Vahid Əhmədov: “Görünür, prezidenti inandırıblar ki...”
Oxunub: 9514
30 Jan 2014 | 16:31
Vahid Əhmədov: “Görünür,  prezidenti inandırıblar ki...”

Bu günlərdə Maliyyə Nazirliyi belə bir məlumat yaydı ki, ötən ilin büdcə vəsaitlərindən 381 milyon manatı xərclənməmiş qalıb. Millət vəkili, iqtisadçı ekspert Vahid Əhmədovla söhbətimizi də elə bu məlumatdan saldıq. Beləliklə, Moderator.az-ın suallarını V. Əhmədov cavablandırır:

 -Vahid müəllim, məmurların nəfsinin Həzrət Əlinin qılıncından iti olduğu bir vaxtda qanunvericilikdə hansı boşluq var ki, onlar 381 milyon manatı xərcləməyə fürsət tapmayıblar?

-Burada qanunvericilikdəki boşluqlardan söhbət gedə bilməz. Bilmək lazımdır ki, dövlət büdcəsi heç vaxt yüz faiz icra olunmayıb. Yəni gəlirlərin xərc hissəsində ən yüksək icra faizi elə ötən il olub-səhv etmirəmsə 96,1 faiz. Bu baxımdan müstəqilliyimizdən bu yana 2013-cü il bu baxımdan ən yaxşı il sayılır. Sadəcə ayrılan vəsaitlərin xərclənməsində elə tələblər qoyulur ki, onu icra edə bilmirlər. Hər hansı bir nazirlik və ya təşkilat Maliyyə Nazirliyinə vəsait üçün müraciət edəndə ondan tələb edirlər ki, proqramını gətir görək bu pulu necə və konkret nəyə xərcləyəcəksən. Əsasən də investisiya layihələrinin icrası zamanı bu kimi suallar və tələblər ortalığa çıxır və bu zaman pul istəyən təşkilat tələbləri sonadək icra edə bilmədiyinə görə Maliyyə Nazirliyindən həmin pulu ala bilmir.

-Bəlkə də dövlət büdcəsinin ora-burasından budayırlar ki, büdcə kəsirini bu yolla qapatsınlar...

-Yox. Büdcə təsdiq olunubsa, maliyyə ayrılıbsa icra olunmalıdır. Əgər icra olunmursa deməli hansısa layihələrdə və proqramlarda çatışmazlıqlar aşkarlandığından Maliyyə Nazirliyi tərəfindən pulun ayrılması məqsədəuyğun hesab edilməyib.

-Bu gün cəmiyyətdə ən çox müzakirə predmetinə çevrilmiş bir problem də Azərbaycan ailələrinə qənim kəsilən, çoxsaylı sosial-humanitar fəlakətə yol açan yüksək kredit faizləri və az qala bir milyard manata çatan qaytarılmayan kreditlərdir.

