Anti-korrupsiya idarəsi hesabatla çıxış edib
Oxunub: 1931
17 Jan 2014 | 17:49
Anti-korrupsiya idarəsi hesabatla çıxış edib

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən ölkəmizin Üçüncü Dəyərləndirmə Raundunu müvəffəqiyyətlə keçməsi ilə əlaqədar qəbul etdiyi hesabatın təqdimetmə mərasimi keçirilmiş, habelə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi 2013-cü il ərzində görülmüş işlərə dair hesabatla çıxış edib. Bu barədə Moderator.az-ı Baş Prokurorluğun mətbuat xidməti məlumatlandırıb. Məlumatda deyilir: “Yanvarın 17-də Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı tərəfindən ölkəmizin Üçüncü Dəyərləndirmə Raundunun birinci mərhələsini müvəffəqiyyətlə keçməsi ilə əlaqədar qəbul etdiyi hesabatın təqdimatı keçirilmişdir. 

Antikorrupsiya Şəbəkəsinin 25 sentyabr 2013-cü il tarixdə Parisdə keçirilmiş 12-ci Monitorinq Görüşündə qəbul edilmiş hesabatın dəyərləndirmə prosesinin tərkib hissəsi kimi Azərbaycan ictimaiyyətinə təqdimatı ilə əlaqədar baş tutan tədbirdə OECD Katibliyinin Antikorrupsiya məsələləri üzrə baş müşaviri Olqa Savran və qurumun İstanbul Fəaliyyət Planının layihə rəhbəri Tetyana Xavanska,  Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi, ölkəmizin OECD ilə milli əlaqələndiricisi Kamran Əliyev, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov, ATƏT, Avropa İttifaqı, Avropa Şurası və digər beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin məsul əməkdaşları, müvafiq dövlət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Bildirilmişdir ki, OECD-nin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planına müvafiq olaraq Azərbaycan Respublikası üzrə verilmiş tövsiyələrin icrası ilə əlaqədar 3-7 iyun 2013-cü il tarixlərdə OECD Katibliyi, Litva, Ukrayna, Qazaxıstan və Tacikistandan ibarət nümayəndə heyəti Bakıda ölkəmizin 3-cü raund dəyərləndirilməsi üzrə səfərdə olmuş, həmin səfər çərçivəsində nümayəndə heyətinin üzvləri çoxsaylı dövlət qurumunun əməkdaşları ilə səmərəli və işgüzar görüşlər keçirmişlər. Həmin görüşlər zamanı nümayəndə heyəti tərəfindən son illərdə korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlər, həyata keçirilmiş qanunverici və praktiki tədbirlər, “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başlaması, habelə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin bu sahədə fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi, istintaq olunan cinayət işləri və digər irəliləyişlər qeyd edilmişdir.

Ekspertlər qrupunun səfəri ilə əlaqədar hazırlanmış hesabat layihəsi OECD-nin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planının 23-25 sentyabr 2013-cü il tarixlərdə Parisdədə keçirilmiş 12-ci Monitorinq Görüşü və Rəhbər Qrupun 15-ci iclasında müzakirəyə çıxarılaraq qəbul edilmiş, bununla da Azərbaycan Respublikası Antikorrupsiya Şəbəkəsinin 3-cü raund dəyərləndirilməsindən müvəffəqiyyətlə keçən ilk ölkə olmuşdur.

Təqdimat zamanı Şəbəkənin rəsmiləri tərəfindən Azərbaycanın Dəyərləndirmə Raundunun birinci mərhələsini müvəffəqiyyətlə keçən ilk dövlət olması qeyd edilməklə qəbul edilmiş hesabatda ölkəmizin antikorrupsiya qanunvericiliyi və onun icra səviyyəsi, habelə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin modelinin uğurlu nümunə kimi tanınması, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tabeliyində əsas məqsədi şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi olan, vətəndaşla məmur arasında təmasın minimuma endirilməsinə xidmət edən, “Azərbaycan brendi” hesab olunan  “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin təqdirəlayiq təcrübə olaraq göstərilməsi diqqətə çatdırılmışdır. Hesabatda Şəbəkə tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericiliyin daha da təkmilləşdirilməsi, bu sahədə mütəmadi olaraq treninqlərin, seminarların keçirilməsi, dövlət qulluğunda şəffaflığın daha da artırılması, etik-davranış kodekslərinə əməl edilməsi ilə bağlı treninqlərin keçirilməsi və digər məsələlərlə əlaqədar ölkəmizə ünvanlanmış 18 tövsiyənin uğurla icra ediləcəyinə əminlik ifadə olunmuşdur.

