Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bugünlərdə mənfi mənada daha bir yeniliyə imza atıb. Moderator.az-a Sumqayıtdakı mənbələrdən daxil olan məlumat görə, icra başçısının baxımsız buraxdığı yollar dünən səhər saatlarından etibarən şəhər mərkəzində ciddi tıxaca səbəb olub: “Sumqayıt respublikada çox az iri şəhərlərdən biridir ki, burada demək olar ki, günün heç bir saatında tıxac müşahidə edilmir. Yolların genişliyi, işıqforların nornal fəaliyyəti tıxac ehtimalını aradan qaldırır. Lakin E.Əzizovun son bir həftədəki fəaliyyətsizliyi Sumqayıtdakı bu ənənəyə son qoyub. Belə ki, etibarən yolların qar və buzdan təmizlənməməsi dünən səhər saatlarından etibarən şəhərin mərkəzi küçələrində uzun tıxacların yaranmasına səbəb olub. Nəticədə, “Sülh” küçəsi istiqamətində hrəkət etməli olan marşurutlar sərnişinləri mənzilbaşına çatdırmadan, yarı yolda düşürməyə məcbur olublar. Dünən günorta saatlarından etibarən yolların ağır texnika vasitəsi ilə təmizlənməsindən sonra tıxac problemi də həll olunub”.