AVP Mətbuat Xidmətindən Moderator.az-a daxil olan məlumata görə təşkilatın Ağdam rayon şöbəsinin ofisinin
açılışı olmuşdur. Açılışda AVP Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Ülvi
Bayramov, Bərdə rayon təşkilatının sədri Vahid Əhmədov, Ali Məclisin üzvü
Ceyhun Fərəcov qonaq qismində iştirak etmişlər.
Ülvi Bayramov partiya sədri Fəzail Ağamalının salam və təbrikini partiya üzvlərinə çatdıraraq bildirmişdi ki,
partiya rəhbərliyi bundan sonra da rayon təşkilatlarının fəaliyyətinin genişləndirilməsində
imkanlarını əsirgəməyəcək.
Açılışda Ağdam rayon təşkilatının sədri Afiq Hüseynov çıxış edərək
partiyanın Ağdam rayonunda nüfuzunun
yüksək olduğunu bildirmişdir. Həmçinin NTK-nın sədri Firdovsi Cəfərov, Gənclər
təşkilatının sədri Şahmalı Hümbətov, partiyanın
digər üzvləri çıxış etmiş və yaradılan şəraitə görə partiyanın sədri Fəzail Ağamalıya
öz təşəkkürlərini bildirmişlər.
-FOTO" src="//old.moderator.az/fotobaza/original/891.jpg">-FOTO" src="//old.moderator.az/fotobaza/original/892.jpg">-FOTO" src="//old.moderator.az/fotobaza/original/893.jpg">