Millət vəkili Vahid Əhmədov Quba rayonunda yeni ilin ilk görüş və qəbulunu keçirib. Bu barədə Moderator.az-ı millət vəkilinin köməkçisi Arif Orucov məlumatlandırıb. Məlumatda deyilir: “Öncə bütün seçicilər deputatla görüşərək il ərzində görülən işlər haqqında məlumatlandırılıb. Habelə, həlli vacib olan məsələlər haqqında fikir mübadiləsi aparılıb. Görüş zamanı hər iki tərəfi maraqlandıran bir çox məsələlərə baxılıb, maraqlı ideyalar səsləndirilib.
Daha sonra millət vəkili ilə seçicilərin təkbətək görüşü keçirilib. Görüş zamanı ən çox qaldırılan məsələ mənzillərin verilməsi, köhnə titikilərin təmiri üçün tikinti materiallarının pulsuz ayrılması və s. olub. Qeyd etmək lazımdır ki, Quba Rayon İcra Hakimiyyəti vətəndaşların müraciəti və növbəlik siyahıları əsasında onlara tikinti materialları baxımından müəyyən yardımlar etsə də, icra hakimiyyətinin bu yardımı vətəndaşların bütün ehtiyaclarını tam olaraq qarşılamağa içkan vermir.
12 sürücünün müraciət etdiyi məsələ isə şəhərdaxili marşurutlarda işləyən köhnə avtobusların yeniləri ilə əvəz olunması zamanı ayranmış problem olub.
Araşdırma zamanı məlum olub ki, bu məsələdə rəhbərlik tərəfindən bəzi düzgün olmayan hərəkətlərə yol verilib ki, sürücülərin narazılığına səbəb olub. Millət vəkili ilə icra hakimiyyətinin başçısı ilə danışığındna sonra yaranmış problemin həlli yolu müəyyənləşib”.
Məlumat üçün qeyd edək ki, millət vəkilinin vətəndaşlarla növbəti görüşü fevral ayına planlaşdırılır.
Seymur Əliyev