Tədbir zamanı Şəbəkənin rəsmiləri iştirakçıların çoxsaylı suallarını cavablandırmışlar.

Təqdimat mərasimindən sonra Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən 2013-cü ildə korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı mətbuat konfransı keçirilmişdir.

Tədbirdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev və Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov görülmüş işlər barədə ətraflı məlumat vermişlər.

Bildirilmişdir ki, Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyev siyasi irsinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yeni müstəvidə reallaşdırılan dövlətçilik siyasəti nəticəsində ötən dövrlərdə olduğu kimi 2013-cü ildə də ölkə həyatının bütün sahələrində yenidənqurma işləri davam etdirilmiş, möhtəşəm nailiyyətlər qazanılmaqla irimiqyaslı uğurlara imza atılmışdır.

Ötən dövrlərdə olduğu kimi 2013-cü ildə dövlət başçısının siyasi fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiyaya qarşı mübarizə tədbirləri daha intensiv xarakter almış, mütərəqqi institusional tədbirlər həyata keçirilmişdir.

Ölkə başçısının 2013-cü ilin sentyabrın 30-da “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair Dövlət Proqramı”nın icrası qaydasında milli memarlıq üslubunda və müasir standartlar səviyyəsində inşa edilmiş Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yeni inzibati binasının açılışı mərasimində iştirakı və kollektivlə görüşərək tapşırıq və tövsiyələr verməsi korrupsiyaya qarşı mübarizə sahəsində siyasi iradənin ən yüksək təzahürü olduğu bildirilmişdir.

Korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən kompleks və davamlı siyasətin real nəticəsidir ki, “Transparency International” təşkilatının “2013-cü il Qlobal Korrupsiya Barometri” adlı hesabatı Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişlərin olduğunu bir daha təsdiq etmiş, çoxsaylı araşdırmalar və təhlillərə əsasən tərtib edilmiş hesabatın nəticələrinə görə ölkəmizdə bütün sahələrdə korrupsiyanın səviyyəsi azalmışdır. Bununla yanaşı, “Transparency İnternational”ın təqdim etdiyi 2013-cü ilin “Korrupsiya Qavrama İndeksi”ndə Azərbaycan əvvəlki illə müqayisədə 12 pillə irəliləməklə qiymətləndirmə balı 28 olmuş, bununla da ölkəmiz son illər ərzində korrupsiyaya qarşı mübarizə sahəsində dəyərləndirmələrdə irəliləyişini davam etdirməklə indeksə daxil edildiyi 2000-ci ildən olan müddətdə ən yüksək nəticəni göstərmişdir.

Bundan başqa, 15 iyul 2013-cü il tarixdə Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentinin regiona ilk səfəri çərçivəsində Bakıda keçirilən mətbuat konfransında ölkəmizdə əlverişli investisiya mühitinin yaradıldığını, korrupsiyanın aradan qaldırılması istiqamətində uğurlu addımlar atıldığını vurğulaması da xüsusi qeyd edilmişdir.

Hesabat dövrü ərzində korrupsiyaya qarşı ardıcıl və sistemli mübarizənin aparılması istiqamətində bir sıra mühüm qanunvericilik və praktiki tədbirlər həyata keçirilmişdir.

Belə ki, Azərbaycan Respublikasının Avropa Şurasının “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” Konvensiyasının Əlavə Protokoluna qoşulması ilə əlaqədar ölkədaxili prosedurlar həyata keçirilərək 1 fevral 2013-cü il tarixli qanunla Milli Məclis tərəfindən qəbul edilmiş, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda korrupsiya hüquqpozmalarına görə fiziki və hüquqi şəxlərin məsuliyyətini müəyyənləşdirən norma 30 aprel 2013-cü il tarixli qanunla yeni redaksiyada verilməklə daha da təkmilləşdirilmişdir.

