“Borçalı” İctimai Cəmiyyəti İdarə Heyətinin növbəti iclası keçirilib. Bu barədə Moderator.az-ı qurumun mətbuat xidməti məlumatlandırıb. Məlumatda deyilir: “İclacda ötən ilin yekunları müsbət dəyərləndirib. 2014-cü ilin fəliyyət istiqamətləri müzakirə olunaraq proqram əsas kimi qəbul olunub. İH-nin növbəti genişləndirilmiş toplantısında fəaliyyət proqramının təsdiqə verilməsi haqda qərar qəbul olunub. Habelə, Məmməd Əmin Rəsulzadənin 130 illiyi ilə bağlı məsələ müzakirə olunaraq bu il yanvar ayının 26-da “XX əsr Azərbaycan və Gürcüstanın istiqlal tarixində borçalı türklərinin rolu və yeri” mövzusunda konfrans keçirilməsi haqqında müvafiq qərar qəbul olunub. Konfransda məruzəçi qismində tədqiqatçı alimlər Kərəm Məmmədov, Nəsiman Yaqublu, Nəsib Nəsibli və Faiq Ələkbərov çıxış edəcəklər. Eyni zamanda bu il fevral ayının 21-də “Gürcüstanda aparılan demokratik islahatlar və soydaşlarımız” mövzusunda konfrans keçirilməsi qərarlaşdırılıb”.
Məlumata görə, konfransda müzakirə ediləcək məsələlərin siyahısı da müəyyənləşdirilib: “Konfransda müzakirə ediləcək mövzular da təsdiq olunub. Bunlara aşağıdakılar daxildir.
1. “Gürcüstanda təhsil islahatları və milli azərbaycan məktəblərinin mövcud durumu və inkişaf prespektivləri”
2. “Toponimlər və tarixi yaddaş”
3. “İnteqrasiya problemləri, onu zəruri edən amillər, qarşılıqlı inteqrasiya”
4. “Mövcud sosial iqtisadi durum və soydaşlarımızın sosial problemləri”
Mövzular üzrə Gürcüstan və Azərbaycanda ixtisasçı mütəxəssislər məruzə edəcəklər”.
Məlumata görə, Novruz bayramı ərəfəsində Gürcüstanın Marneuli və Qardabani rayonunda konsert proqramlarının təşkili və novruz şənliklərində iştirak üçün təşkilat komitəsinin tərkibi təsdiq olunub.
Seymur Əliyev