Xalid
Kazımlının Əli Kərimli əleyhinə böhtan dolu məqaləsi mənin üçün təəccüblü
deyil, o bu işə vərdişkardır. Onun ömrünü əhəmiyyətli hissəsi Əli Kərimliyə
qara yaxmaq olub. Adam düppədüz Əli Kərimli ilə yaşıddır. Başı intiriqadan ayılıb
özünü analiz eləmir ki, qardaş, mən də tələbə olmuşam, Əli Kərimli də, mən də siyasətdə
olmuşam, o da, mən də yazmışam, o da. Aradakı fərqi anlamaq lazımdı. Əminəm, o anlayır və sadəcə paxıllığı da belə əsassız fikirləri tirajlayır. Mən onun bütün yazdıqlarını cümlə -cümlə yalan çıxarmağa hazıram, amma
apaydın yalana niyə vaxt ayıraq? Xalidin özündən başqa onu yazdığı böthanı
ixtiyarı birinə inanan varsa o adama izahat verməyə, diskusiyaya girməyə
hazıram. Mən onun cəfəngiyyatına ümumi yanaşma etmək istəyirəm.
Birincisi, təəccüb içindəyəm ki, bu insan
atadır, müdriklik yaşın haqlayıb, amma niyə hələ də yalan yazır, obyektivlikdən
qaçır. Səbəbi bir görürəm.
Onun dostu dar gündədir, dostunun bədəməlləri ifşa olunur. O dostu ki, onu hərbi
xidmətdən saxladıb. Bu dost Rauf Arifoğludur! Rauf müəllim bu haqda şəxsən Heydər
Əliyevdən xahiş etdi. Və bunu o gizlədə bilməz, televiziyadan bu səhnəni
milyolar izləyib. İndi bir şey var, Xalid bəy Füzulidəndi. Bəlli olduğu kimi bu
rayon yağı düşmən tapdağındadır. Təbii səbəbdən şəxsən məni bu fakt bir yandırırsa,
Xalidi 5 qat yandırmalı idi. Amma o nə etdi? Fəğan edib əsgərlikdən yayındı.
Özü də ona bu lütfü Heydər Əliyev qıydı. İndi Xalid bəy biz cəbhəçiləri
“taliban” yaraqlılarına oxşadıb öz aləmində aşağılayır. Talibana simpatiyam
yoxdur, amma əminəm heç bir talibançı işğaldakı torpağa görə siyasi rəqib hesab
etdiyi adamdan mərhəmət diləməzdi ki, aman, məni topaqlarımın müdafiəsinə
yollamayın, filan. O isə bunu edib. İndi sual yaranır, Əli Kərimlini qorxaq
adlandırırsan, kimdir əsl qorxaq bəs? Yeri gəlmişkən, o görməzdən gəlsə də çoxları
bilir ki, tələbə Əli Kərimov hüquq fakultəsini yarıda buraxıb könüllü Qarabağ
savaşında iştirak edib.
Adam
absurdun görün harasına çatıb ki, öz-özlüyündə Pənah Hüseyni, Arif Hacılını
ucaltmaq üçün yazır ki, onlar əsl kadr olub, Heydər Əliyevə müqavimət göstəriblər,
Sürətə də dirəniş. Sonra
özü də anlamadan yazdıqların inkar edir, deyir ki, Əli Kərimli vəzifəsin icra
edib, Heydərlə bir işləyib. Sonra isə qorxusundan Kələkiyə, ordan Avropaya qaçıb. Əvvala, o tarixi təhrif edir. Əli Kərimli
Heydər Əliyevlə işləməyib, Əli Kərimli prezident Elçibəyin dövlət katibi olub. Və
o Surətin, Heydər Əliyevin “qılıncının” dalı- qabağı kəsəndə burda, Bakıda mübarizənin
ön xəttində olub. Bəs Xalidin cəsur adlandırdığı Pənah Hüseyn və Arif Hacılı
onda hardaydı? Yada salıram, İsa bəyin həbsindən iki gün sonra bu hörmətli
yoldaşlar Rusiyaya fərar etmişdi. Bəli, bəli, demokratik Avropaya da yox,
Rusiyaya, Leninqrada.
Nəhayət. "Yeni Müsavat"çı dostlardan
eşitdiyim bir hadisəni də bura əlavə edim. 2003. Rauf Arifoğlu türmədədir.
Ordan məktub yollayır ki, onun vəzifəsin hörmətli Azər Ayxan icra eləsin.
Redaktor Kazımlı buna etiraz edir və deyir: Azər, sən kimsən, redaktor olasan. Siz burda sülalə
rejimi yaradırsınız. Mən buna qarşı mübarizəyə qalxıram! Qardaşın mübarizəsi ondan
ibarətdir ki, 4-5 dəfə “Yeni Müsavat”ın qapısın çırpıb "Reytinq"ə, "Gün Səhər"ə,
"Gündəlik Bakı"ya getsə də yenə də geri dönür. Və biz İsa Qəmbərin,
Müsavatın belə bir dönük və saxtakar müdafiəçisi ilə üzbəüzük. Necə deyərlər,
kader utansın.