Dünən bir xəbər saytlarında Mərkəzi Bank tərəfindən avtomobillər üçün kreditlərin verilməsinin qadağan edildiyi barədə informasiya yayılmışdı. Bildirilirdi ki, bu sahədə vəziyyətin acınacaqlı hal alması və avtokreditlərin qaytarılmasında yaranan xaosdan qurtulmaq üçün Mərkəzi Bank ölkədəki bütün banklara bununla bağlı xüsusu qadağa tətbiq edib.
Ancaq İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli Moderator.az-a açıqlamasında bu informasiyanın doğru olmadığını bildirir.
“Kreditlə bağlı Mərkəzi Bank tərəfindən tətbiq edilən qadağadan söhbət gedə bilməz. Sadəcə vaxtı keçmiş kreditlərin payı sürətlə artdığından,istehlak kreditləri sahəsində ciddi problemlər özünü göstərməyə başladığından,kredit alan gəlirləri barədə arayış təqdim edəndən və deməli, ödəmə qabiliyyəti sübut olunduqdan sonra ona kredit veriləcək.”