Ümid Partiyası sədrinin müavini Rəfail Tağızadə Moderator.az-a bir şeir göndərib, onu oxuculara təqdim edirik:
Bir kəhər dayanıb Cıdır Düzündə
Bu atın yalını kim darayıb, kim?
Darağı əlində gəzən kim imiş?
Kimsəsiz yurdumun tənhalığında
Külək nəvazişi məni bitirmiş.
Mənim səhərimin üzü qaranlıq,
Günümün, ayımın işığı itib,
Mənim kürəyimdə qamçı səsləri,
Boynumda üzəngi kölgəsi bitib.
Sükutu qoynuna çəkən dərənin
Həsrətin, kədərin izi üzündə,
Köhnə tumarında sığalım itən
Bir kəhər dayanıb Cıdır Düzündə.
Bu yerin gözəli Qarabağ atı,
Gör neçə illərdi, kişnəmir, gülmür,
Bu sınıq qollarım, topal əllərim,
O vaxtdan saç yalı daraya bilmir.
19.01.2014