. 

Şahid vəkil Cavad Cavadlının suallarını cavablandırarkən əvvəlcə bildirdi ki, mənzildə baxış zamanı 4 nəfər MTN əməkdaşı olub. Vəkil A.Məcidovun özü və daha bir əməkdaşdan savayı digər 2 nəfərin adının niyə protokola qeyd olunmadığını soruşdu. Şahid cəmi bir dəqiqə əvvəlki cavabını dəyişdi: “Mən deyirəm ki, ümumilikdə 4 nəfər olmuşuq. Onun 2-si mənzildə, 2-si çöldə olub”. 

RƏŞADƏT AXUNDOV: “EVDƏN QƏNİRƏ PAŞAYEVANIN “ONUN SEVGİ MƏKTUBLARI” KİTABINI TAPSAYDINIZ...”

MTN əməkdaşı daha sonra təqsirləndirilən şəxslərin suallarını cavablandırdı.

Rəşadət Axundov: “Mənzildən üzərində “təcili demokratiya tələb olunur. Ünvan

 Azərbaycan” yazılmış vərəqələr götürmüsüz. Burda təhlükəli nə var?”

A.Məcidov: “Onu istintaq müəyyənləşdirir. Zərurət olduğuna görə götürülüb”. 

R.Axundov: “Zərurət nədən ibarət idi? Siyasi şüarlar olduğuna görə?”

A.Məcidov: “Hazır plakatdırsa...”

R.Axundov: “Plakat deyil, adi vərəqlərdə yazılıb”.

A.Məcidov: “Bir dənə deyil, çox olduğuna görə götürülüb”. 

R.Axundov: “Belə çıxır ki, Azərbaycan qeyri-demokratik ölkə olduğuna görə demokratiya şüarı yazılan vərəqələr təhlükəlidir”.

Hakim sualı xaric etdi. 

R.Axundov: “Anarşizm üzərinə” kitabını götürmüsüz.Anarxizm bilirsizmi nədir? 
Hakim bu sualı da çıxardı: “Bayaq Xalid Bağırov “yevropeyski” sual verdi, şahid başa düşmədi....”

X.Bağırov: “Onda etiraf edirsiz ki, şahidinizin səviyyəsi budur?”
Hakim protokol qaydasında X.Bağırova xəbərdarlıq etdi: “Siz vəkilsiniz, vəkillik etikasına riayət edin”. 

R.Axundov: “Birdən evdə Qənirə Paşayevanın “Onun sevgi məktubları” kitabını görsəydiz, onu da götürəcəkdiniz?” 
Hakim isə “olmayıb da, olsaydı başqa məsələ” cavabını verdi. 

MƏHKƏMƏ QƏRARINDAN SONRA GƏNCLƏR ARASINDAKI TELEFON DANIŞIQLARI MTN-DƏN ALINSIN 

Təqsirləndirilənlərdən Rəşad Həsənov da şahidə xatırlatdı ki, dünənki ifadəsində onun barəsində heç bir məlumatı olmadığını, onu tanımadığını bildirmişdi. Amma istintaqa ifadəsində onun adını çəkib, xaos, iğtişaşlar hazırlamaqda günahlandırıb: “Bu ifadəni verərkən nəyə əsaslanmısız?”

Şahid bildirdi ki, prokurorluqdan daxil olmuş əməliyyat tapşırıqlarının priambulasından ona bu barədə məlum olub. Bu cavabdan sonra E.Quliyev vəsatət qaldırdı. Bildirdi ki, iş üçün əhəmiyyətli olan bütün əməliyyat tapşırıqlarının hamısı cinayət işinin materialları arasında olmalıdır.  Amma bu materiallar arasında şahidin istinad etdiyi əməliyyat tapşırığı yoxdur. Bu səbəbdən də vəkil məhkəmənin MTN-ə sorği göndərməsini istədi. E.Quliyev bildirdi ki, sorğuda həmçinin gənclərin izlənilməsi, dinlənilməsi barədə fevralda məhkəmə qərarı çıxarılandan martın 7-də onların evlərinə baxış keçirilənə qədərki müddətdə həmin mənzillərə gizli daxil olunub-olunmaması barədə sual qoyulsun. 
Digər vəkil Xalid Bağırovun vəsatətə əlavəsi oldu ki, məhkəmə qərarından sonrakı dinləmələr zamanı gənclər arasındakı telefon danışıqları da MTN-dən alınsın: “Baxaq görək o danışıqlarda gənclər iğtişaş törətmək barədə hər hansı danışıqlar aparıbmı?”
Proses fevralın 13-də davam edəcək. 


NİDA üzvləri mart-aprel aylarında həbs olunublar. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi əvvəlcə onları qanunsuz olaraq partlayıcı maddə əldə etmə, saxlama, daşıma və gəzdirmədə, zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdində günahlandırıb.

İstintaqın iddiasına görə, gənclər Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı martın 10-da Bakıda kütləvi aksiya zamanı “Molotov kokteyli”ndən istifadəyə hazırlaşırmışlar. Daha sonra gənclərin bir neçəsinə qarşı qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama ittihamı da irəli sürülüb.

“Azad Gənclik” Təşkilatının üzvü, həbsindən sonra NİDA-ya üzv yazılan İlkin Rüstəmzadə mayın 17-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin təqdimatı əsasında həbs olunub. Prokurorluq əvvəl ona xuliqanlıq ittihamı irəli sürüb. Sonra işə zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdi ittihamı da əlavə olunub.

Gənclər ittihamları qəbul etmir. Həbslərinin siyasi sifarişli olduğunu bildirirlər.
Oxşar xəbərlər
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
28 Mar 2024 | 20:25
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
28 Mar 2024 | 20:15
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
28 Mar 2024 | 20:13
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
28 Mar 2024 | 20:11
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:06
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mar 2024 | 19:59
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:27
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
28 Mar 2024 | 19:18
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
28 Mar 2024 | 19:11
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 10:40
Los Ancelesdə yaşayan azərbaycanlı həkim
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 11:16
Metroda niyə zibil qabı yoxdur?
28 Mar 2024 | 11:25
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
28 Mar 2024 | 10:53
İdeal səhər rejimi necə olmalıdır?
28 Mar 2024 | 11:07
“Radikal dini cərəyanlarla, terrorla mübarizədən günahsız adamlar zərər çəkməməlidir...”
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 10:40
Los Ancelesdə yaşayan azərbaycanlı həkim
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 11:16
Metroda niyə zibil qabı yoxdur?
28 Mar 2024 | 11:25
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
28 Mar 2024 | 10:53
İdeal səhər rejimi necə olmalıdır?
28 Mar 2024 | 11:07
“Radikal dini cərəyanlarla, terrorla mübarizədən günahsız adamlar zərər çəkməməlidir...”
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT