“Türkiyə tərəfinin açıqladığı rəqəmlərə görə qazın hər 1000 m3 İrandan 490, Azərbaycandan isə 330-340 dollara alınır”.
Bu sözləri Moderator.az-a açıqlamasında iqtisadçı-ekspert İlham Şaban bildirib. Ekspertin bildirdiyinə görə, Azərbaycanın Türkiyəyə ixrac etdiyi qazın qiymətindəki ucuzluq tərəflər arasında imzalanan müqavilənin şərtlərindən irəli gəlir:
“Xatırladım ki, Türkiyə Azərbaycandan alınan qazın qiymətini artırandan sonra qiymətlər indiki səviyyəyə çatıb. Əvvəllər Türkiyə bizdən daha ucuz qiymətə qaz idxal edirdi. Bu isə 2001-ci ildə imzalanmış muqavilənin şərtlərindən irəli gəlirdi. Bu gün də tərəflər arasındakı qaz alqı-satqısı məlum müqavilə əsasında həyata keçirilir. Azərbaycan Türkiyə ilə müqavilə imzalayanda dünya bazarında qazın qiyməti 20 dollar idi. Sadəcə, bir səhvimiz oldu ki, müqavilənin kommersiya hissəsini uzun müddətə bağladıq”.
Seymur Əliyev