“Bakıda dinc yaşayan insanlara qarşı Sovet ordusunun sərt hücumları tarixə 20 yanvar 1990- cı il tarixini yazıb”
Bu sözləri Moderator.az saytına eksklüziv açıqlmasında Türkiyəli diplomat və böyük şair Zəfər Kibar 20 yanvarla bağlı ürək sözlərini bildirərkən deyib. Onun sözlərinə görə, həmin gün bir çox Azərbaycan türkü şəhid olmuş, bir çoxları isə yaralanmışdı: “Şəhidlər Günü” olaraq xatırladığımız 20 Yanvar tarixinin yaxınlaşdığı bu günlərdə, tariximizi sağlam bir şəkildə yenidən qiymətləndirmək lazım olduğunu düşünürəm”.
Böyük Türk şairi Zəfər Kibarın sözlərinə görə, Azərbaycanda yaşanan bu hadisələr, Sovet İttifaqının insanlıq tarixinin ən böyük zülm təşkilatı hesab edilən diktatorluğun dağılmasını demək olar ki, sürətləndirmişdi: “Bu baxımdan deyərdim ki, 20 yanvar nə qədər kədərli bir gün hesab eilsə də, həmin günün əslində tarixdə müsbət və qəhrəmancasına bir istiqaməti olduğunu hesab edirəm. lakin düşünürəm ki, medalyonun bir də o biri üzü var. Hadisələrə səbəb olan türk və erməni ailələri arasındakı qarşıdurmalar , daha sonra ermənilərə dəstək olan qüvvələrin də köməyi ilə Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal edilməsi ilə nəticələnmişdir. Mən, bir şair kimi, siyasət elmi sahəsində təhsil almış bir mütəxəssis olaraq bunu kədərlənərək ifadə etmək istəyirəm ki, Can Azərbaycanın torpaqlarının işğal edilməsi tarixdən gələn müxtəlif düşmənlik duyğularının üstünə sanki duz - bibər əkilmiş və işğalçı qonşumuz Ermənistan ilə qardaşımız Azərbaycan arasında böyük və hələ də həll olunmayan münaqişəyə səbəb olub. Biz eyni bölgədə qonşu olaraq yaşayan və bir-biriylə yaxşı dolanması lazım olan cəmiyyətlərik. O üzdən önümüzdəki illərdə Ermənistanın de fakto işğal etdiyi yerlərdən çəkildiyini və sülhün təminatını görmək bütün insanlıq adına ən böyük diləyimizdir. 20 Yanvar Şəhidlər Gününü və bütün şəhidlərimizin hörmətlə anıram. Onlar bizim müstəqil və azad bir ölkədə yaşamağımız üçün canlarını verən Qəhrəmanlardır! Allah rəhmət eləsin!”