Rafiq bəy İsmayıl: “Əbülfəz bəylə birgə rəqsə gedir, Avropa rəqslərini öyrənirdik”
Oxunub: 2370
15 Jan 2014 | 09:12

Rafiq bəy İsmayıl: “Əbülfəz bəylə birgə rəqsə gedir, Avropa rəqslərini öyrənirdik”
Özü demişkən, hərbi xidmətdə olmasa da, sözündə, vədəsində çox dəqiq adamdır. Elə əvvəlcədən vədələşdiyimiz kimi görüş yerinə vaxtın düz tamamında yetişməsi də bunu bir daha isbatladı. Həmsöhbətimiz yanvarın 13-də 75 yaşını tamamlayan dəyərli ziyalımız, Müsavat Partiyasının Məclis üzvü, Təhsil Komissiyasının sədri Rafiq bəy İsmayıldır. Bizimlə söhbətində keçdiyi ömür yolundan, tələbəlik illərindən danışdı, yaxın dostu mərhum Elçibəylə bağlı qiymətli xatirələrini bölüşdü, təbii ki, günümüzün siyasi proseslərindən də bəhs etdi. Ad gününü təbrikdən sonra yaşının bu çağında olduqca şux, gümrah görünən həmsöhbətimdən yarızarafat cavan qalmasının sirrini soruşduq. 

- Rafiq bəy, bəlkə cavan, gümrah qalmağın reseptini bölüşəsiniz...

- (gülür) Mənim 75 yaşımın olmağına heç kəs inanmır. Harda 75 yaşım olduğunu deyirəmsə, hamı təəccüblənir və “ola bilməz” deyir, istəyir qadın olsun, istəyir kişi. Görünüşümlə yaşım arasında müəyyən təzada bənzər bir şey var. Mən yaşından cavan görünən tiplərdənəm, elə fizioloji tiplər var. Mən, ümumiyyətlə, optimist ruhlu bir insanam, heç zaman kökdən düşmürəm. Ən ağır situasiyada da gələcəyə ümidlə baxıram. Yəni bəzi adamlar İlyas Əfəndiyevin “Geriyə bax, qoca” romanını misal gətirir ki, müəyyən həddən sonra dönüb geriyə bax. Mən, sadəcə, ötənləri unutmuram, amma həmişə irəli baxıram. Özümü tərifləsəm də, məndə belə xasiyyət var. Məni gənc saxlayan da odur. Keçmişdə nə oldusa, keçdi, artıq bu, müzakirə predmeti deyil. Düşünmək olar ki, bu gərək belə yox, başqa cür olaydı. Ancaq keçmişdə olanlar heç zaman şərt budaq cümləsi ilə təhlil olunmalı deyil. Mən həm də kin saxlayan adam deyiləm. Sadəcə, xoşum gəlməyən insanlardan uzaqlaşıram, ünsiyyətdə olmuram. Hətta pislik edən adamlara pislik etmirəm. Allah rəhmət eləsin, Əbülfəz bəyin bir sözü vardı: “O pisliyindən əl çəkmir, mən niyə yaxşılığımdan əl çəkim”.

- Elə növbəti sualım Əbülfəz bəylə bağlıdır. Siz o adamlardansınız ki, uzun müddət dostluq edibsiniz, birgə yol gəlibsiniz. Onunla bərabər keçirdiyiniz illəri necə xatırlayırsınız? 

- Əbülfəz bəylə mənim aramda 5-6 ay yaş fərqi var. Əbülfəz bəyin silahdaşları, yaxınları, onu tanıyanlar iki yerə bölünür. Hətta o zaman Əbülfəz bəyin məhkəməsi zamanı biz də prosesə şahid qismində cəlb olunmuşduq. Bizə deyirdilər ki, sizin əqidənizi bölüşməyən insanlarla ünsiyyət saxlamırsınız, onlarla, sadəcə, salaməleyküm var. Amma bir də sizin öz qrupunuz var ki, orda yalnız özünüz varsınız. Yəni bizi dərindən öyrənmişdilər. Onda indiki kimi deyildi, gəncliyin müəyyən pafoslu bir dövrü var idi. İndi isə pafoslu dövr deyil, internet, sosial şəbəkələr gəncliyin fiziki imkanlarını məhdudlaşdırıb, yaxud da heçə endirib. Onda isə biz varlığımızı özümüzün fiziki durumumuz, hərəkətlərimizlə bildirirdik. Bu da istər-istəməz azad düşüncə sahibi olan gənclərdə pasionarlıq yaradırdı. Biz azad düşünən gənclər idik və ona görə də ətrafımızda çoxlu tanınan adamlar var idi. Mənim yaşıdlarım isə orda 5-6 nəfər idi.