Korrupsiya halları haqqında məlumat verən şəxslərin müdafiəsi, hüquqi şəxslər barədə cinayət-hüquqi tədbirlərin tətbiqi qaydaları, korrupsiya ilə bağlı müraciət, ərizə və şikayətlərə baxılması qaydalarının təkmilləşdirilməsi istiqamətində qanun layihələri hazırlanmışdır.

Bildirilmişdir ki, Prokurorluq orqanları korrupsiya ilə mübarizəni öz fəaliyyətinin prioritet xətti kimi müəyyən etmiş, eyni zamanda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi əvvəlki illərdə olduğu kimi fəaliyyətini 2013-cü ildə də uğurla davam etdirmişdir.

Həmin müddət ərzində idarə tərəfindən vətəndaşların 1860 müraciətinə baxılmış, həmçinin 230 cinayət xarakterli material araşdırılmışdır. Həmin cinayət xarakterli materialların 69%-i üzrə cinayət işi başlanmış, digər məlumatlar üzrə isə zəruri qabaqlayıcı tədbirlərin görülməsi təmin edilmişdir. 

İdarənin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə bu müddət ərzində 5311 müraciət daxil olmuş, həmin müraciətlərin 26-ı üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmaqla istintaq aparılmış, onlardan 16-sı üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmişdir. Həmçinin, əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilmiş və aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədi ilə müvafiq təşkilatlara təqdimatlar göndərilmişdir. Bununla yanaşı, korrupsiya ilə əlaqədar olmayan müraciət müəlliflərinə mülki, ailə, mənzil, inzibati və digər hüquq sahələrində pozulmuş hüquqlarının bərpası ilə bağlı ətraflı izahlar verilmişdir.

2013-cü il ərzində idarənin növbətçi prokurorları tərəfindən korrupsiya və digər hüquqpozmalar barədə müraciət etmiş 205, idarə rəisi tərəfindən isə 25 vətəndaş qəbul edilməklə ərizələri alınmış, həmin ərizələr üzrə tam və hərtərəfli araşdırmalar aparılmaqla obyektiv qərarların qəbul edilməsi təmin edilmişdir. 

Hesabat dövrü ərzində törədilmiş və ya hazırlanan cinayətlər barədə idarənin əməliyyat qurumları tərəfindən 424 müraciət araşdırılmışdır. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 18, o cümlədən korrupsiya hüquqpozmaları ilə əlaqədar toplanmış materiallar üzrə 7 cinayət işi başlanmışdır. Həmin işlərdən 19-u üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmişdir. 

2013-cü il ərzində idarənin İstintaq şöbəsi tərəfindən 367 şəxs barəsində 201 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmişdir.

Həmin cinayət işlərindən 3 şəxs barəsində 2  iş rüşvət vermə (aktiv rüşvətxorluq), 41 şəxs barəsində 16 iş rüşvət alma (passiv rüşvətxorluq), 66 şəxs barəsində 36 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 5 şəxs barəsində 4 iş vəzifə səlahiyyətlərini aşma, 8 şəxs barəsində 4 iş səhlənkarlıq, 124  şəxs barəsində  65 iş mənimsəmə və israf etmə, 1  şəxs barəsində 1 iş təbii qaz, elektrik və istilik enerjisini talama, 17 şəxs barəsində 7 iş  qanunsuz  və yalançı sahibkarlıq, 2 şəxs barəsində  2 iş  vergidən yayınma,  84 şəxs barəsində 51 iş dələduzluq, 16 şəxs barəsində 13 iş isə digər faktlarla əlaqədar olmuşdur. 

Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 40 milyon 92 min manat ziyandan istintaq müddətində 17 milyon 236 min  manat və ya 42,9 %-i ödənilmiş, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülmüşdür.

2013-cü il ərzində də korrupsiyaya qarşı mübarizə sahəsində idarə əməkdaşları tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilmişdir. 

