“Bu gün insanların çoxu, xüsusilə də gənclər müəyyən məsələləri düzgün anlaya bilmir, yanlış təriqət və məzhəblərə yönəlirlər. Bunun kökündə gənc nəslin dini baxımdan düzgün maariflənməməsi dayanır”.
Bu sözləri Moderator.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullah bildirib. H.F.Nurullahın fikrincə, gənclərin düzgün maariflənməsi üçün orta və ali məktəblərdə İslam dininin əsaslarının tədrisi məqsədəuyğundur: “Dini baxımdan maariflənmək üçün orta məktəblərdə də, ali məktəblərdə də İslamın əsasları öyrədilməlidir. Bu təlimlər olarsa, o zaman orta məktəbdə oxuyan şagird, universitetdə təhsil alan tələbə öz dinini, öz təriqətini, İslamın əsl mahiyyətini, İslamın bizi nələrdən çəkindirib nələrə yönəltdiyini anlayar. Bu isə onları yanlış yollardan, yanlış addımlardan çəkindirər”.
Seymur Əliyev