-Srağagün də İTV-də bununla bağlı yarım saatlıq çıxışım oldu. Bu gün ölkənin ən ciddi məsələlərindən biri də budur. Biz niyə az qala hər gün bank faizlərindən danışırıq? Təbii ki, riskləri nəzərə aldıqda bank faizlərinin yüksək olması müəyyən qədər anlaşılandır. Amma daha bu dərəcədə də yox. İnsanları aldatmaq üçün çoxsaylı reklam kampaniyalarına əl atmaq, bir sözlə, müştərini yoldan çıxarmaq, faizsiz kredit adıyla insanları şirnikləndirərək bəlaya düçar etmək sonda humanitar fəlakətə səbəb olur. İnsanlar da bu kreditlərə möhtac olduğundan asanlıqla bu tələyə düşür. İmkanı olan gedib belə bir məngənəyə özünü salarmı? Kredit nədir? Əvvəllər borc və ya sələm verərdilər, indi də bunu kreditlə əvəz ediblər. Aldığım son məlumatlara görə artıq qaytarılmayan bank kreditləri 900 milyon manatı keçib. Halbuki bir neçə il bundan qabaq bundan iki dəfə az idi bu cür problemli kreditlərin həcmi. Sadəcə hamı bu barədə danışsa da problemin kökünü araşdırmaq istəyənlər sanki azdır. Niyə bank faizləri bu qədər yüksəkdir? Gəlin baxaq görək bankın kapitalı hardan əmələ gəlir? Birincisi müştərilər tərəfindən qoyulan əmanətlərdir. İkinci mənbə Mərkəzi Bankın ayırdığı mərkəzləşdirilmiş kreditlərdir, üçüncüsü də ola bilər ki, beynəlxalq maliyyə qurumları müəyyən faizlərlə kredit tranşı ayrırır. İndi gəlin əmanətlərə baxaq. Bu vaxta qədər əmanətlərin yalnız illik 12 faiz olmaqla 30 min manatadək olan hissəsi sığortalanırdı,amma sonradan risklərin artdığını əsas gətirərək banklar bu əmanətlərin faizlərini 2 faiz də aşağı saldılar. Hələ son vaxtlar bu faizləri yenə də aşağı salmaq barədə söz-söhbətlər danışılır ki, əmanətləri 2 faiz də aşağı salaraq illik 8 faiz etsinlər. Mərkəzi Bank tərəfindən verilən mərkəzləşmiş kreditlərsə ümumi kreditlərin uzağı 7-8 faizini təşkil edir. Hər beynəlxalq təşkilat da banklara asanlıqla kredit verən deyil. Onlar bankın reytinqinə, kapitalına, dövriyyəsinə, likvidliyinə baxdıqdan sonra kredit verməyə razılaşır. Deməli, əsas ağırlıq elə banka pul qoyan əmanətçilərin üzərinə düşür. Elə isə niyə onlardan bu cür aşağı faizlərlə depozit götürüldüyü halda bundan az qala 3 dəfə baha kredit təklif edirlər? Bilirsiniz, gizlətmək lazım deyil ki, banklar da inhisardadır və ona görə də rəqabət mühitinin olmaması sonda bu cür acınacaqlı vəziyyətə gətirib çıxarır. Amma bank faziləri mütləq aşağı salınmalıdır. Çünki əhalinin hamısı banklardan asılı vəziyyət düşüb. Biz hətta Mərkəzi Banka təklif etdik ki, gəlin Milli Məclislə bir yerdə oturub müzakirə edək. Biz də öz arqumentlərimizi qoyaq, onlar da, nəticədə ortaq məxrəcə gələrək müəyyən bir qərar qəbul edək. Milli Məclisin sədri cənab Oqtay Əsədov da dedi ki, gəlin oturub bu məsələni müzakirə edib ortaq məxrəcə gələk.

-Təcrübə göstərir ki, bu cür problemlərin qismən də olsa həlli üçün hökmən prezidentin siyasi iradəsi tələb olunur, əks halda buzu yerindən tərpətmək olmur...

-Haqlısınız. Ümumiyyətlə bir çox məsələlərdə hamı gözləyir ki, prezident müdaxilə etsin. Axı prezidentin də hər şeyə müdaxilə etməyə imkanı yoxdur. Amma bir daha deyirəm, Milli Məclisin sədri səviyyəsində bu problemə müdaxilə edilib və ola bilsin ki, yaz sessiyası dönəmində bu məsələyə bir daha qayıdılsın. İlikin olaraq bizim komitə və Mərkəzi Bank işləməlidir ki ümumi bir rəyə gəlmək mümkün olsun.

-Həmin problemli kreditlərin əksəriyyəti avtokreditlərdi. Əslində son günlərin müzakirə predmeti olan bu kreditlərin verilməsi qaydalarının sərtləşdirilməsi ona görə xeyirlidir ki, yerindən duran gedib maşın alıb sonradan bankı da, özünü də, məhkəmələri də işə salmasın.

-Gəlin açıq danışaq. Mən hələ 92-ci ildə baş nazirin birinci müavini işləyəndə də biz bu hesablamaları aparırdıq. O vaxt Azərbaycanda cəmisi 80 min avtomobil vardı. Ancaq bu gün artıq bu avtomobillərin sayı milyon yarımı keçib. Yollarda da çox böyük dəyişiklik olmayıb və demək olar ki, həmin yollardı. Əksinə, 7 rayonumuz işğalda və həmin rayonların da maşınları burdadır. Ona görə də dəhşətli sıxlıq yaranıb. Xəbəriniz oldu yəqin, Nazirlər Kabineti də idxal olunan benzinə tətbiq edilən verginin ləğvi barədə qərar qəbul elədi. Yəni Azərbaycanın öz zavodlarında istehsal olunan benzin çatışmır. Biz məcburuq ki, xaricdən benzin idxal edək.