Belə ki, əhalinin sosial müdafiəsi, səhiyyə, nəqliyyat və digər sahələrdə aşkar edilmiş pozuntuların aradan qaldırılması ilə əlaqədar təkliflər hazırlanıb aidiyyəti qurumlara təqdim edilmiş, həmçinin bir sıra hallarda vəzifəli şəxslər tərəfindən “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun tələblərinin pozularaq cinayət xarakteri daşımayan pozuntulara yol verildiyi müəyyənləşdirildiyindən həmin şəxslər barəsində “Prokurorluq haqqında” qanuna müvafiq olaraq aidiyyəti üzrə təqdimatlar verilmişdir.

Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın zəruriliyini nəzərə alaraq hesabat dövrü ərzində İdarə tərəfindən bu sahədə ixtisaslaşmış beynəlxalq qurumlar və digər ölkələrin müvafiq hüquq mühafizə orqanları ilə əlaqələrin daha da genişlənməsinə xüsusi diqqət yetirilmişdir.

Hesabat dövrü ərzində BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının implementasiyası çərçivəsində beynəlxalq əməkdaşlığa xüsusi önəm verilmişdir.

Belə ki, 2013-cü ilin aprel-may ayları ərzində BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının İmplementasiyası üzrə Nəzarət Qrupunun 2012-ci ilin iyun ayında keçirilmiş sessiyasında qəbul etdiyi qərara əsasən Meksika Birləşmiş Ştatları tərəfindən həmin Konvensiyanın bir sıra maddələrinin implementasiyasını dəyərləndirəcək iki dövlətdən biri kimi Azərbaycan Respublikası müəyyən edildiyinə görə Meksikanın cinayət qanunvericiliyində korrupsiyanın kriminallaşdırılması vəziyyəti və hüquq mühafizə sisteminin dəyərləndirilməsi idarə əməkdaşı tərəfindən həyata keçirilməklə ekspert rəyi hazırlanmışdır.

Görülən işlərin davamı olaraq, 18 - 22 avqust 2013-cü il tarixlərdə idarənin əməkdaşı Beynəlxalq Ekspertlər Qrupu tərkibində Mexiko şəhərində Dəyərləndirmə iclasında iştirak etmiş, tədbirdə Meksika hökumətinin özünüdəyərləndirmə toplusuna hazırladığı cavablar Azərbaycan mütəxəssisi tərəfindən öyrənilərək qiymətləndirilmiş, cavabdeh ölkəyə ekspert rəylərinin layihələri təqdim olunmuşdur.

2013-cü ildə Beynəlxalq Antikorrupsiya Akademiyası (İACA) ilə əməkdaşlıq genişləndirilmiş, idarə əməkdaşları Akademiyanın təşkil etdiyi tədbirlərdə iştirak etmişlər.

9-11 dekabr 2013-cü il tarixlərdə Tailand Krallığının paytaxtı Banqkok şəhərində keçirilmiş Beynəlxalq Antikorrupsiya Akademiyasının Beynəlxalq Təşkilat kimi təsis edilməsi haqqında Sazişi ratifikasiya etmiş ölkə və təşkilatların yüksək vəzifəli nümayəndələrinin 2-ci Assambleyası zamanı növbəti il üçün Assambleyanın rəhbər orqanı olan büroya  üzvlərin seçilməsi ilə əlaqədar keçirilmiş seçkilər zamanı Azərbaycan nümayəndəsi də səs alaraq büroya üzv seçilmişdir.

2013-cü il ərzində Avropa Şurasının Korrupsiyaya qarşı mübarizə aparan Dövlətlər Qrupu (GRECO) ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq uğurla davam etdirilmişdir. GRECO-nun ölkəmiz üzrə 3-cü raund dəyərləndirmə hesabatında verilmiş tövsiyələrin icrası istiqamətində bir sıra mühüm addımlar atılmışdır.

Belə ki, GRECO tərəfindən ünvanlanmış son hesabat layihəsində ölkəmizə korrupsiya cinayətlərinin kriminallaşdırılması və siyasi partiyaların maliyyələşdirilməsi üzrə verdiyi 17 tövsiyədən kriminallaşdırma sahəsində icra edilməmiş səlahiyyətli orqanlara məlumat vermiş aktiv rüşvət verən şəxslərin cəzadan avtomatik və tam olaraq azad edilməsi məsələsinə dair  müvafiq normativ-hüquqi aktların layihələri İdarə tərəfindən hazırlanmışdır.

