Moderator.az-a vaxtilə Təhsil Naziriliyinin işə qəbul müsabiqəsindən keçərək böyük ümidlərlə Qubanın dağ kəndlərindən birinə müəllim kimi yollanan və sonradan geriyə-Bakıya qayıtmağa məcbur olan bir müəllimənin giley-güzar dolu məktubu daxil olub.
Müəllimənin yazdıqlarını indiki təhsil naziri Mikayıl Cabbarovun və onun yeni komandasının oxuması məsləhətdir. Çünki nəinki təhsil ictimaiyyəti, bütövlükdə ölkə təhsilinin acınacaqlı durumundan narahatçılıq keçirən hər kəs yeni nazirə, onun gənc komandasına böyük ümidlərlə baxır və təhsilimizi ağ günlərə çıxaracaqlarına inanırlar.
"Eks təhsil nazirinin güzəştli proqram layihəsini aqibətini indi də ürək ağrısı ilə
izləmək mümkündür. Müəllimləri “rüşvətsiz” imtahanla və şəffaf yolla işə
qəbulunu təmin etmək əslində ilk baxışdan uğurlu layihə idi. Lakin bu layihəni
natamam və ya sona qədər düşünülməmiş adlandırsaq daha doğru olar. Belə ki,
müəllimlər üçün nəzərdə tutulmuş güzəştli proqram layihəsi ucqar kənd
məktəblərində tədris alan uşaqları müəllimlə və işə ehtiyacı olan müəllimləri
işlə təmin etməyi nəzərdə tutsa da, demək olar bu görüntü az sonra həm
görkəmini, həm də mahiyyətini dəyişdi. Əvvəlcə layihəyə əsasən şəhər mərkəzindən
Əsl problem isə elə bundan sonra başlayır. Ucqar məktəblərdə dərs
deməkdən imtina edən müəllimlər gəldikləri kimi geri döndükdən dərhal sonra
həmin məktəblərin bir çoxu artıq bağlanıb və deyilənə görə bir çoxu da
bağlanmaq üzrədir. Bu da bir çox kəndlərdə yeni problemlər yaradır. Belə ki,
bir kənddə bağlanan məktəbin şagirdləri oxumaq arzusu ilə uzun yolu qətt edib
digər uzaq kəndə yollanırlar. Burada isə onsuz da kənd yerlərində qızların
oxuması qəliz məsələ idi, indi də bir sıra kənd məktəblərinin bağlanması ilə
əlaqədar bir çox valideynlər qızlarını digər kəndə məktəbə qoymaqdan imtina
edirlər.
Qeyd
edim ki, Qubanın Buduq, Gültəpə kəndlərindəki orta məktəblər artıq bağlanıb və
hazırda Suxtakələ kənd məktəbi də bağlanmaq üzrədir. Bu da daha böyük və
nəticəsi olduqca bərbad görünən bir faktdır."