Milli Şuranın dünənki sessiyası cavabını gözləyən çoxsaylı suallara yenə də aydınlıq gətirilmədi və qurumdaxili ziddiyyətlər davam etməkdədir.
Görəsən qurumda təmsil olunan digər partiyalar, məsələn,
KXCP-də nə düşünürlər, vəziyyətin düzəlməsi üçün hansısa təklifləri və ya təşəbbüsləri
varmı, Milli Şuranı böhrandan çıxarmağın yollarını nədə görürlər?
Moderator.az-a açıqlama verən KXCP sədrinin müavini Xəzər Teyyublu belə hesab edir
ki,qurumda böhran hələ də davam edir:
“KXCP demokratik qüvvələrin bir yerdə olmasını istəyir
və bunula baglı Milli Şuranın strukturlarının təkmil forması olması üçün təkliflərini
də verib.Bu baxımdan biz birlik tərəfdarı kimi bütün məsələlərdə bu mövqeyi
üstün tuturuq. Amma subyektiv fikrim budur ki, nə qədər ki, milli birliyə tam
olaraq hamılıqla nail olunmayacaqsa çətinliklərimiz
davam edəcək. Böhran isə hələ də davam edir. Ümumiyyətlə, AXCP- Müsavat savaşı
yerlərdə mənfi təsirlərini verir. Biz KXCP olaraq bu mənfiliyin uzvlərimizdən yan keçməsinə çalışırıq
və prosesi nəzarətdə saxlayırıq. Zamanında bir yerdə olub indi bir- birilərini
duşməncəsinə ittihamlamaq muxalif narazı eloktarat kəsimli insanlarda təəssüf və
ikrah yaradir. KXCP uzvlərinin zaman-
zaman yaşadıqları bu gün ictimailəşir. Hər halda baş verənləri pisləyirik.”