Rza Zərrabın işi Azərbaycanı da silkələyir
İqtisadiyyat
Oxunub: 2189
19 Jan 2014 | 10:03

Rza Zərrabın işi Azərbaycanı da silkələyir

Türkiyədə rüşvət ittihamı ilə həbs edilən azərbaycanlı iş adamı Rza Zərrabın Azərbaycandakı fəaliyyəti araşdırılır. İstintaq qrupu iş adamının Bakının açıq və qaranlıq iqtisadiyyatında iştirakını, buradakı tərəfdaşlarını öyrənir. Bu barədə redaksiyamıza məlumatlı mənbələrdən bəzi bilgilər daxil olub.

Təsadüfi deyil ki, Türkiyədə keçirilən və qardaş ölkənin siyasi həyatını alt-üst edən böyük rüşvət əməliyyatı zamanı azərbaycanlı məmur - Sədərək gömrük-keçid məntəqəsinin rəisi Mirməhəmməd Seyidov da həbs olunub. Bu da bağlantı barədə ən ciddi fakt hesab olunur.

Məlumatda bildirilir ki, bu araşdırmalar Türkiyə hökuməti səviyyəsində deyil, istintaq qrupu səviyyəsində aparılır. Bu məsələdə Ərdoğan hökuməti ilə istintaq qrupunun mövqeyi fərqlidir. R.Zərrab Ədoğan hökumətinə və AKP-yə yaxın şəxs hesab edilir. Ona görə də hökumət bu araşdırmada maraqlı görünmür. Ancaq istintaq qrupu bu araşdırmada israrlıdır və R.Zərrabın Bakıdakı əlaqələrini təftiş edir.

Məlumatlara görə, iş adamının Bakıdakı ən böyük tərəfdaşı “Zaminbank” olub. İstintaq qrupunda bu bank vasitəsi ilə çirkli pulların yuyulması ilə bağlı məlumatlar var.
Azərbaycanın bank sektorundakı mənbələrdən “Yeni Müsavat”a sızan məlumata görə, Azərbaycanın bank sektorunda iki bank İranın çirkli pulların yuyulması ilə məşğul olub: “Royalbank” və “Zaminbank”. Bu, ABŞ kəşfiyyatının da diqqət mərkəzində olub. Hətta sözügedən məsələ ABŞ diplomatlarının “WikiLeaks” saytında açıqlanan məxfi teleqramlarında da qırmızı xətlə keçib. ABŞ hökumətinin təzyiqləri ilə “Royalbank” qapadıldı, “Zaminbank”a isə xəbərdarlıq edildi".

Mənbənin məlumatına görə, “Zaminbank” bağlanmaq təhlükəsindən qurtulsa da, çirkli pulların yuyulmasında iştirakı məhdudlaşdırıldı. Bu səbəbdən də bankda maliyyə sıxıntıları yaranmağa başladı və bu sıxıntılar bu günə qədər davam edir.

Ötən saylarımıza bank sektorundakı fərqli bir mənbəyə istinadla “Zaminbank”ın yaşadığı maliyyə sıxıntıları ilə bağlı məlumat yaymışdıq. Məlumatlar fərqli mənbələrdən ötürülsə də, bir-birini tamamlayır. Həmin məlumatlara görə, bankın maliyyə göstəriciləri xeyli pisləşib. Bankda hesabı olan müəssisələr üçün pullarını çıxartmaq əsil müşkülə çevrilib. Pul çıxartmaq üçün ən azı 1 həftə öncə sifariş verilməlidir. Halbuki normal banklarda hesabdan pul çıxartmaq üçün sifarişə ehtiyac yoxdur, yəni istənilən bank günü (istirahət və bayram günlərindən başqa) problemsiz pul çıxartmaq olar.

