Dünən Novxanı çimərliyindəki “Aquapark” istirahət mərkəzinin yaxınlığında analoqu olmayan özbaşınalıq baş verib. Bu barədə Moderator.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, istirahət mərkəzinin sahibi “Aquapark”a bitişik tikilən evinin qarşısından keçən magistral yolu şəxsi mülkü elan edib: “İstirahət mərkəzinin rəhbəri sahibi olduğu obyektə bitişik ərazidə dəyəri bir neçə milyon dollar olan nəhəng villa inşa etdirib. Fəqət dənizə böyük ölçüdə ponaraması olan villanın həyətyanı ərazisi az olduğu üçün Azay adlı iş adamı evin qarşısından keçən magistral yolu şəxsi mülkü elan edib. Nəticədə, olduqca əcaib mənzərə yaranıb. Belə ki, bəli məsafədə magistral yolla irəliləyən avtomobillər “Aquapark” istirahət mərkəzinin qarşısından sağa dönür və torpaq yolla təxmnən yüz metr irəlilədikdən sonra yenidən asfalt yola çıxırlar.
Artıq magistral yolun kənarından keçən bütün infrastrukturun ”“ işıq dirəklərinin, qaz və su xəttinin “özəl mülkiyyətdən” kənara çıxarılmasına start verilib. Sakinlər isə baş verənləri maraq və vahimə içərisində izləməkdədir. Vətəndaşlar hesab edir ki, hələ uzun illər sonra da dəhşətli özbaşınalığın ən bariz nümunəsi kimi dillər əzbəri olacaq bu biabırçılığa nə vaxtsa bir də şahid olmaq çətin ki, mümkün olsun”.