- Kimlər idi onlar?

- Onlardan salamat qalanlardan bir mənəm, digəri də Abbas Musayevdir. O, fizikdir. Bizim içərimizdə bəyə şəxsi sədaqəti, ruhani, mənəvi bağlılığı olan, bəlkə də ən sadiq insan odur. Onun qədər bəyə sadiq olan, əziyyətlərini çəkən çox az adam var. 

- Sizin hansı xüsusiyyətləriniz Əbülfəz bəyi cəlb etmişdi ki, dostluğunuz belə uzunömürlü oldu?  

- Allah rəhmət eləsin. Bu suala o cavab versəydi, daha yaxşı olardı. İnsanlar adətən mənə bir cür baxırlar. Odur ki, hər kəs mənə yaxınlaşmağı o qədər də xoşlamır. Amma mənimlə ünsiyyətdə olan insanlar ilk ünsiyyətdən məni xoşlayırlar. Mən açıq danışıram, heç vaxt arxa planda düşünərək danışmıram. O şeylər sirdirsə, onu heç zaman dilimə də gətirmərəm, bu haqda danışmaram. Amma xarakter etibarilə açığam, fikrimi bildirməkdən heç zaman çəkinmirəm. Bəyin də fikir bildirən, öz düşüncəsi olan insanlardan xoşu gəlirdi. 

- Dostluğunuzun tarixi hansı illərə gedib çıxır? 

- Əbülfəz bəygil şərqşünaslığın 3-cü kursunda oxuyanda mən 1-ci kursa qəbul olundum. Mən 1959-cu ildə qəbul olmuşdum, onlar 57-dən oxuyurdular. Əvvəl elə-belə münasibətlərimiz var idi. Onlar 4-cü kursda oxuyanda isə biz yataqxanada bir otaqda qaldıq. Sutkanın çox hissəsini bir yerdə olurduq. Yemək, içmək, gəzmək, yatmaq, bizim otağın böyründəki kitabxanada kitab oxumaq var idi. Dərs saatlarında da fakültədə görüşürdük. 

- Qaldığınız yataqxanaya heç baş çəkdiyiniz, o illərə daldığınız olubmu? 

- İndiki “Avropa” Liseyi yerləşən binadır. O bina bizim üçün çox əziz ünvandır. Əvvəla, indiki yataqxanalardan fərqli olaraq o vaxtın yataqxanalarında çox gur bir həyat var idi. Sovet dövründə tələbələrin yaxşı insan obrazını yaratmaq üçün müəyyən işlər görülürdü. Məsələn, orda musiqi, Avropa rəqs dərnəkləri, kitabxanalar vardı. 

- Siz hansı dərnəyə üzv idiniz?

“Çox mənasız və əsassız ittihamdır; sadəcə, bizim siyasi mübarizə tariximizi bilməyən cahillərin iftirasıdır”


- Əbülfəz bəylə mən rəqsə gedirdik, Avropa rəqslərini öyrənirdik (gülür). Gecələr keçirilirdi, şairlər gəlirdi, ədəbi müzakirələr olurdu. İndiki yataqxanalarda o zamankı qaynarlıq yoxdur. 

- Yəqin ki, o zaman Əbülfəz bəyin on illər sonranın Elçibəyi olacağını zənn eləməzdiniz...

- Təbii ki, Əbülfəz bəyin kim olacağı heç kəsin ağlına gəlməzdi. Bu ideya ətrafında birləşənlərin hamısı bir şeyə inanırdı ki, belə getməz, hamansa biz azad ola bilərik, bu imperiya dağılar. Amma bu ölkənin yaxın zamanlarda dağılacağına inanan bəlkə də yalnız Əbülfəz bəy idi. Çünki söhbət dünyanın 6-da 1 hissəsini əhatə edən, ən zəngin sərvətlərə malik olan dövlətdən gedirdi. Həm də biz müharibə dövründən sonranın gəncləri idik, ata-babalarımızın həlak olduğu müharibədəki qələbə qeyd olunurdu, bu qələbə ilə fəxr edirdik, bu ruhda tərbiyə olunurduq. Ona görə də dünyanın taleyini həll edən üç dövlətdən birisi olan sovetlərin dağılacağına heç kəs inana bilməzdi. Ona görə də belə bir fikirlərlə lider olaraq meydana çıxan Əbülfəz bəyi məcnuna - dəliyə bənzədirdilər. 

