“Mən özüm evdə, ailədə açığı qınaq obyektinə çevrilmişəm və bu üzdən otağımın qapısını ayırmışam, kirayə qalacağım da istisna deyil”.
Bunu Moderator.az-a verdiyi açıqlamada məşhur repçi Anar Nağılbaz deyib.
Atası, sabiq millət vəkili Rizvan Cəbiyevin onun “ReAL” Hərəkatına üzvlüyünü necə qarşılayacağı ilə bağlı sualımızı cavablandıran repçi daha sonra bunları bildirib:
“Onlar yazıqlar nə etsinlər, yaşadıqlarını yaşayıblar. Mən ailəmi saxlamaq üçün bir iş yeri bula bilmirəm, nazirliklərin qapıları hələ atam millət vəkili olan dövrdən üzümə bağlıdır və ən əsası da "ReAl" dövlətçiliyimizə, konstitusiyamıza müxalif bir qurum deyil, onların ideyalarını bəyəndiyim üçün, ayrı düşüncəli, ancaq həmfikir gənclərin çoxluq təşkil elədiyi üçün yanlarındayam”.
Məşhur repçi ailəsinə qarşı haqsız münasibəti qəbul etmədiyini vurğuladı:
“Axı onların nə günahı və mən özüm də cızıqdan kənara çıxan addımlar atmıram. Bildirdiyim kimi xalqıma, dövlətimə lazımlı biri olmaq istəyirəm! Allah hamımızın köməyi olsun!”