ADP sədri Sərdar Cəlaloğlu Moderator.az-a açıqlamasında barəsində səslənən fikirlərə münasibət bildirib. S.Cəlaloğlunun sözlərinə görə, Azərbaycanda həqiqəti söyləyən şəxslərin satqınlıqda ittiham edilməsi ənənəyə çevrilib və bu ənənə bu gün də yaşamaqdadır: “Azərbaycanda kim ki, həqiqəti deyir, kim ki, fərqli fikir səsləndirir, ona məşhur bir yarlıq vururlar. Tez bildirirlər ki, bu şəxs hökumətə satılır. Sonra özləri bu fikri təkrar edəndə kimsə onlara demir ki, bəs sən bu fikri səsləndirən adamları hökumətə satılmaqda günahlandırırdın, indi özün niyə deyirsən? Deməli, sən də hökumətə satılmısan? Bizi Milli Şuranı tənqid etdiyimizə görə satqın adlandıran insanlar indi özləri Milli Şuranı tənqid edir. Lakin mən onlara satqın demirəm. Onlar düzgün qərar qəbul ediblər. Mənim vicdanım var. Mən insanların düzgün addımına ləkə ata bilmərəm”.
Seymur Əliyev