-Bəs xaricdə 50 milyard vəsaiti niyə yatızdırmışıq, onu gətirib tutaq ki, Yevlaxda, Şirvanda, Gəncədə müasir neftayırma zavodları tikə bilmərikmi?

-Tamamilə düz deyirsiniz. Ümumiyyətlə, belə bir proqram üzərində iş gedir və zavodların Qaradağ rayonuna köçürülməsinə başlanılacaq. Bundan əlavə də siz dediyiniz kimi bu cür emal sənayesini regionlara yaymağa ehtiyac var. Bu böyük bir mövzudur. Qaytarılmayan kreditlər yalnız bank üçün yox, ölkənin maliyyə bazarı üçün ciddi problemə çevrilməkdədir. Tutaq ki, sabah həmin vətəndaş pulu ödəyə bilmədi. Bank həmin maşını geri qaytarıb kimə satasıdır ki? Doğrudur, burda banklar ola bilsin ki, ilk baxışda görünməyən əlavə gəlirlər də götürürlər və bu zaman o qədər də ziyana düşmürlər. Ona görə də Mərkəzi Bankın avtokreditlərin verilməsindəki sərtləşdirmə qərarını başa düşmək lazımdır və məncə bu doğru qərardır. Bu sahəni indiyədək başlı-başına buraxıblar deyə xaos yaşanır.

-Dəfələrlə toxunsaq da yenə də açıq qalan bir mövzuya da toxunmağa ehtiyac var. 50 milyard manatı xaricdə mənasız şəkildə saxlamaqdansa niyə onun bircə milyardını gətirib tutaq ki, islam bançılığı modeliylə ölkənin aztəminatlı təbəqəsinə kredit şəklində vermirlər? Bunu etmək bu qədərmi çətin məsələdir?

-Yadınızdadırsa hələ 2008-ci ildə dünyada qlobal maliyyə böhranı yaşanmağa başlayanda cənab prezident hökumətin iclasında gösəriş verdi ki, 2-3 milyard gətirib banklara verin, onlar da aşağı fazilə camaata versin. Ancaq bunu etmədilər. Bunu etsəydilər birincisi, həmin bankların dövriyyə vəsaitləri genişlənərdi, likvidliyi təmin olunardı, ikincisi də həmin vəsaitlərin aşağı faizlərlə əhaliyə verilməısi problemin belə bir miqyas almasına gətirib çıxarmazdı. Bunu niyə etmədilər, mən başa düşmədim.

-Sonradan prezidentin bu məsələnin üstünə bir daha qayıtmaması ondan xəbər verib ki, onu da lazımınca təlimatlandırdıblar...

-Görünür, prezidenti inandırıblar ki, buna ehtiyac yoxdur. Amma mən hesab edirəm ki, həmin vəsaitə bu gün də ehtiyac var. İslam bankçılığı isə tamam başqa mövzudur və onun da müsbət-mənfi cəhətləri var. Bu yaxınlarda Bakıda bununla bağlı bir geniş konfrans keçirildi və mən də orda çıxış elədim. Düşünürəm ki, islam bankçılığı da tezliklə ölkəmizdə genişlənəcək. Mən biləni bu istiqamətdə də işlər gedir.

-Hər gün telekanallarda Quba fermerlərinin giley-güzarını eşidirik ki, meyvələri bazar dərdindən ya xarab olur, ya da əlacsızlıqdan mal-qaraya verirlər.