“Zaminbank”ın rəhbərliyi müxtəlif mənbələrdən banka maliyyə cəlb etmək istəsə də, cəhdləri alınmayıb. Ona görə də sonuncu ümid yeri kimi əmanətlərin həcmini artırmaq üçün stimullaşdırıcı layihələr həyata keçirməyə məcbur olub. “Zaminbank” 21 illiyi münasibətilə əmanət faizlərini artırıb. Azərbaycan manatı ilə və ABŞ dolları ilə yerləşdirilən əmanətlər illik 12 faizlə qəbul olunacaq. Burada bank hətta istehlakçı hüquqlarını pozmaqdan belə çəkinməyib. Bank rəsmən bəyan edib ki, “Zaminbank”da yerləşdirilən əmanətlər Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır. Əslində isə “Zaminbank” reklamında potensial müştərilərini aldadır. Çünki Mərkəzi Bankın qəbul etdiyi qərara görə, ötən ilin avqustun 1-dən yalnız illik 10 faizə qədər əmanətlərin sığortalanması haqda qərar qəbul edib. Buna qədər isə 12 faizə qədər qoyulan əmanətlər sığortalanırdı. “Zaminbank” müştərilərinə yanlış məlumat verməklə, həm istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyi, həm də Mərkəzi Bankın qaydalarını pozub.
Bu isə müştərilər üçün böyük risklər yaradır. Yəni bank müflis olarsa (bu ehtimal da kifayət qədər yüksəkdir), əmanətçilərin pulları batacaq. “RoyalBank” müflis olarkən əmanətçilərin əksəriyyəti bu aqibəti yaşadı. İndi “Zaminbank”ın da müştəriləri oxşar aqibətlə üzləşmək təhlükəsini yaşayır.

“Yeni Müsavat”ı bu mövzuda bilgiləndirən mənbə iddia edir ki, “Zaminbank”ın maliyyə sıxıntıları yaşaması təbiidir. Çünki çirkli pulların yuyulmasından əldə edilən gəlirlər bankın əsas gəlir mənbəyi sayılır. İndi bu mənbə xeyli zəiflədiyindən kənardan vəsait cəlb etmək lazım gəlir. Adı ABŞ kəşfiyyatının qara siyahısında olan “Zaminbank”dan Avropa donorları üz döndərib. Ona görə də ümid yerli qaynaqlara qalıb. 

“Zaminbank” və “Royalbank”ın çirkli pulların yuyulmasında iştirakını Rusiya KİV-ləri də dolayısı ilə təsdiqləyib. 2012-ci ilin fevralında Rusiya hüquq-mühafizə orqanları çirkli pulları “yumaq” üçün fəaliyyət göstərən mafioz azərbaycanlı qruplaşmanı ifşa edib. O vaxt “Rosbalt” agentliyi bu qruplaşmanın işi üzrə başa çatan məhkəmə prosesinin materiallarına əsasən şəbəkənin fəaliyyətinə dair şok məlumatlar yaymışdı. Bildirilirdi ki, Moskvanın Savelyev rayon məhkəməsində “Ticarət-Tikinti Bankı”nın iki əməkdaşı və bir qrup Azərbaycan vətəndaşı qanunsuz yollarla çirkli pulları nağdlaşdırmaq və digər ittihamlar üzrə təqsirli biliniblər. Məlum olub ki, qruplaşma üzvləri iki il ərzində hər həftə Bakı aeroportundan Bakı-Moskva aviareysi ilə kisələrə doldurulmuş vəziyyətdə 22-25 milyon dollar arası nağd pul daşıyıblar. Pullar Azərbaycan və Türkiyədən olan zənginlərə məxsus olub, çirkli pulların yuyulmasını həyata keçirənlər özlərini ərəb şeyxlərinin adamları kimi təqdim ediblər. Böyük ehtimalla bu pulların bir hissəsi R.Zərraba məxsus olub.

