Keçmiş təhsil naziri və AMİP Mərkəzi Şurasının keçmiş sədri Firudin Cəlilov ötən gün mətbuata müsahibəsində keçmiş partiyadaşları haqqında ittihamlarla çıxış edərək vaxtilə aldadıldığını dilə gətirib. Onun iddialarına görə vaxtilə Şadman Hüsenov Etibar Məmmədovun göstərişi ilə onunla görüşərək AMİP-ə dəvət edib və bu partiyanın siyahısı ilə parlament seçkilərinə qatılmağa dəvət alıb. O da bu dəvəti qəbul etsə də sonradan onu aldatdıqlarını öyrənib. F. Cəlilov onu da iddia edib ki, elə onun gedişindən sonra partiya da yavaş-yavaş dağılmağa başlayıb.
"Firudin Cəlilov həmişə şəxsinə böyük dəyər verdiyim ağsaqqal ziyalılarımızdan biridir. Eyni zamanda professorla səmiyyətə və hörmətə söykənən müəllim-tələbə münasibətlərimiz var.Lakin Firudin bəy AMİP haqında səsləndirdiyi fikirlər təəssüf və təəccüblə qarşılandı. Cünki onun iddia etdiyi kimi deyil. Ola bilər cənab professor AMİP-ə gəlməyində məqsədləri başqa olub. Bəlkə də partiyanın adından millət vəkili mandatı qazanmaq, yaxud da dövlətdə hansısa vəzifə tutmaq məqsədi güdüb. Bunu deyə bilmərəm. Lakin Firudin bəy sıradan bir şəxs deyil ki, kimsə onu aldadıb harasa üzv etdirib. Bu tamamilə yanlışdır. Bir daha xatırladım ki, F.Cəlilov AMİP-ə təhsil naziri vəzifəsindən azad edildikdən sonra gəlib. Rəsmi üzvlüyə qədər isə AMİP-lə sıx əlaqələri olub. 1995-ci il parlament seçkilərində proporsional qaydada AMİP-in siyahısında 6-cı şəxs olub. 1997-ci ildə AMİP lideri Etibar Məmmədov və partiya ona böyük etimad göstərərək qurumda ikinci post sayılan Mərkəzi Şuranın sədri seçilib. 2000-ci il parlament seçkilərində Firudin bəyin namizədliyi keçmiş 21 saylı (indi 8 saylı Binəqədi 1-ci) Seçki Dairəsi AMİP tərəfindən irəli sürülüb. Partiya üzvləri onun mandat qazanması üçün böyük fədakarlıqlar göstəriblər. İndi AMİP-çilər gühahkar deyillər ki, hakimiyyət onun da hüquqlarını tapdalayıb. Bunların üzərindən bütünlükdə qara xətt çəkməz olmaz. Heç kimin də olmasa AMİP-çilərin Firudin Cəlilovun üzərində haqları var. AMİP bu gün də xalqının dəyərli övladlarının, ziyalılarının inam və güvəc yeri olmaqla yanaşı,həm də onların layiq olduqlarıbir cəmiyyət quruculuğu uğrunda aparılan mübarizənin önündədir."