-Bu problem var. Özü də çox ciddi problemdir. Doğrudur, əvəlki illərə nisbətən müəyyən qədər həlli tapılıb. Bu problem təkcə Quba-Qusar zonasında deyil, meyvə-tərəvəzlə məşğul olan bütün regonlara xas problemdir. İqtisadiyyat və Sənaye Nazirliyi bu günədək 15-ə yaxın soyuducu anbarlar tikib təhvil verib. Amma bu da çıxış yolu deyil və unutmaq olmaz ki, bu anbarlar meyvə-tərəvəzin müvəqqəti saxlanılması üçündür, bu məhsulların bazarı olmalıdır ki, onu sata bilsinlər. Heç kimə sirr deyil ki, bu məhsulların ən geniş bazarı Rusiya olub. Son vaxtlar bu ölkədə baş verənlər, soydaşlarımıza qarşı yol verilən özbaşınalıqlar münasibətlərdə bir qədər gərginlik yaratdı. Bu üzdən bazarlara çıxış məhdudlaşdırılıb. Ən böyük problemlərdən biri də Azərbaycana geni dəyişdirilmiş məhsulların gətirilməsidir. Bu gün bazarlara gedin baxın görün yerli məhsul çoxdur, yoxsa xaricdən gətirilən mənşəyi bilinməyən meyvə-tərəvəzlər? Biz bununla bağlı dövlət başçısı səviyyəsinədək fikirlərimizi bildirmişik, o da müvafiq göstərişlər verib. İki gün öncə Böyük Britaniya səfirliyində böyük bir konfransa qatılmışdıq. Həmin tədbirdə də ərzaq təhlükəsizliyi məsələsi müzakirə edilirdi. Mən orda çıxışımda da geni dəyişdirilmiş məhsulların bazarlarda üstünlük təşkil etməsinə diqqəti yönəltdim. Başqa bir problem də regionlardakı fermerlərin İsraildən, Fransadan, Almaniyadan gətirilmiş toxumlardan istifadə etmələridir. Halbuki öz dədə-baba meyvələrimizün keyfiyyətdə dünyada anoloqu yoxdur.

-Siz 15 soyuducu anbar tikilməsindən danışdınız. Ancaq hər gün mətbuatdan, televiziyadan eşidirik ki, fermerlər qiymətlərin baha olması üzündən məhsulu evlərin damında və ya ya zirzəmilərdə saxlamaq zorunda qalıblar. Yəni bu soyuducu anbarlar da dərdə dərman olan deyil.

-Soyuducu anbarlar kifayət qədər deyil. Onların sayını çoxaltmaq lazımdır. Ancaq unutmaq olmaz ki, soyuducu anbarlar müvəqqəti saxlama üçündür, onu illərlə saxlamaq mümkün deyil. Yanvarın 17-də cənab prezidentin kənd təsərrüfatının inkişafı üçün bir sərəncamı oldu. Sərəncamda qablaşdırma və emal sənayesi ilə bağlı da müddəa var ki, biz məhsulumuzu dünya standartlarına uyğun qablaşdıraraq xarici bazarlara da asanlıqla çıxara bilək.

-Geni dəyişdirilmiş məhsulların idxalının məhdudlaşdırılması üşün qanun ola-ola niyə bu sahədə vəziyyət bu cür acınacaqlıdır?

-Qanun olsa da işləımir. Əslində bütün sərhədlərimizdə həm Dövlət Sərhəd Xidməti, həm də Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən xüsusi laboratoriyalar quraşdırılmalıdır ki, geni dəyişdirilmiş məhsullar ölkəyə buraxılmasın. Ölkəyə gələn bütün meyvə-tərəvəz həmin laboratoriyalarda yoxlandıqdan sonra buraxılmalıdır. Ancaq çox təəsüsflər olsun ki, maraq dairəsi geniş olduğu üçün bu məhsullar asanlıqla bazarlara yol tapır.  

