Bu günlərdə Mərkəzi Bank tərəfindən avtokreditlərin verilməsinə qadağalar tətbiq edildiyi barədə xəbər avtomobil bazarında xaosa səbəb olduğundan hökumət bu xəbərlərin heç bir əsası olmadığı barədə rəsmi açıqlama ilə çıxış etməyə məcbur oldu.
Amma bir danılmaz həqiqət də ondan ibarətdir
ki, ölkədə istehlak kreditlərinin və xüsusilə də avtokreditlərin verilməsindəki
qüsurlar saysız-hesabsız problem mənbəyinə çevrilib. Bu azmış kimi vaxtı
keçmiş, yəni qaytarılmayan kreditlərin astronomik məbləğə-bir milyard dollara
çatması özəl bankları çıxılmaz duruma saldığından qaydaların sərtləşdirilməsini
analamq heç də çətin deyil.
İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun
rəhbəri, millət vəkili Əli Məsimli də Moderator.az-a açıqlamasında vaxtı keçmiş
kredilərin qaytarılması problemlərinə toxunaraq banklara tövsiyyə verib, çıxış
yollarını göstərib:
“Vaxtı keçmiş kreditlər məsələsi MDB məkanına
aid ölkələrdə aktual müzakirə obyektinə çevrilmiş sosial-iqtisadi məsələlərdəndir.
Bu məsələ xüsusən də
Rusiya, Ukrayna və Qazaxıstanda daha aktual problem kimi intensiv müzakirə
olunur.
Rusiya Mərkəzi Bankının məlumatlarına
görə, bu ölkədə vaxtı keçmiş kreditlər 2010-cu ildə-19 faiz, 2011-ci ildə- 6
faiz,2012-ci ildə 13 faiz, 2013-cü ilin 11 ayı ərzində isə 39 faiz artıb,313
milyard rubldan( 9,5 milyard dollar) 440
milyard rubla(13,5 milyard dollar) çatıb.Bununla belə illər üzrə təhlil
aparanda, Rusiyanın rəsmi statistikasına
görə, Rusiyada vaxtı keçmiş kreditlər 2010-cu ildəki 7,5 faizdən 2013-cü ilin
sonlarına 4,4 faizə enib.Eyni zamanda Rusiya ekspetlərinin alternativ qiymətləndirmələrinə görə,həmin ölkədə
vaxtı keçmiş kreditlərin real səviyyəsi
rəsmi göstəricidən əhəmiyyətli dərəcədə yüksəkdir.
Rəsmi məlumatlara görə, Ukraynada
2013-cü ilim 9 ayında vaxtı keçmiş kreditlərin xüsusi çəkisi bir qədər azalsa
da,yenə 78 milyard (18, 5 milyard dollar) qrivneyə çatmaqdadır və ya 9 faizin
altındadır.
Rəsmi məlumatlara görə, 2013-cü ilim 9
ayında Qazaxıstan banklarının verdikləri 12,7 trilyon tenqe (82 milyard dollar)
ümumi bank kredinin 4, 3 trilyon tenqesi( 28 milyard dollara yaxın) vaxtı
keçmiş kreditlər olmuş, onun xüsusi çəkisi
artan xətlə gedərək 34 faizə çatmışdır.
Azərbaycanın Mərkəzi Bankının rəsmi məlumatlarının
təhlili göstərir ki, bizdə vaxtı keçmiş kreditlərin nəzərəçarpan artımı 2009-cu ildən başlamışdır.Belə ki, vaxtı keçmiş kreditlərin
həcmi 2008-ci ildə cəmi 2,2 faiz,2009-cu ildə-3,6 faiz,2010-cu ildə-493 milyon
manat və ya 5, 4 faiz,2011-ci ildə-634 milyon manat və ya 6,4 faiz, 2012-ci ildə-749
milyon manat və ya 6,1 faiz, 2013-cü ilin 11 ayının göstəricilərinə görə isə
795 milyon manat(təqribən 1 milyard dollar) və ya 5,2 faiz təşkil edib.
Adətən vaxtı keçmiş kreditlər ümumi kreditin 10 faizini keçdikdə təhlükəli hədd hesab olunur.Beynəlxalq maliyyə bazarındakı
hazırkı qeyri-sabitlik şəraitində vaxtı keçmiş kreditlərin real səviyyəsi 10-15 faiz səviyyəsi ilə ölkənin bank sisteminin dayanıqlığını qoruyub
saxlamaq olar.
Bununla belə, vaxtı keçmiş kreditlərin
real səviyyəsinin uçotunun spesifikliliyi ilə əlaqədar olaraq, həmin kateqoriyaya
aid bütün kreditlər yox, onun yalnız bir
hissəsi düşdüyündən,eləcə də müəyyən
zaman kəsiklərində vaxtı keçmiş kreditlər ətrafındakı müakirələrin intensivləşib panika yaradan səviyyyə çatması faktlarından
çıxış edərək belə qənaətə gəlmək olar ki, MDB məkanına aid ölkələrdə vaxtı
keçmiş kreditlərlə bağlı rəsmi rəqəmlər
bir qayda olaraq kiçildilir və onun real
səviyyəsi rəsmi göstəricidən əhəmiyyətli dərəcədə yüksəkdir.
MDB məkanına aid ölkələrin əksəriyyətində
vaxtı keçmiş kreditlər problemini daha çox inzibatı üsullarla,qadağalarla və bu
qəbildən olan sair vasitələrlə həll etmək
istəyirlər. Aldığı krediti vaxtında ödəməyən şəxs gələcəkdə kredit almaq
imkanından məhrum olur. Vətəndaşlar
böyük həcmdə kreditləri ödəmədiyi təqdirdə, bank məhkəmə qaydasında
ondan girovda olan avtomobil, torpaq, mənzil
və sair mülkiyyətini alır. Ancan bu problemin həllinin ən yaxşı halda
yalnız bir tərəfi ola bilər. Eyni zamanda həm də ciddi sosial problemlər də doğura
bilr. Ona görə də müvafiq qanunvericilikdə
müəyyən dəyişikliklər etmək olar ki, əgər bankdan kredit götürən şəxsin borcu
vaxtında ödəməməsi üçün obyektiv səbəblər varsa, belə hallarda bank müqavilənin şərtlərinə yenidən baxıb, ödəmə
qaydalarını möhlət vermək və ya borclunun bir müddət yalnız faizləri ödəməklə
kifayətlənməsi kimi variantlardan
istifadə etməklə yüngülləşdirsə, bu hər iki tərəf üçün sərfəli olar.”