Moderator.az xəbər verir ki, yanvarın 17-də Sumqayıt Paralimpiya İdman Kompleksində əlil idmanı sahəsində yeni layihənin təqdimatı oldu. Layihənin aparıcı təşilatı olan “Təlim və İnkişaf İnstitutu” (ABŞ) Azərbaycandan olan 14 fiziki tərbiyə müəllimi və əlillik sahəsində çalışan mütəxəssislərin idmanın əlilliyi olan gənçlər üçün adaptasiyası və təşviqi üzrə Amerika Birləşmiş Ştatlarının Massaçusets ştatına təcrübə mübadiləsi səfərini təşkil edəcəkdir. Səfərin davamı olaraq 6 nəfərdən ibarət Amerikalı mütəxəssis azərbaycanlı həmkarlarına dəstək olmaq üçün Azərbaycana gələcəkdir.
Bu
layihə Birləşmiş Ştatlar Dövlət Departamentinin Təhsil və Mədəniyyət İşləri Bürosunun İdman şöbəsi tərəfindən maliyyələşdirilir.
Layihənin icrasına Amerika Birləşmiş Ştatlarının Bakıdakı Səfirliyi və Azərbaycan
Milli Paralimpiya Komitəsi dəstək verir. “Təlim və İnkişaf İnstitutu”nun bu
layihə üzrə Azərbaycandan olan tərəfdaşı əlil idmanı sahəsində ixtisaslaşan “İnkişaf
Naminə İdman” ictimai birliyidir.
Layihənin
Azərbaycanlı və Amerikalı iştirakçıları ABŞ-da olarkən “fəaliyyət planı”
hazırlayacaqlar ki, Azərbaycana qayıtdıqdan sonra onları fərdi qaydada həyata
keçirsinlər. Bu kiçik layihələr əlilliyi olan gənclərin idmanla məşğul olmasını
asanlaşdırmaq və əlilliyi olan şəxslərin bacarıqları barədə içtimaiyyəti məlumatlandırmaqdan
ibarət olacaqdır.
Amerikaya
səfər (Sentyabr 2014) Amerika Birləşmiş Ştatlarında 3 həftəlik təcrübə mübadiləsi səfəri zamanı
azərbaycanlı iştirakçılar Amerikalı mütəxəssislər və əlilliyi olan gənclərlə birgə təlim, idman
və sosial fəaliyyətlərə cəlb olunacaqlar.
ABŞ
kolleclərindən olan məruzəçilər əlillik və əlil idmanı ilə bağlı Birləşmiş
Ştatların tarixi və təcrübəsindən mühazirələr oxuyacaqlar. Əlillik və idman mütəxəssisləri
ilə təşkil olunacaq müzakirələrdə dövlət və özəl qurumların müvafiq sahədəki vəzifələrindən,
habelə ixtisaslaşdırılmış və inteqrasiyalı proqramların faydasına toxunulacaq.
Əlillik və idman sahəsində ixtisaslaşan qurumlara və məktəblərə səfər zamanı Azərbaycan
nümayəndə heyəti xüsusi qayğıya ehtiyacı olan ABŞ gənçləri və onlara xidmət edən
proqramlarla yaxından tanış olmaq imkanı qazanacaqlar.
Azərbaycana
səfər (2015).
Amerika Birləşmiş Ştatlarının 6 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycana
iki həftəlik səfər zamanı azərbaycanlı həmkarlarına əlil idmanı sahəsindəki fərdi
planlarının həyata keçirilməsində köməklik göstərəcəklər.
Layihənin
sonunda əldə ediləcək nəticələr aşağıdakılardan ibarət olacaq:
·
Əlil idmanı ilə məşğul olan mütəxəssislər və təşkilatlarla tanışlıq;
·
Əlilliyi olan insanların hüquqlarına dair məlumatlılığın artması və
bu hüquqların həyata keçirilməsi yollarının müzakirəsi;
·
Ölkələr arasında mədəni və dostluq əlaqələrinin möhkəmləndirilməsi;
·
Nümayəndə heyətlərinin üzvləri arasında əməkdaşlıq əlaqələrinin qurulması;
·
Fərdi təşəbbüslər üzrə fəaliyyət planlarının hazırlanması və həyata
keçirilməsi
Layihədə iştirak üçün müraciətçilər aşağıdakı tələbləri ödəmlidirlər:
·
Adları aşağıda qeyd olunan rayon/şəhərdə yaşayan və ya işləyən fiziki
tərbiyyə müəllimi yaxud əlillik üzrə mütəxəssis 1) Bakı, 2) Sumgayıt, 3) Mingəçevir,
4) Masallı 5) Xaçmaz və 6) Şəki
·
Layihənin məqsəd və vəzifələrini yaxşı başa düşməli;
·
Layihədə nəzərdə tutulmuş işlərin həyata keçirilməsi və ABŞ-dan
qayıtdıqdan sonra fəaliyyət planına uyğun içlərin icrasına dair öhdəliyin yerinə
yetirilməsini nümayiş etdirməli;
·
Yeniliyə hazır olmalı;
·
Xarici ölkələrə səfərə dair məhdud da olsa təcrübəsi olmalı;
·
ABŞ dövləti tərəfindən maliyyələşən heç bir oxşar proqramın
iştirakçısı olmamalıdır;
ABŞ-a səfər zamanı nümayəndə heyəti tərcüməçi ilə təmin edildiyindən iştirakçılara ingilis dilini bilmək tələb olunmur. Birləşmiş Ştatlardan olan amerikalı iştirakçılar eyni meyarlara uyğun şəkildə 2014-ci ilin payızında seçiləcəklər.
Seçilmiş
Azərbaycanlı və Amerikalı iştirakcıların bütün səfər xərcləri icraçı təşkilat tərəfindən
ödəniləcəkdir.
Ərizə
forması 2014 ”“ cü ilin mart ayının 15-dən gec olmayaraq çap yaxud elektron
formada
“İnkişaf
Naminə İdman“ ictimai birliyinə göndərilməlidir. Elektron ərizələr [email protected] elektron poçtuna göndərilə
bilər. Ərizə formalarını aşağıdakı ünvanlardan əldə etmək olar:
¢ //azerbaijan.usembassy.gov/javascript:nicTemp();
¢ //www.facebook.com/SportForDevelopment
Çap
formasında olan ərizələr aşağıda göstərilən ünvana göndərilə bilər:
Bakı şəhəri,
Olimpiya küç.5 Az 1072, “İnkişaf Naminə
İdman“ ictimai birlik, Mehman Kərimov
Təlim
və İnkişaf İnstitutu Massaçutes ştatının Amherst şəhərində yerləşən qeyri ”“
kommersiya təşkilatıdır (baxın: www.itd-amherst.org).
Təlim və İnkişaf İnstitutunun İcraçı Direktoru xanım Juli E. Huks layihənin direktorudur
və layihənin icrasına nəzarəti həyata keçirir. Xanım Huksla aşağıdakı internet
ünvanı ilə əlaqə saxlaya bilərsiniz : [email protected]