AZ-LATIN">YAP Nizami rayon təşkilatının sədri, Milli məclisin deputatı S.Hacıyeva mətbu açıqlamasında YAP-ın son 22 illik fəaliyyəti ərzində “Azərbaycanın milli siyasi məkanına demokratik yeniliklər gətirməsi, onun fəaliyyətinin şəffaf olması barədə fikirlər səsləndirib və müxalifət pariyaların ünvanına hədyanlar yağdırıb. O, antimilli düşüncəsini milli qəlibə yerləşdirərək, rus müstəmləkəçiliyindən qurtarmaq yolunda mücadilələr aparan onminlərlə insanın yer aldığı müxalif partiyaları “milli azadlıq hərəkatının tör-töküntüləri” adlandırıb.
Beləsinə nə deyəsən?!
Milli Azadlıq Hərəkatının ortaya qoyduğu siyasi süfrənin qırıntılarından geninə-boluna bəhrələnənlərin əldə etdikləri məqama görə, bu hərakata minnətdar olmaq əvəzinə, qalxıb, ifallanmadan müxalif paqrtiyaları “milli azadlıq hərəkaqtının tör-töküntüləri” adlandırmasını heç bir etik çərçivəyə sığmır. Adam daha nə istəyir? Hakimiyyətdirsə, o da 22 il bundan əvvəl millətüstü istəklərin doğurduğu qiyamla əldə edilmişdir...
22 ildir ki, səngimək bilmirlər, fürsət düşdükcə sağdan, soldan, arxadan zərbələr vurmaqda davam edirlər. Əməli fəaliyyət, real iş görmək yerinə müxalifəti tarix səhnəsindən silmək və rahat şəkildə, heç bir qüvvənin göz olmadığı bir şəraitdə talançılıqlarını davam etdirmək istəyirlər. Heç kəs bunlara göz olmasın, söksün, dağıtsın, qırıb-çatsınlar və əbləh yerinə qoymaq istədikləri xalqı necə istəyirlərsə o cür də istismar etsinlər...
Adam durub deyir ki, 2YAP Azərbaycanın milli siyasi məkanına demokratik yeniliklər gətirib”. Bu boyda yalan bir parça dilə necə sığışır. Kişi yalanlarını, fırıldaqlarını başa düşmək olur, bəs qadın bu cür yalanları, iftiraları özünə yaraşdırır?! Elə bil ki, onlarla həmkarı kimi saxtakarlıqla deputat kürsüsü ələd edən o yox mənəm.
Siyasi məkanımıza “demokratik yeniliklər” gətirdiklərini deyənlərə sormaq gərək. Əksəriyyət tərkibi qeyri-qnuni yolla formalaşdırılan parlament, tital saxtakarlıqla müşahidə olunan prezident seçkiləri, yalnız YAP və hakimiyyət yönümlü şəxslərdən ibarət seçki komisssiyaları, icra başçılarının istəyi ilə ərsəyə gələn bələdiyyə qrumuları, doğrudanmı demokratiyanın təzahürü, və ya ölkəyə gətirdiyiniz “demokratik” yeniliklərdir?
Sərbəst toplaşmaya illərdir qoyulan tabular, söz fikrir azadlığına qarşı tətbiq edilən məhdudiyyətlər, insan haqlarına sayqısıızlıqlar, Avropanın gündəmindən düşməyən siyasi məhbus problemi, mülkiyyətə qəsd, intiharlara, miqrasiyaya sürükləyən yanlış sosial siyasət, dövlətin varlığını sarsıdan rüşvət və korrupsiyanın baş alıb getməısi, fərqli siyasi düşüncənin, azad fikrin addım-addım təqib edilməsi bəlkə sizin anlamınızda demokratik yeniiliklərdir?
Dil necə dönüb deyirki, YAP-ın, yəni indiki hakimiyyətin fəaliyyəti şəffafdır? Şəffaf olsaydı bir az şəffaflaşan kimi dünyanı heyrətə gətirən sabiq deputat G.Əhmədovanın bir milyonluq parlament sövdələşməsi, afşor zonalarda yaradılan firmalar vasitəsi ilə milyardların rejimin baş daşıyıcılarının ailə qazanında əridilməsi, lap təzə aşkarlan fakt kimi İTV-nin keçmiş şefi, zamanında yurnalist-prokuror deyə tanınan İ.Ömərovun rəhbəri olduğu təşkilatdan bəlli olan yüz min manatın çırpışdırılması və sadalamadığımız onlarla korrupsiya faktları ortaya çıxmazdı.
Demokratiyanın yuxarı tempindən dəm vuran YAP funksionerləri ədalət naminə tərəzinin digər gözünə doxsanıncı illərin əvvəlində mövcud olan demokratiyanı qoysalar bu yuxarılığın demokratik çəkisizlikdən yarandığının fərqində olarlar. Hansı demokratik yenilikdən danışmaq olar ki, bu ölkədə əsl demokratiya adına bir şey qalmayıb. Hər rayon təşkilatı möhtəşəm qərargaqhlarla, açıq və ya gizlin yolla sızdırılan paralarla təmin edilən YAP adlı bir partiya funksioneri, hakimiyyətin digər siyasi qüvvələr üzərində apardığı “avtooritar cərrahi əməliyyatlar”ı, onun məmsublarını gözardı etməsini, vətəndaşları sosial, iqtisadi, siyasi basqıda saxlamasını görməzdən gəlib demokratiyadan laf etmək, bu ölkədən xəbərsiz olmaq deməkdir.
Ölkəmiz dayanmadan beynəlxalq təşkilatların hazırladığı siyahılarda insan azadlıqlarının, demoktatiyanın pozulduğu qeyri azad ölkələr sırasında birincilik təşkil edir. Bütün demokratik beynəlxalq təşkilatlar azərbaycanda insanların mülkiyyətinə edilən qəsdən, fundamental hüquqlardan tutmuş ta siyasi hüquqlarına qədər haqların pozulmasından, hakimiyyət strukturlarını korrupsiya və rüşvətxorluq azarına tutulmasından, azad fikrə, sərbəst toplaşmaya görə siyasilərin, gənc fəalların həbsindən, mətbuat üzərində basqılardan geniş hesabatlar hazırlayır, hakimiyyətin sərt siyasətini tənqid edirlər. Bizi özünə yad bilən YAP-çı arkadaşlar isə sanki bu antidemokratik işlər yox imiş kimi yuxudan durar-durmaz “demokratiyanın təntənəsindən” dəm vururlar.
Zəhmətsiz gəlirlə ələd edən, fəaliyyəti qeyri şəffaf, əməlləri demokratiyadan uzaq, saxta seçilmişlər, əli rüşvəıtə, dili yalana öyrəşmişlər, milli düşüncədən uzaq, demokratik dəyərlərə asi, yaradıcı, sağlam düşüncənin qəsdçiləri, ədalətə divan tutanlar, qanundan zəhləsi gedənlər, sərvət-para düşkünləri, Azərbaycan adlı məmləkəti tayfa, region poliqonuna çevirənlər, qapısını haqq üzünə bağlayanlar, yarıtmaz siyasilər, milli məfkurədən qısır qalanlar həddinizi bilin və istiqlal bayrağını qaldıranlara “milli azadlıq hərakatının tör-töküntüləri” deməkdən saqının.
Nurəddin İsmayıl