“Bərdə Yağ Pendir Az Qida” MMC-nin əməkdaşlarının qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə daxil olmuş məlumat araşdırılıb.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmərindən Moderator.az-a daxil olan məlumata görə, artıq məsələ ilə bağlı cinayət işi başladılıb: “Araşdırma zamanı cəmiyyətin satış təmsilçisi Könül Nəbiyeva və qeyriləri qulluq mövqeylərindən istifadə etməklə ticarət obyektlərindən qəbul etdikləri onlara etibar edilmiş pul vəsaitlərini mənimsəməklə cəmiyyətə külli miqdarda 32.115 manat ziyan vurmalarında əsaslı şübhələr olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Hazırda iş üzrə istintaq davam etdirilir”.