AzNews.az saytının məlumatına görə isə, R.Zərrabla bağlılığı olan və Azərbaycanda bir çox sektorlarda fəaliyyətini hazırda da davam etdirən “NAB Holding”lə bağlı araşdırmalar başlayıb. Sayt iddia edir ki, R.Zərrabın İranla bağlı həyata keçirdiyi qanunsuz fəaliyyətdə “Bank of Baku” da iştirak edib. İş adamının biznes setinə “Qafqaz Lizinq”, “Buta Sigorta” “Sultan”™s Restaurant” və “Sultan”™s Plus” da daxildir.

“Bank of Baku” İdarə Heyətindən “Yeni Müsavat”a daxil olan məlumata görə, bankın adının bu məsələdə hallanması böhtandan başqa bir şey deyil: “Bank of Baku" Azərbaycanın bank sektorunda şəffaflığı ilə seçilən banklardan biridir. “Bank of Baku”nun uğurlarının etirafı kimi Moody”™s beynəlxalq reytinq agentliyinin mövqeyini göstərmək olar. 2012-ci ildə reytinq agentliyi “Bank of Baku”nun B2 uzunmüddətli reytinq üzrə proqnozunu stabildən pozitiv səviyyəyə dəyişdi. 2013-cü ildə isə Moody”™s “Bank of Baku”nun ümumi reytinqini  B2 səviyyəsindən yüksəldərək uzun müddətli gözlənti reytinqi stabil olan B1 reytinqi kimi təsdiq etdi. Moody”™s təhlilçilərinə görə, reytinqin gücləndirilməsinə təsir edən əsas faktorlar “Bank of Baku”nun güclü maliyyə göstəriciləri, şəffaflıq, möhkəm avtonom kreditvermə imkanları və aktivlərin yüksək keyfiyyətli olmasıdır. Bu məsələdə bizim adımızın hallanması uğurlarımızdan narahat olan rəqiblərimizin əməlidir. Bizə rəqabətdə uduzduqlarından bu yolla nüfuzumuza xələl gətirməyə çalışırlar".