- Heç olubmu ki, “Dəli Kür” filmindəki kimi oxunmasın deyə, soğanı sıxıb suyundan görünməyən mürəkkəb düzəldib müəyyən antisovet tezislərini yazasınız?
- Rəhmətlik Malik Mahmudov - ona “Ağ Malik” deyirdilər - Bağdada getmişdi. Bu Malik Ordubadda Əbülfəzlə bir məktəbdə oxumuşdular, yataqxanada da bir otaqda qalırdılar. Yeri gəlmişkən, bizim qaldığımız 41 saylı otaqdan sonralar Azərbaycana hörmət, yenilik gətirən şəxslər çıxdı. Rəhmətlik Ziya müəllim Əbülfəz bəy haqda demişdi ki, əgər o, siyasi fəaliyyətlə məşğul olmasaydı, dünyanın ən yaxşı tarixçisi olardı. Həmin Malik ərəbdilli ədiblərimizin ortaya çıxarılmasında misilsiz xidmətləri olan birinci şəxsdir. Zakir Məmmədov adlı gənc şair vardı, çox ilhamlı şeirlər yazırdı, sonra fəlsəfə sahəsinə keçdi, AMEA-nın müxbir üzvü oldu. Özümü tərifləməyim, mən də tarixçi oldum. Həmin o Malik təcrübə yığmaq üçün 1962-ci ildə Bağdada gedəndə ordakı türklərlə tanış olmuşdu. O zaman ünsiyyət zəminində Müsavat Partiyasının səhv etmirəmsə, ikinci proqramını əldə etmişdi. Praktika  dövründəki ərəb əlifbası ilə qeydlər aparmışdı, Müsavatın proqramını da həmin qeydlərin arasına yazmışdı. Yəni baxanda bilinməsin ki, burada nə yazılıb. Onu Azərbaycana o cür gətirmişdi. İlk dəfə Müsavat, onun proqramı haqqında məlumatı ondan aldıq. Ondan sonra bizim fəaliyyətimizin sərhədləri həmin proqram əsasında müəyyənləşdi. 

- Məhəmməd Əmin haqqında söhbətləriniz olurdumu?

- Əlbəttə. Məşhur şəxs idi və neqativ obrazlı insan kimi cəmiyyətə təqdim olunurdu. Biz onu söyənlərin söyüşündən öyrənmişik, bilmişik ki, söydükləri Məhəmməd Əmindir. Ancaq onun bu cür geniş dövləti, siyasi fəaliyyəti, yaradıcılığı haqda məlumat yox idi. 

- Deməli, sizi Müsavata gətirən də zamanında əxz elədiyiniz müsavatçılıq ideologiyası oldu...

- Əslində müsavatçılıq ideologiyası AXC fəaliyyətə başlayanda Cəbhənin ideologiyası oldu. Elçibəy də özünü ən böyük müsavatçı sayırdı, bunu deməyə təbii haqqı var idi. Çünki müsavatçılığın yayılmasında, dövriyyəyə buraxılmasında, Malikin gətirdiyi materialdan özümüz üçün proqram hazırlanmasında, şübhəsiz ki, Əbülfəz bəy birinci idi. Biz, sadəcə, öz baxış və qeydlərimizi əlavə edirdik. 

- Bəzən İsa Qəmbərin Müsavat Partiyasını bərpa etməsi onun Elçibəyə qarşı addım atması kimi yozulur. Bu cür mülahizələrin əsası varmı?

- Çox mənasız və əsassız ittihamdır. Sadəcə, bizim siyasi mübarizə tariximizi bilməyən cahillərin iftirasıdır. Bizim siyasi mübarizə tariximiz yüksələn, alçalan xətlə də olsa, bir-biri ilə ayrılmaz, qırılmaz xətlə davam edir. Müsavatın bərpasının baş tutması Elçibəyin əli, razılığı ilə olmuşdu. Azərbaycan Kültür Dərnəyi onunla danışıqlar aparmışdı, məsləhətləşmişdi. Hətta məsləhət görülürdü ki, Elçibəy Müsavatın rəhbəri olsun. Elçibəy əslində Cəbhəni müsavatçılığın övladı kimi sevirdi. Cəbhə hərəkat idi və Müsavat, digər partiyalar da bu hərəkatın içindəydi. Sonralar Cəbhə partiyaya çevrildi. 

- Ancaq bu da faktdır ki, Cəbhə və Müsavat ən yaxın partiyalar olmaqla yanaşı, elə son vaxtlar da müşahidə etdiyimiz kimi ən kəskin münasibətlərdə olublar. Sizcə, bunun səbəbi nədir? 

