Prezident İlham Əliyev 5 fevral tarixli müşavirədəki çıxışında müxalifətin ünvanına kəskin ittihamlar səsləndirərək onları xarici qüvvələrə işləməkdə suçlayıb. Ölkə başçısı “bəzi qüvvələrin” bu əməlinin dövlətin maraqlarına zidd olduğunu vurğulayıb. Bununla bağlı Moderator.az-a açıqlama verən ADP sədrinin müavini Taliyət Əliyev hakimiyyəti konkret addımlar atmağa səsləyib:
“Müxalifətin satqınlığı, xarici qüvvələrə işləməsi ilə bağlı səslənən fikirlərə bağlı deyə bilərəm ki, bununla bağlı qanunvericilikdə atılması gərəkən bütün addımlar qeyd olunub. Əgər hakimiyyətin əlində kimliyindən asılı olmayaraq hər hansı bir şəxsin və ya müxalif partiyanın xarici ölkələrlə Azərbaycanın dövlət maraqlarına zidd olan əlaqəsi ilə bağlı konkret faktlar varsa, o zaman bu məsələ əlaqədar qurumlara, hüquq-mühafizə orqanlarına həvalə edilsin və günahkar şəxslər məsuliyyətə cəlb edilsin”.
Seymur Əliyev