Hesabat dövründə Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası (İAACA) ilə əməkdaşlıq diqqət mərkəzində saxlanılmış, 12-14 aprel 2013-cü il tarixlərdə Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (İAACA) Prezidenti Çao Cianminqin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında rəsmi səfərdə olmuşdur.

Səfər çərçivəsində Çao Cianminq Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov tərəfindən qəbul olunmuş və ölkələrimizin prokurorluq orqanları arasında əməkdaşlıq əlaqələrinin perspektivlərini müəyyənləşdirən “Anlaşma Memorandumu” imzalanmışdır.

22-24 noyabr 2013-cü il tarixlərdə Panama Respublikasında keçirilmiş Beynəlxalq Antikorrupsiya Orqanları  Assosiasiyasının 7-ci illik Konfransı və Ümumi İclasında ölkəmizin nümayəndə heyəti iştirak etmiş, tədbir zamanı Assosiasiyanın prezidentinin, vitse-prezidentlərinin və İcraiyyə komitəsi üzvlərinin seçkisi keçirilməklə Çin Xalq Respublikasının Baş prokuroru yenidən qurumun prezidenti, Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədov isə vitse-prezidenti seçilmişdir.

 Bundan başqa, 16-19 oktyabr 2013-cü il tarixlərdə Krans Montana Forumunun təşkilatçılığı ilə Belçikanın paytaxtı Brüssel şəhərində keçirilmiş Transmilli cinayətkarlıq üzrə 15-ci Beynəlxalq Sammitdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir.

Tədbir zamanı korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş sessiyada çıxış edən idarə rəisi Azərbaycan Respublikasında həyata keçirilən sistemli antikorrupsiya siyasəti, habelə idarə tərəfindən son illər aparılan cinayət təqibi barədə ətraflı məlumat vermişdir.

2013-cü il ərzində idarə tərəfindən həmçinin Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM, Avropa İttifaqının Şərq Tərəfdaşlığı nəzdində yaradılmış “Korrupsiyaya qarşı mübarizə üzrə Panel”, Avropa İttifaqı (Aİ) ”“ Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməklə idarə əməkdaşları həmin istiqamətlər üzrə konfrans, seminar, treninq, təlim və dəyirmi masalarda aktiv iştirak etmişlər.

İdarə tərəfindən korrupsiyaya qarşı mübarizə fəaliyyətində qeyri-hökumət təşkilatları ilə sıx münasibətlərin qurulmasına xüsusi önəm verilmiş, idarənin fəaliyyəti, bu sahədə son vaxtlar qəbul edilmiş qanunvericiliyin tələbləri, beynəlxalq əməkdaşlıq nəticəsində həyata keçirilən tədbirlər, həmin tədbirlərin reallaşmasında dövlət qurumlarının və vətəndaş cəmiyyətinin rolu və digər mühüm məsələlər ilə əlaqədar idarə əməkdaşlarının kütləvi informasiya vasitələrində məqalələri dərc edilmişdir. 

Dövlət başçısı cənab İlham Əliyevin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yeni inzibati binasının açılışında, Dünya azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Azərbaycan xalqına təbriki zamanı və cari il yanvarın 9-da Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında rüşvətxorluq və korrupsiya kimi neqativ təzahürlərə qarşı daha ciddi mübarizə aparılması barədə tapşırıq və tövsiyələrə uyğun olaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən bundan sonra da korrupsiya hüquqpozmalarını doğuran səbəb və şəraitin müəyyən edilməsi və cinayətlərin qarşısının alınması istiqamətində sistemli, ardıcıl və qətiyyətli mübarizə tədbirlərinin davam etdirilməsi təmin ediləcəkdir. 

Tədbirdə iştirak edən qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxış edərək korrupsiyaya qarşı mübarizə sahəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin 2013-cü il ərzində gördüyü işləri müsbət dəyərləndirmişlər. QHT və kütləvi informasiya vasitələrinin nümayəndələrinin sualları ətraflı cavablandırılmışdır.

Tədbirin sonunda korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmə tədbirləri çərçivəsində idarə tərəfindən hazırlanaraq nəşr edilmiş bülleten, buklet, kitablar, metodiki vəsaitlərin təqdimatı keçirilmiş, qeyd olunan nəşrlər tədbir iştirakçılarına paylanmaqla onların böyük marağına səbəb olmuşdur.

