"Müasir dünyanın əsas vəzifələrindən bir də müasir texnikadan vətəndaşlara xidmət etmək üçün yaranmış imkanlardan səmərəli istifadə edilməsidir. Azərbaycanda prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan ASAN xidməti ölkə vətəndaşlarının mobil telefonlarından istifadə edərək, elektron imza xidmətindən istifadə etməsi üçün şərait yaradacaq. Hazırki dövrdə Elektron imzadan yalnız vergilərin ödənilməsində istifadə olunmaqdadır. Gələcəkdə isə bu xidmətdən bank və maliyə sektorunda da istifadə olunacaq.
Bununla da Elektron hökümət bir çox vətəndaşlara daha rahat xidmət göstərəcək. Bu xidmətdən sonra vətəndaşlara tibbi xidmətin səviyəsi də yüksələcək. Qəzetin müxbirin sözlərinə görə, layihənin həyata keçməsində müxtəlif problemlər qalmaqdadır. İlk öncə bütün bu halların həyata keşirilməsi üçün vahid baza yaradılmalı və vətəndaşlar da yeni sistemə tam öyrəşməlidirlər. Qəzet əməkdaşı həmçinin vətəndaşlarda yeni yaranan quruma inamın olması üçün konfedesallığn təmin olunmasını da vacib məqam kimi vurğulayıb."