Oxşar xəbərlər
09:11, Bu gün
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
09:06, Bu gün
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
08:58, Bu gün
İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş
08:58, Bu gün
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasına imkan vermədi
08:41, Bu gün
Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var
08:28, Bu gün
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
08:15, Bu gün
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
08:05, Bu gün
FHN: Kürdə batan 6 yaşlı uşağın axtarışları davam etdirilir
08:03, Bu gün
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
07:58, Bu gün
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
07:49, Bu gün
İranda partlayış baş verib
07:22, Bu gün
Sumqayıtda ata-anasını qətlə yetirməkdə şübhəli bilinən gənc saxlanlıb
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
18 Apr 2024 | 21:35
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
18 Apr 2024 | 21:33
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 21:15
Abşeronda oğlan özünü yandırdı
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
18 Apr 2024 | 21:02
İranın Rusiyadakı səfiri: İsrail yenidən hərəkətə keçsə, daha ciddi cavab veriləcək
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 20:52
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
18 Apr 2024 | 20:47
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
18 Apr 2024 | 20:33
Fransada uşaqları küçədə bıçaqladılar
18 Apr 2024 | 20:25
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
18 Apr 2024 | 20:17
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:13
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi - TƏFƏRRÜAT
18 Apr 2024 | 20:09
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
18 Apr 2024 | 20:01
Azərbaycanda yeni mərkəz yaradıldı və rəhbər təyin edildi - FOTO
18 Apr 2024 | 19:55
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
18 Apr 2024 | 19:42
Sülhməramlıların regiondan çıxması, Azərbaycanın hədəflərə doğru uğurla getməsi - Deputat şərh etdi + FOTO
18 Apr 2024 | 19:26
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
18 Apr 2024 | 19:19
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
18 Apr 2024 | 19:03
Həddindən artıq duz olan QİDALAR
18 Apr 2024 | 19:01
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
18 Apr 2024 | 18:55
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
18 Apr 2024 | 18:53
İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb
18 Apr 2024 | 18:35
Mediasiyanın imkanları...
18 Apr 2024 | 18:15
Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 18:10
Qızlarla müqayisədə oğlan abituriyentlərin buraxılış imtahanının nəticələri niyə zəifləyib? - VİDEO
18 Apr 2024 | 17:58
Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılacaq
18 Apr 2024 | 17:55
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 17:42
Başlıbel qətliamının şahidi: “Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər” - VİDEO
18 Apr 2024 | 17:37
Dron hücumları Rusiyanın dizel ixracını 25 faiz AZALDIB
18 Apr 2024 | 17:34
Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir
18 Apr 2024 | 17:32
“Rəsmi Paris öz maraqlarını beynəlxalq hüquq və ədaləti pozmaqla təmin etməyə çalışır”
18 Apr 2024 | 17:24
Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO
18 Apr 2024 | 17:22
Sabiq nazir həbsdə qaldı
18 Apr 2024 | 17:21
Azay Quliyev Almaniyaya səfər edəcək
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 16:36
ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:20
“İki dövlət, bir millət” anlayışı ilə birləşdiyimiz Azərbaycanı dəstəkləyirik - Türkiyə MN
18 Apr 2024 | 16:18
"Azəriqaz"ın baş direktoru Ağdamda vətəndaşları qəbul edib
18 Apr 2024 | 16:16
Bayden dayısının cəsədinin itkin düşməsində adamyeyənləri günahlandırıb
18 Apr 2024 | 16:06
Almaniya prezidenti Türkiyəyə özü ilə dönər gətirəcək - 60 kilo...
18 Apr 2024 | 16:02
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
18 Apr 2024 | 15:56
Gürcüstan prezidenti qanun layihəsinə veto qoydu
18 Apr 2024 | 15:54
İran İsrailin nüvə mərkəzlərinə zərbə endirəcəyi ilə hədələyib
18 Apr 2024 | 15:52
Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib
GÜNLÜK
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 13:39
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
18 Apr 2024 | 09:24
Ukraynanın Baş naziri: Rusiya qalib gələrsə, Üçüncü Dünya müharibəsi başlayacaq
18 Apr 2024 | 09:26
Astarada avtoxuliqanlıq edən sürücü həbs olundu - FOTO
18 Apr 2024 | 09:32
Gürcüstan parlamentində təhlükəsizlik tədbirləri gücləndirilib
18 Apr 2024 | 09:43
Ərli qadınlar niyə xəyanət edir? - Ağlasığmaz səbəbləri şoka salacaq
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 13:39
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
18 Apr 2024 | 09:24
Ukraynanın Baş naziri: Rusiya qalib gələrsə, Üçüncü Dünya müharibəsi başlayacaq
18 Apr 2024 | 09:26
Astarada avtoxuliqanlıq edən sürücü həbs olundu - FOTO
18 Apr 2024 | 09:32
Gürcüstan parlamentində təhlükəsizlik tədbirləri gücləndirilib
18 Apr 2024 | 09:43
Ərli qadınlar niyə xəyanət edir? - Ağlasığmaz səbəbləri şoka salacaq