 

 


Oxşar xəbərlər
12:40, Bu gün
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
12:38, Bu gün
Azərbaycanda dəhşətli qəza - ata və oğlu öldü - FOTOlar
12:34, Bu gün
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
12:31, Bu gün
Ağdərədə odlu silah-sursat aşkar edildi
12:28, Bu gün
Rusiyalı sənətçilər “Crocus City Hall” qurbanlarını Müslüm Maqomayevin mahnıları ilə andılar - VİDEO
12:24, Bu gün
Sabahın hava proqnozu açıqlandı
12:20, Bu gün
Məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
12:16, Bu gün
Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşüb
12:12, Bu gün
Sumqayıtda qanunsuz tikili söküldü - FOTO/VİDEO
12:08, Bu gün
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
12:04, Bu gün
Fazil Mustafa ilk dəfə açıqladı: "Sui-qəsd baş verəndən sonra..." - ŞOK DETALLAR
12:02, Bu gün
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:00, Bu gün
Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilətullantısız gələcək - FOTO
11:58, Bu gün
“Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında - VİDEO
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
11:55, Bu gün
Elşən Orucov: “Türkiyədən çoxlu təkliflər var, deyirlər, ən yaxşı azərbaycanlı aktyorsan” - MÜSAHİBƏ + FOTO
11:50, Bu gün
“Xocalı özü böyüklüyündə soyqırım abidəsinə, milli-tarixi yaddaş yerinə çevrilməlidir”
11:50, Bu gün
Qazaxda tanışını öldürən şəxsin məhkəməsi başlayır
11:45, Bu gün
Azərbaycanda qadın döyüşçülərin qədim məzarlığı aşkar edilib: Amazonların mövcudluğunun daha bir sübutu - FOTO
11:40, Bu gün
Sözçü: Ermənistan hökuməti qayıtmağımıza imkan yaratmaqla yanaşı, vurduğu zərərləri kompensasiya etməlidir
11:37, Bu gün
"Kəskin ağrı zamanı bunu etmək qətiyyən olmaz"
11:36, Bu gün
Nikol Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq edib
11:30, Bu gün
11-ci sinif şagirdinin ana olduğu məktəbin direktoru işdən çıxarıldı
11:26, Bu gün
Azərbaycan millisinin futbolçusu: "Öz üzərimizdə çox işləməliyik"
11:25, Bu gün
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
11:22, Bu gün
Politoloq: Rusiyada yaşayan zəngin ermənilər Moskva üçün təsir və təzyiq vasitəsidir
11:21, Bu gün
BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
11:19, Bu gün
Diş ətinizə diqqət edin, infarkt ola bilərsiniz
11:16, Bu gün
Metroda niyə zibil qabı yoxdur?
11:15, Bu gün
Azərbaycan Mərkəzi Bankı inflyasiyaya dair proqnozunu sabit saxlayıb
11:11, Bu gün
Bərdədə Vətən müharibəsi şəhidi doğum günündə anıldı - FOTOLAR
11:08, Bu gün
Nazirliyin şöbə rəisi vəfat edib
11:08, Bu gün
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
11:07, Bu gün
“Radikal dini cərəyanlarla, terrorla mübarizədən günahsız adamlar zərər çəkməməlidir...”
11:02, Bu gün
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
10:58, Bu gün
Magistraturaya qəbulun ikinci cəhdində iştirak üçün qeydiyyat başlayıb
10:53, Bu gün
İdeal səhər rejimi necə olmalıdır?
10:52, Bu gün
Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
10:49, Bu gün
Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında - VİDEO
10:48, Bu gün
Qərbi Azərbaycan İcması Ermənistanı Fransanın oyunlarına getməməyə çağırıb
10:40, Bu gün
Los Ancelesdə yaşayan azərbaycanlı həkim
10:34, Bu gün
