Hüquq müdafiəçisi Vidadi İsgəndərli Moderator.az-a növbəti yazısını göndərib. Vidadi bəy də Eldəniz Quliyev kimi hesab edir ki, Milli Şuranı xilas etmək üçün bu qurumu siyasi partiyaların təsirindən çıxarmaq lazımdır:
“Mən Eldəniz Quliyevin”Milli Şuranı
partiyaların təsirindən xilas etmək lazımdır” fikiriylə tam raziyam. 20 illik mübarizə göstərdi
ki, partiyaların siyasi birliyi avtoritar rejimdə hakimiyyətə gəlmək üçün yetərli
deyil. Nə də heç vaxt siyasi partiyaların səmimi birliyi alınmır. Bu gün siyasi
partiyalarda fanatlaşmış bir qrup gənclər var onlar da mütəşəkkil deyil. Hərəsi
öz partiya sədrini millətin lideri görmək istəyir. Burdan da siyasi
qısqanclıqlar, xəyanətlər, siyasi dələduzluqlar baş verir. Azərbaycanda xalq hərakatı
başlanmasa mübarizə boş şeydi. Bu gün bir partiya lideri gənclərin problemlərindən
siyasi alver edib onları fanatlaşdıraraq öz tərəfinə çəkə bilər. Ancaq bu da mübarizə
üşün yetərli deyil.Düzdür, istər Müsavat Partiyasında, istər AXCP, istər KXCP və
digər partiyalarda 10 illərdi qəhramancasına mübarizə aparan, sözün əsl mənasında
qəhrəman bacı və qardaşlarımız var. Ancaq siyasət reallıqdı, bu gün şahidi
oluruq ki,bəzən həmin qardaşlar biri-birlərinə qarşı düşmən münasibət bəsləyir.
Nəticədə bu mübariz insanlar və onların
partiyaları xalqın gözündən düşür. Bu davanı hakimiyyət ,pul,var dövlət uğrunda
mübarizə kimi qəbul edir.Siyasi tərbiyəsizlik o həddə çatır ki,biri 15 sutka cəza
alıb sonra millətin sərvəti olan ziyalılara dərs keçməyə başlayır. Azərbaycan
siyasəti,münasibətlər,insanlar dəyişməlidir.Əks halda biz 100 illərlə özümüzü millətə
və hakimiyyətə güldürəcəyik.”