“Müsavat Partiyasının ikinci proqramını 1962-ci ildə Malik Mahmudov Bağdaddan əldə edib gətirmişdi”


- İstənilən partiyada müxtəlif düşüncəli, məsələlərə fərqli yanaşan insanlar var, olub və olacaq. Amma mən İsa bəylə Əli Kərimli arasında ziddiyyətlərin olması və bunun şişirdilməsi haqqında bütün cəhdləri əsassız sayıram. Lakin hərəkata sonra gələn, partiyaya sonradan qoşulanlar var. Bu gün AXCP-nin əleyhinə olan, ünvanına ittihamlar söyləyən şəxslərin bir qismi Cəbhəni yaradan insanlardır, sadəcə, ad çəkmək istəmirəm. Amma onların mövqeyi ilə Elçibəyin, İsa bəyin, ya Etibar Məmmədovun mövqeyi bir-birinin üstünə düşməyə bilərdi və bəzən düşmürdü də. Ancaq bu, indiki kimi düşmənçilik səviyyəsinə, yeni dünya müharibəsinin başlanmasına gətirib çıxartmamışdı. Bu gün isə AXCP və Müsavat arasında gedən prosesə və bu prosesə başlıca fiqurant kimi Əli Kərimli və İsa Qəmbərin cəlb olunmasına yönəlik zorakı təşəbbüslər, məncə, mənasız düşüncə sahiblərinin işidir. 

- Müsavat Partiyası sizin də iştirakınızla Milli Şura ilə bağlı məsələni müzakirə etdi. Ancaq müttəfiqlər Müsavatı hakimiyyətə işləməkdə suçlayırlar...

- Bu, doğru yanaşma deyil. Müsavatın, ya AXCP-nin Milli Şuranın üzvü olması ifadəsi doğru deyil, kökündən yanlışdır. Milli Şura hansısa təşkilatın qurumu deyil, bu, təşkilatlarda təmsil olunan və olunmayan insanların birliyidir. Bu gün cəmiyyətdə kifayət qədər gərginlik, narazılıq və bu partiyalara ümid var. Cəmiyyət bu partiyaları söysə belə, ürəyində sevgisi də var. Cəmiyyət gözləntilərinə, ümid etdiyinə nail olmadı və birdən-birə insanların kökləndiyi situasiya tamamilə tərsinə çevrildi. Belə bir halda təbii ki, insan düşüncəsinin toqquşması baş verdi. Toqquşma zamanı da təbii ki, istilik, alov olmalı, ildırım çaxmalıdır, buludlar parçalanmalı, yağış yağmalıdır.

- Necə bilirsiniz, bu tufandan sonra iki partiya yenə bir yerdə olacaqmı? 