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
10:31, Bu gün
İşdə yüksələ bilməməyinizin səbəbləri nələrdir?
10:29, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
10:15, Bu gün
“Simpsonlar” bunu da bildi - Davamı gəlsə bütün dünyada fəlakət yaşanacaq - FOTO
10:12, Bu gün
Hərbi institutda məşğələ: kursantlar gəmiləri döyüşə hazır vəziyyətə gətirib
10:05, Bu gün
İstedadlı qələm adamı, sədaqətli dost... - O, həm də siyasi şərhçidir
09:59, Bu gün
Bakıda döyüş tətbiqinə yararlı əl qumbarası və UZRQM partladıcısı aşkarlanıb
09:58, Bu gün
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
09:55, Bu gün
Əli Nağıyev: Daşaltı əməliyyatında itkin düşmüş daha 73 nəfərin adı yaxın günlərdə açıqlanacaq
09:54, Bu gün
Ötən il DTX 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb
09:52, Bu gün
Bu meyvələr iştahı azaldır
09:43, Bu gün
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
09:40, Bu gün
Dörd rayonda qaz olmayacaq
09:40, Bu gün
Messi karyerasını nə vaxt bitirəcək? - Özü açıqladı
09:37, Bu gün
Naxçıvanda avtomobil yolunda uçqun olub
09:33, Bu gün
"Yaz günəşi yer səthinə daha yaxın olduğu üçün zərərləri daha çoxdur"
09:31, Bu gün
Energetika Nazirliyində kollegiya iclası keçirilib
09:30, Bu gün
Martın 30-da uşaq bağçalarına müdir vəzifəsinə qəbulun test imtahanı mərhələsi keçiriləcək
09:28, Bu gün
Şakira məşhur aktyorla nahar edərkən fotokameralara tuş gəlib - FOTO
09:27, Bu gün
Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü
09:26, Bu gün
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
09:20, Bu gün
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
09:17, Bu gün
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
09:07, Bu gün
Tokayev: Dünyanın yeni çoxtərəfli ticarət sisteminə ehtiyacı var
09:03, Bu gün
Podolyak: Terror aktında axtarılan “Ukrayna izi” Kremlə heç nə qazandırmır
09:02, Bu gün
Mask bir sıra “X” istifadəçiləri üçün “Premium”u pulsuz edəcək
08:50, Bu gün
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
08:28, Bu gün
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
08:21, Bu gün
Xəbərdarlıq alan TV kanallar bu verilişlərlərlə bağlı TƏDBİR görməyə başladı - VİDEO
08:19, Bu gün
Fransada həyəcan təbili: Silah ehtiyatı azalır
08:16, Bu gün
Kəlbəcərdə əl qumbaraları aşkarlanıb
07:32, Bu gün
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
07:29, Bu gün
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
00:13, Bu gün
“Meyxananın Messisi mən, Ronaldosu Rəşaddır”
00:07, Bu gün
Xərçəng qatili bitkilər: birbaşa hüceyrələri hədəf alırlar
00:03, Bu gün
Arıqlamaq üçün qarabaşağı belə bişirin
27 Mar 2024 | 23:59
Çay qocalma prosesini necə ləngidir?
27 Mar 2024 | 23:56
Yuxusuzluğun beş əsas səbəbi
27 Mar 2024 | 23:55
Başqasının cəriməsi ona yazılıb: Ağcabədi sakini şikayətçidir - VİDEO
27 Mar 2024 | 23:52
Həbsdən çıxan Dani Alveşin sərvəti nə qədərdir?
27 Mar 2024 | 23:50
“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - VİDEO
27 Mar 2024 | 23:49
“Falck” Klinikası məhkəməyə verildi
27 Mar 2024 | 23:47
Britaniya rekord sayda miqrant axını ilə üzləşib
27 Mar 2024 | 23:40
İtkin düşmüş Gəncə sakini tapılıb
27 Mar 2024 | 23:28
“Bakubus” gömrük qaydalarını pozub? - 1500 manat cərimələnə bilər
