Milli Şura üzvü, “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev “Hürriyyət” qəzetinə açıqlamasında prezident seçkilərindən sonra Milli Şurada baş verən qopmalarda hakimiyyət faktorunun da rol aldığını vurğulayıb. M.Əliyev qeyd edib ki, bu qopmalar göstərir ki, Milli Şura ilə yollarını ayıran şəxs və təşkilatlar öz iradələri əsnasında bu quruma üzv olmayıblar.
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən “EL” hərəkatının Ali Məclisinin sədri, Milli Şura üzvü Eldəniz Quliyev məlum fikirlərlə razılaşmadığını vurğuladı:
“Zənn eləmirəm ki, baş verən qopmaların səbəbi bu amillə bağlıdır. Bu qopmalarda daha çox müxalifət faktoru var, nəinki hakimiyyət. Ümumiyyətlə isə, qopmalara əlahiddə əhəmiyət vermək də yanlışdır. Qopma da olar, bitmə də, lap yapışma da! Buna təbii proses kimi baxmaq lazımdır. Əlbəttə, hakimiyyət Milli Şuraya rəxnə salmaqda maraqlıdı. Ancaq Milli Şura da hakimiyyət cameyəsində təlaş yaratmağı məqsədəuyğun sayır. İndiki mövcud şəraitdə demokratik dəyişiklik özündə hakimiyyət dəyişikliyini ehtiva edir”.
Seymur Əliyev