Siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev Moderator.az-a açıqlamasında Milli Şuranın gələcək aqibəti, habelə Müsavat və AXCP arasındakı gərginliyə münasibət bildirib. C.Nuriyevin sözlərinə görə, adıçəkilən partiyaların Milli Şura daxilində bir araya gəlməsi yanlış idi:
“Müsavatla AXCP-nin bir yerdə olması mümkünsüz bir məsələdir. Son 20 ildə baş verən proseslər birmənalı şəkildə göstərir ki, bu yaxınlaşma baş verməməli idi. Lakin hər iki partiyanı məcburi surətdə siyasi nigaha vadar etdilər. Hər iki tərəf Milli Şuraya kabab iyinə getsə də, gördülər ki, ulaq dağlanır. Müsavat Partiyası umduğunu ala bilmədi. AXCP isə həyata keçirmək istədiklərini reallaşdıra bilmədi. Milli Şuranın gələcək aqibətinə gəlincə, bu qurum Müsavat Partiyasının oradan çıxması ilə faktiki surətdə dağıldı. Odur ki, bundan sonra Milli Şura hər hansı perspektiv vəd etmir”.
Şamil Əlibəyli