27 Mar 2024 | 23:25
"Yenə təkrarlansa, onları rəzil edəcəyəm"
27 Mar 2024 | 23:22
“İdea Education Center” üçün 25 min manatlıq cərimə təhlükəsi
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 23:03
Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub
27 Mar 2024 | 22:56
Tikinti materialları bazarında SON VƏZİYYƏT: Hansı məhsullar UCUZLAŞDI?
27 Mar 2024 | 22:44
Ermənistan “Crocus”da törədilən terror aktını pisləməyib
27 Mar 2024 | 22:43
Varşavada taksi sürücüləri şəhərin mərkəzini bağlamağa çalışırlar
27 Mar 2024 | 22:41
Bakıda bəxbəxt hadisə: Nərdivandan yıxılan kişi öldü
27 Mar 2024 | 22:38
Burada məşhurların alt paltarları nümayiş etdirilir - Dünyanın ən qəribə muzeyləri
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 22:35
Rusiya Xarkovun yaşayış massivinə zərbə endirib, ölən və yaralananlar var
27 Mar 2024 | 22:32
"NATO qoşunlarının Ukraynaya yeridilməsi daha fantastika deyil" - Kasparov
27 Mar 2024 | 22:30
Qərbi Azərbaycan Xronikası: Daşnaklar türkləriı Oxçu məscidində diri-diri yandırıblar
27 Mar 2024 | 22:14
"Putin və məmurları terror aktında "Ukrayna izini" müəyyən edə bilmir " - ISW
GÜNLÜK
27 Mar 2024 | 13:40
Növbəti köç karvanı Füzuli şəhərinə çatdı - FOTOLAR
27 Mar 2024 | 14:12
Vasif Talıbovun oğlu Ali Məclisdə peyda oldu - Fuad Nəcəfli isə onu qapıdan geri qaytardı
27 Mar 2024 | 14:23
Lerikdə baş verən kütləvi zəhərlənmə ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
27 Mar 2024 | 13:32
Ekspertiza BAŞA ÇATDI: Əhməd ailəsini qətlə yetirərkən anlaqlı olub? - YEKUN RƏY...
27 Mar 2024 | 13:17
Kolbasanı qızartmaq olmaz – Xərçəngə səbəb olur
27 Mar 2024 | 13:41
Bu müğənnilər filmə çəkilə bilməz- ARAŞDIRMA
27 Mar 2024 | 13:42
Xocalıda kütləvi məzarlıqda qalıqları tapılan şəhid Sumqayıtda dəfn olunub - YENİLƏNİB + FOTO
27 Mar 2024 | 15:18
Şirkətlərə niyə daha çox “Xanım işçi tələb edilir”?
27 Mar 2024 | 13:38
İlham Əliyev təhlükəsizlik orqanlarının bir qrup zabitinə general rütbəsi verib
27 Mar 2024 | 15:45
Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən İLGİNC AÇIQLAMA
HƏFTƏLİK
21 Mar 2024 | 13:55
"Qırmızı həyəcan": 2024-cü il son 174 il ərzində ən ağır il olacaq
21 Mar 2024 | 17:32
Türkiyədən mesaj: “Zəngəzurdan marş oxuya-oxuya keçəcəyik”
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
AYLIQ
27 Mar 2024 | 13:40
Növbəti köç karvanı Füzuli şəhərinə çatdı - FOTOLAR
27 Mar 2024 | 14:12
Vasif Talıbovun oğlu Ali Məclisdə peyda oldu - Fuad Nəcəfli isə onu qapıdan geri qaytardı
27 Mar 2024 | 14:23
Lerikdə baş verən kütləvi zəhərlənmə ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
27 Mar 2024 | 13:32
Ekspertiza BAŞA ÇATDI: Əhməd ailəsini qətlə yetirərkən anlaqlı olub? - YEKUN RƏY...
27 Mar 2024 | 13:17
Kolbasanı qızartmaq olmaz – Xərçəngə səbəb olur
27 Mar 2024 | 13:41
Bu müğənnilər filmə çəkilə bilməz- ARAŞDIRMA
27 Mar 2024 | 13:42
Xocalıda kütləvi məzarlıqda qalıqları tapılan şəhid Sumqayıtda dəfn olunub - YENİLƏNİB + FOTO
27 Mar 2024 | 15:18
Şirkətlərə niyə daha çox “Xanım işçi tələb edilir”?
27 Mar 2024 | 13:38
İlham Əliyev təhlükəsizlik orqanlarının bir qrup zabitinə general rütbəsi verib
27 Mar 2024 | 15:45
Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən İLGİNC AÇIQLAMA