(davamı gələn sayımızda)  
Oxşar xəbərlər
18:23, Bu gün
Britaniya hərbi qulluqçular üçün 100 illik saqqal qadağasını ləğv edir
18:15, Bu gün
Bəstəkarın evinə həbs qoyuldu – Keçmiş kürəkənin şikayəti ilə... 
18:02, Bu gün
BDU Elmi Şurasının növbəti iclası keçirilib - FOTO
17:57, Bu gün
Düşbərə dünyanın ən yaxşı xəmir xörəkləri siyahısına düşüb
17:45, Bu gün
Ceyhun Bayramov Pavel Knyazevi qəbul etdi - FOTO
17:40, Bu gün
Rusiya XİN-dən İrəvana qulaqburma: 102 saylı hərbi baza barədə xatırlatma
17:35, Bu gün
“Qarabağ” Estoniya çempionatının bürünc mükafatçısı oldu
17:30, Bu gün
Hikmət Hacıyev: “Ermənistan geosiyasi oyunlardan çəkinməlidir”
17:25, Bu gün
“Coffee ‘N Joy” paytaxt sakinləri üçün konsert təşkil edəcək - FOTO
17:20, Bu gün
Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır" - FOTO
17:15, Bu gün
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
17:10, Bu gün
Kafe əxlaqsızlıq yuvası imiş - Sahibi cəzalandırıldı
17:06, Bu gün
Sumqayıtda fəhlə işlədiyi zavodda ölüb
17:02, Bu gün
Məhkəmə Ələsgər Məmmədli barədə qərar qəbul edib
16:57, Bu gün
BDU-nun 105 illik yubileyi ilə əlaqədar Tədbirlər Planı hazırlanacaq
16:52, Bu gün
“Coffee ‘N Joy” Avropa Gənclər Parlamentinə dəstək olub - FOTO
16:48, Bu gün
"Azsığorta" ötən il kiçilib, əməliyyat gəlirləri 1,4 milyon manatdan çox azalıb
16:45, Bu gün
Prezidentin köməkçisi: “ABŞ-nin müəyyən bəyanatları və addımları bizi məyus edir”
16:43, Bu gün
Bəşər tarixinin ən qanlı faciələri: 31 mart Azərbaycanlıların soyqırımı  - FOTO
16:38, Bu gün
Məşhur aparıcılar yenidən efirdə - Bu kanalda çalışacaqlar
16:35, Bu gün
"Azərbaycan və Ermənistan sülhə yaxındır" - Hikmət Hacıyev
16:32, Bu gün
“Azerçay” Novruz festivalı ilə sakinləri sevindirdi - FOTO
16:27, Bu gün
Saxta avtoehtiyat hissələri bazarı bürüyüb? - VİDEO
16:25, Bu gün
Nazir sabiq rəisə yeni vəzifə verdi
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
16:16, Bu gün
Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb - FOTO
16:10, Bu gün
BDU-da “31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür” adlı kitab sərgisi təşkil edilib - FOTO
16:05, Bu gün
Havada toz müşahidə olunur
16:02, Bu gün
Paytaxtda yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb
16:00, Bu gün
Bakıda məhkum həbsdə öldü
15:55, Bu gün
Benziadan Qurbanova təşəkkür: “Onun sayəsində milliyə dəvət aldım” - VİDEO
15:50, Bu gün
“Meta” səsimizi dinləyirmi? - Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ
15:44, Bu gün
Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək - FOTO
15:39, Bu gün
Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO
15:34, Bu gün
"İsrailin Suriyaya hava zərbəsi nəticəsində 42 nəfər həlak olub..."
15:28, Bu gün
Qarabağdan köçmüş haylar daha çox Rusiyanın bu regionuna üz tuturlar... 
15:25, Bu gün
Deputat: “65 yaş təqaüdə çıxmaq üçün çox yüksəkdir, uzunömürlülük nağıl kimi keçmişdə qaldı”
15:23, Bu gün
Azərbaycanda ata öz övladını oğurladı
15:20, Bu gün
Məhəmməd Peyğəmbər Ramazanın son 10 gününü necə keçirərdi?
15:18, Bu gün
Hulusi Akar ABŞ konqresmenləri ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
15:14, Bu gün
17 yaşlı qızı olan Aşıq Namiq ikinci dəfə evlənmək istəyir
15:10, Bu gün
Sahil Babayev Neftçalada vətəndaşları qəbul etdi - FOTO
15:07, Bu gün
Ukraynada vəfat edən azərbaycanlı jurnalist keçən il əməliyyat olunubmuş
15:05, Bu gün
Amerikalı politoloq: "Brüssel görüşü Cənubi Qafqazda sülhə növbəti təhlükə ola bilər"
15:03, Bu gün
“Müharibə və postmüharibə dönəmində terrorla üzləşməməyimizə səbəb onların peşəkarlığıdır”
15:00, Bu gün
"Premyer Liqanı sonuncu yerdə "Qəbələ" başa vuracaq" - AFFA rəsmisi
14:57, Bu gün
Rayonların birində gəlinə verilən dəhşətli işgəncələr: "Gecə həyətdə..." – ŞOK
14:52, Bu gün
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO
14:47, Bu gün
Azərbaycan Premyer Liqasında iki turun təqvimi açıqlandı
14:43, Bu gün
Qərbin ikiüzlü oyunu: Ermənistan niyə dəstəklənir? - ŞƏRH + FOTO
14:38, Bu gün
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
14:33, Bu gün
Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən RƏSMİ CAVAB + FOTO/VİDEO
14:28, Bu gün
Bu qadınlar pensiyaya 5 il tez çıxacaq - Yeni qanun
14:22, Bu gün
Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı
14:18, Bu gün
Övladlığagötürülmə ilə bağlı araşdırma: Uşaq həqiqəti hansı yaşda bilməlidir? - FOTO
14:14, Bu gün
"Rusiyalı məmurlar ən yaxşı peyin satanlardır" - Con Kirbi
14:08, Bu gün
Dünyada ilin ən yaxşı avtomobilləri açıqlanıb - SİYAHI + FOTO
14:04, Bu gün
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
14:00, Bu gün
"Onlara 40 min manat maaş verməyə nə ehtiyac var?" -  Qüdrət Həsənquliyev
13:55, Bu gün
Araiklə müsahibə niyə yayımlanmadı? – AzTV-dən açıqlama
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:24, Bu gün
“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
GÜNLÜK
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
28 Mar 2024 | 18:55
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
28 Mar 2024 | 18:55
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO