“Türkmənistan qonşu dövlətlərlə münasibəti gərginləşdirmək niyyətində deyil”. Bu sözləri Moderator.az-a eksklüziv açıqlamasında Latviya Seyminin deputatı Valeriy Aqeşin “əgər Rusiya idxal etdiyi qazın qiymətini qaldırarsa, Türkmənistan buna necə reaksiya verəcək”sualını cavablandırarkən deyib.
Onun sözlərinə görə, ötən il Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Latviyaya səfəri zamanı bu məsələyə yetəri qədər aydınlıq gətirib: “Ötən il mən şəxsən Türkmənistan prezidenti ilə Latviyaya səfəri zamanı görüşmüşdüm. Görüş Riqada baş tutmuşdu. O zaman Qurbanqulu Berdməhəmmədov regiondakı mövqeyinin birmənalı olduğu bildirmişdi. Bu isə o deməkdir ki, Türkmənistan qonşu dövlətlərlə münasibəti gərginləşdirmək niyyətində deyil”.
Qeyd edək ki, Rusiya, İran və Qatardan sonra Türkmənistan dördüncü qaz təchizatı edən ölkələr sırasındadır. Hazırda rəsmi Aşqabad Rusiya və İrana da qaz idxal etməkdədir. 2013-cü ilin yekunları ilə bağlı çıxış edən Türkmənistan prezidenti ölkənin neft və qaz sahəsində gətirdiyi gəlirin onu və rəsmi Türkmənistanı qane etmədiyini demişdi.