Hüquq müdafiəçisi Vidadi İsgəndərli Moderator.az-da bayrağmızla bağlı gedən yazıya biganə qala bilməyərək mövqe bildirib və baş verənlərə etirazını bizimlə paylaşıb:
“Burada yəhudilərin heç bir günahı yoxdur.Protokol qaydası var görüşlərdə.
Hər tərəfin nümayəndəsi bu bayraqları görüşdən qabaq
asır. Siz bu gün dövlət məmurlarından soruşun Azərbaycanın dövlət
bayrağında olan 3 rəngin mənasını. Görün bircə faizi biləcəkmi?
2000-ci ilin ortalarında mən prokurorluqda işləyəndə attestasiya
keçirilirdi.Bütün prokurorluq əməkdaşlarından təklif olundu ki,Azərbaycanın
Dövlət himninin sözlərini oxusunlar. Heç biri bilmədi. Bu gün sual verin görün
biri himnimizin sözlərini bilirmi? (Sözləri kimindi,müsiqisini kim yazıb, deyə
bilməzlər). Qəribəsi odur ki, mən türmədə olanda karantində cinayət etmiş
şəxslərdən də himnimizin sözlərini soruşanda heç biri bilmirdi. Bütün bunu
dərin kökləri var. Gəlin öz milli günahlarımızı ermənilərdə, yəhüdilərdə və
yaxud başqalarında axtarmayaq.Təqsir bu Azəri milləti (türk) adlanan
millətdədi. Bir el misalı var ki, nə atarsan aşına , o da çıxar qaşığına. Baxın
mitinqlərdə polislər və milləti bəlli olmayan mülki geyimdə olanlar hansı
səbəbdən mitinqçilərin əlindən Azərbaycan bayrağını alıb cırırlar. Bunu da
yəhüdilər,ermənilər edir? Bəziləri hələ anlamır ki,Dövlətin milli bayrağı o dövlətin
qeyrətidi. Gəlin oMilli və Dövlət qeyrətini uca saxlayaq.Yoxsa hər zaman, hər
yerdə milli qeyrətimizi başı aşağı asacaqlar.”