Moderator.az-ın əməkdaşı Qələndər Muxtarlıya “Əgər İsgəndər Həmidov qarşıdakı qurultayda Bozqurdların sədri olmaqdan imtina etsə, kimin partiya sədrliyinə daha çox şansı var” sualıyla müraciət edərək maraqlı və qalmaqala səbəb ola biləcək cavab alıb:
“Mən belə bir halın olacağına inanmıram. Amma əgər
dediyiniz vəziyyət yaranarsa partiyamızdakı Raufçuları, müsavatçıları və İsgəndər
bəyin illər uzunu ittiham edib amma partiyadan uzaqlaşdırmadığı kənar partiya və
lider pərəstişkarlarını uzaqlaşdırıb özüm sədr olaram.Və olacam da. Söylədiyim bir prosesdir, Azərbaycan
siyasi həyatının inkişafının yeni halıdır. Bu mütləq baş verməlidir. Daha belə
ikili munasibətlərlə bir yol getmək dövrü bitib. Bu bütün təşkilatlarda baş verəcək.”
Ola bilərmi Bozqurdlar müsavatla bir birlik
formatında 2015-ci il parlament seçkilərinə vahid namizədlə getsin?
Qələndər Muxtarlı belə hesab edir ki, fərqli
situasiya da yarana bilər: “Bozqurdların 2015-ci il müzakirələri hələ yoxdu. Cünki mənim fikrimcə
çox mümkün variantdir ki, 2015-ci ildə
Müsavatın təmizlənmiş tərkibi Milli Şura ilə birlikdə eyni blokda seşkidə
iştirak etsin. Bu reallıgın yanından gorməzdən kecmək olmaz.”