Mövzunu davam etdirəcəyik.
Oxşar xəbərlər
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
18 Apr 2024 | 21:35
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
18 Apr 2024 | 21:33
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 21:15
Abşeronda oğlan özünü yandırdı
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
18 Apr 2024 | 21:02
İranın Rusiyadakı səfiri: İsrail yenidən hərəkətə keçsə, daha ciddi cavab veriləcək
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 20:52
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
18 Apr 2024 | 20:47
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
18 Apr 2024 | 20:33
Fransada uşaqları küçədə bıçaqladılar
18 Apr 2024 | 20:25
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
18 Apr 2024 | 20:17
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:13
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi - TƏFƏRRÜAT
18 Apr 2024 | 20:09
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
18 Apr 2024 | 20:01
Azərbaycanda yeni mərkəz yaradıldı və rəhbər təyin edildi - FOTO
18 Apr 2024 | 19:55
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
18 Apr 2024 | 19:42
Sülhməramlıların regiondan çıxması, Azərbaycanın hədəflərə doğru uğurla getməsi - Deputat şərh etdi + FOTO
18 Apr 2024 | 19:26
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
18 Apr 2024 | 19:19
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
18 Apr 2024 | 19:03
Həddindən artıq duz olan QİDALAR
18 Apr 2024 | 19:01
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
18 Apr 2024 | 18:55
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
18 Apr 2024 | 18:53
İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb
18 Apr 2024 | 18:35
Mediasiyanın imkanları...
18 Apr 2024 | 18:15
Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 18:10
Qızlarla müqayisədə oğlan abituriyentlərin buraxılış imtahanının nəticələri niyə zəifləyib? - VİDEO
18 Apr 2024 | 17:58
Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılacaq
18 Apr 2024 | 17:55
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 17:42
Başlıbel qətliamının şahidi: “Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər” - VİDEO
18 Apr 2024 | 17:37
Dron hücumları Rusiyanın dizel ixracını 25 faiz AZALDIB
18 Apr 2024 | 17:34
Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir
18 Apr 2024 | 17:32
“Rəsmi Paris öz maraqlarını beynəlxalq hüquq və ədaləti pozmaqla təmin etməyə çalışır”
18 Apr 2024 | 17:24
Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO
18 Apr 2024 | 17:22
Sabiq nazir həbsdə qaldı
18 Apr 2024 | 17:21
Azay Quliyev Almaniyaya səfər edəcək
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 16:36
ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:20
“İki dövlət, bir millət” anlayışı ilə birləşdiyimiz Azərbaycanı dəstəkləyirik - Türkiyə MN
18 Apr 2024 | 16:18
"Azəriqaz"ın baş direktoru Ağdamda vətəndaşları qəbul edib
18 Apr 2024 | 16:16
Bayden dayısının cəsədinin itkin düşməsində adamyeyənləri günahlandırıb
18 Apr 2024 | 16:06
Almaniya prezidenti Türkiyəyə özü ilə dönər gətirəcək - 60 kilo...
18 Apr 2024 | 16:02
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
18 Apr 2024 | 15:56
Gürcüstan prezidenti qanun layihəsinə veto qoydu
18 Apr 2024 | 15:54
İran İsrailin nüvə mərkəzlərinə zərbə endirəcəyi ilə hədələyib
18 Apr 2024 | 15:52
Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib
18 Apr 2024 | 15:40
"Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir"
18 Apr 2024 | 15:36
“Yaz xəstəlikləri” nəyə deyilir? - Professor ehtiyatı əldən verməməyi tövsiyə edir
18 Apr 2024 | 15:31
Zəngilanda silah-sursat aşkarlanıb
18 Apr 2024 | 15:23
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
18 Apr 2024 | 14:53
"Üzümdə əməliyyat etdirməmişəm"
18 Apr 2024 | 14:51
Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
18 Apr 2024 | 14:19
AŞPA Rusiya prezidenti Vladimir Putini qeyri-legitim elan edib
18 Apr 2024 | 14:15
"Ermənistan Qərbin əlində Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması alətinə çevrilib" - Zaxarova
18 Apr 2024 | 14:11
Xalq artistindən həmkarlarına ağır sözlər: “Onların yiyəsi yoxdur, sırtıqlaşıblar”
18 Apr 2024 | 14:08
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
18 Apr 2024 | 14:07
Kahramanmaraşda ZƏLZƏLƏ
18 Apr 2024 | 13:54
Amerikalı rəsmi İsrailin İrana hücum tarixini açıqladı
18 Apr 2024 | 13:46
Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV
GÜNLÜK
18 Apr 2024 | 06:05
Plazmanın köməyi ilə qırılan sümükləri tez bərpa edə biləcək üsul kəşf edildi...
18 Apr 2024 | 07:53
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
18 Apr 2024 | 08:00
Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI...
18 Apr 2024 | 00:45
"Bayden Rusiyanın neft emalı zavodlarını müdafiə etməklə Putinin situativ müttəfiqinə çevrilib" - "Bloomberg"
18 Apr 2024 | 04:57
Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
18 Apr 2024 | 05:52
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
18 Apr 2024 | 04:54
Fransada Putinin keçmiş həyat yoldaşının villası müsadirə edilib
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 04:56
Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 06:05
Plazmanın köməyi ilə qırılan sümükləri tez bərpa edə biləcək üsul kəşf edildi...
18 Apr 2024 | 07:53
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
18 Apr 2024 | 08:00
Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI...
18 Apr 2024 | 00:45
"Bayden Rusiyanın neft emalı zavodlarını müdafiə etməklə Putinin situativ müttəfiqinə çevrilib" - "Bloomberg"
18 Apr 2024 | 04:57
Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
18 Apr 2024 | 05:52
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
18 Apr 2024 | 04:54
Fransada Putinin keçmiş həyat yoldaşının villası müsadirə edilib
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 04:56
Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək