“Qarabağın işğaldan azad olunmasında əsas
rolu ordudan daha çox Azərbaycana beynəlxalq aləmin göstərəcəyi dəstək həll edəcək”.
Bu sözləri Moderator.az-a
açıqlamasında “Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti” Azərbaycan Mərkəzinin
direktoru, hərbi ekspert Ələkbər Məmmədov bildirib. Ekspertin sözlərinə görə,
beynəlxalq dəstək Qarabağ probleminin ədalətli həllində aparıcı amil olsa da, hakimiyyət
Azərbaycana beynəlxalq aləmin dəstəyini təmin etmək baxımından hər hansı ciddi
nailiyyətə imza atmayıb: “Qarabağın aqibətini Azərbaycan hakimiyyətinin beynəlxalq
dəstəyə nail olmaq üçün atdığı addımlar həll edəcək. Bu istiqamətdə hakimiyyət
nə iş görüb, hansı uğurlar əldə edib ”“ işğaldakı torpaqların taleyi bundan
asılıdır. Lakin təəssüf hissi ilə də olsa etiraf etmək lazımdır ki, hakimiyyətin
bu yöndə gördüyü iş Azərbaycanın əleyhinə olan işlərdi, hansı ki, erməni tərəfi
də bundan əleyhimizə yaxşıca istifadə edir”.
Seymur Əliyev