Millət vəkili Əli Məsimli saytımıza müsahibəsində Azərbaycanda xalq evlərinin inşasının və bu evlərin ayda 50-60 manat məbləğində insnaların istifadəsinə verərək bəlli bir müddətdən sonra vətəndaşları mənzil sahibinə çevirməyin mümkünlüyünü vurğulayıb.
Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Vahid Əhmədov bu layihənin reallaşmasına həqiqətən də ciddi ehtiyac duyulduğunu vurğuladı: “Büdcə müzakirəsində də, ondan sonra da, ipoteka krediti və s. məsələlərə topxunmuşuq. O cümlədən, əhalinin evə olan tələbatını nəzərə alaraq müəyyən modellərin üzərində işlənməyin zəruriliyi ilə bağlı Əli müəllim də, mən də öz fikirlərimizi ortaya qoymuşuq. Xalq evlərinin tikilməsinə çox böyük ehtiyac var. Bu təcrübə xaricdə öz əksini daha çox tapıb. Reallıq bundna ibarətdir ki, ipoteka krediti ilə hər kəs ev ala bilmir. Ilkin ödənişlə bağlı sərt şərtlər mövcuddur. Bu məsələ ilə bağlı dövlət büdcəsindən ayrılan məbləğ aşağıdır. Buna görə də çox adam bu imkandan yararlana bilmir. Odur ki, xalq evlərinin tikilməsinə ehtiyac böyükdür. Bu baxımdan Əli müəllimin fikirini təqdir edir və alqışlayıram”.
Seymur Əliyev