“Bəlkə də xalqı aldadırıq...” - VİDEO
Siyasət
Oxunub: 2464
11 Jan 2014 | 12:17
“Bəlkə də xalqı aldadırıq...” -  VİDEO
Moderator.az sabiq daxili işlər naziri, bu günlərdə Milli Şuradan istefa verən İsgəndər Həmidovun "Bizim Yol"a müsahibəsini təqdim edir: 

- İsgəndər bəy, günün sualı Milli Şura ilə bağlıdır, siyasi dairələr bu qurum ətrafındakı müzakirələrə köklənib. Niyə istefa verdiniz, Siz də İsa Qəmbərin yoluyla gedirsiniz?

- Mənim öz yolum və baxışlarım olduğundan, heç kimin yoluyla getmək fikrim yoxdur. Milli Şura yarananda şüar vahid namizəd ətrafında bütün qüvvələrin birləşməsi idi. Ancaq daxildəki söz-söhbətlərə baxmayaraq hamı böyüklük göstərərək susdu. Milli Şura daxilində bütün məsələləri 5-6 nəfər idarə edirdi, qalanlara yad kimi baxılırdı.

- Siz də 5-6 nəfərin içindəydiniz?

- Orda olsam da, mən 5-6 nəfərin içində çox nadir hallarda olurdum. Mənə əsas önəmlisi o idi ki, millətçi kəsim orda yox idi. Həmin 5-6 nəfərin məsələləri əvvəlcə müzakirə edib sonra gündəmə gətirib keçirirdilər, biz də prosesin getməsi naminə susurduq. Çünki seçkidən kənarda qalma təhlükəsi vardı. Ona görə bir yerdə olmağımız zərurət idi. Ancaq tədricən çat dərinləşdi.

- Səbəb nə idi, iddialarmı?

- Azərbaycan çox təzadlı ölkədir. Dünyanın ən gözəl siyasətçiləri və politoloqları Azərbaycanda, amma bu gündəyik. Baba Pünhan demişkən, “sən Babanın günündə, Baba da it günündə”. 

- Hansı gündəyik, it günündə?

- Yolda halını soruşdum, “Azərbaycanın günündə” cavabını verdin. Vəziyyətimiz aydındır da. Keçək Milli Şuraya, yəqin xatırlayırsansa, Rüstəm İbrahimbəyovun sədrliyə namizədliyi olanda yalnız mən əleyhinə oldum. Mən istiqlalçı deputatam, həyatımı Azərbaycanın müstəqilliyinə həsr etmişəm, bildirdim ki, ürəyimdən Rusiya qorxusunu, havasını çıxardın. Rüstəm bəy intelektualdır, böyük yazıçıdır, amma Şimal qorxusunu ürəyimdən çıxardın. Həmin toplantıda bir-iki nəfər bildirdi ki, Rusiya da gəlsin, təki bu hakimiyyət getsin. Mən bu anlayışı qəbul etmirəm. Bilirsiniz, qorxu deyəndə, elə anlaşılmasın ki, ürəyimdə Rusiya xofu olub. Bu gün Rusiyada Putin Birinci Pyotr olmaq xəyalına düşüb. Mən Azərbaycanın nə Avropanın, nə Rusiyanın ayağının altına yıxılmasının tərəfdarıyam. Azərbaycan öz müstəqil yolunu seçibsə, bu yolla da getməlidir.

- Məgər, Rüstəm İbrahimbəyov dediyiniz yolun tərəfdarıdır?

- Bəli. Bir daha deyirəm, Rüstəm İbrahimbəyovun əleyhinə yalnız mən səs vermişəm. Qalanları onun tərəfdarıydı. Sonra onun Rusiya vətəndaşı olması üzə çıxdı. Düzdür, Arif Hacılı mənim çıxışımı dəstəklədi, amma sonra yenə onun sədr olmasına səs verdi. O zaman mən təklif etdim ki, gəlin, İbrahimbəyovun nə zaman Azərbaycana qayıtmasını şərt kimi qoyaq. Qoy, gəlib Rusiya vətəndaşlığından imtina etsin. Cavab verdilər ki, onun həyatına təhlükə var, nə olsun, gəlib həbs olunsa, nə baş verəcək?!

- Siz o zaman onun Rusiya vətəndaşı olduğunu bilirdinizmi?

- Əlbəttə, bilirdim. Milli Şura rəhbərliyində olanlar da bu barədə məlumatlıydı. 

- Bəs niyə namizədliyi irəli sürüləndə bu məsələni qaldırıb etiraz etmədiniz? Yalnız hüquqşünas Ənnağı Hacıbəyli vətəndaşlıq məsələsinin araşdırılmasını vacib saydı...

- Bir daha deyirəm, mən onun sədr olmasının əleyhinə səs vermişdim. 

- Amma İbrahimbəyovun Rusiya vətəndaşı olduğunu söyləməmisiniz...

- Yox, demişəm, bir çoxları da deyirdi. Bilirsən, bu məmləkətin kababını yeyən də, çaxırını içən də olurdu, nə olardı, bir az da cəfasını çəkərdilər. Nəsə, bunlar ümumi şeylərdir. Milli Şura yarandı, biz də orada kifayət qədər fəaliyyət göstərdik, amma ardıcıl keçirilən görüşlərdə sanki millətçi kəsim orada iştirak etmirdi, bir yerdə adımız çəkilmirdi. Bunlar hamısı üst-üstə toplanırdı, Müsavat Partiyasının bəyanatının oxunmasından 3 ay əvvəl mən vəziyyətin bu cür olacağını bilirdim. Deyirdim ki, Milli Şura dağılmağın astanasındadır, yalan bəzək vurmaqla, jurnalistləri iclasdan çölə çıxardıb içəridə bir-birini “didməklə” mübarizə olmaz. 

- Ancaq Siz Cəmil Həsənlinin seçki kampaniyası zamanı onu dəstəkləyir və görüşlərdə, mitinqlərdə çıxışlar edirdiniz...  

- Bu gün də Cəmil müəllimi dəstəkləyirəm, o, gözəl alim və yaxşı insandır. Yenə deyirəm, Müsavat Partiyasının bəyanatından sonra artıq hər şeyin bitdiyini düşündüm. Çünki 32 il orqanda işlədiyimdən, kifayət qədər agentura şəbəkəsinə malik olduğumdan, informasiyam var idi. Cəmil Həsənli kimlərləsə məsləhətləşib MŞ-nın Koordinasiya Şurasını gizlin yaratdı və kimlərəsə tərkib barədə suallar verdi. Amma orada da millətçilər təmsil olunmadı.

- Amma, Siz 3 ay əvvəl Milli Şuranın dağılacağını və istefa zərurətini ifadə etdiniz. Tərkib hissəsi bir-iki həftənin söhbətidirsə, bunları necə izah edərdiniz? 

- Yox, mən Milli Şuranın dağılacağını bildirmişdim, o cür dedim. Sadəcə, “sıvayırdılar” ki, dağılmasın, bu, göz önündəydi. Sonra İsa Qəmbərin qərarı hər şeyi aydınlaşdırdı. Yəqin, o da hansısa dəlillərə və amillərə söykənərək istefa verdi. Bir məqamı da xatırladım, mən iclasların birində hər partiyadan 10 nəfər olduğu halda, MŞ-da niyə millətçi kəsimin təmsil olunmadığını qaldırdım. Hətta sessiyaların birində bir nəfər talış xalqına muxtariyyatın verilməsini istədi, cəmi iki nəfər etirazını bildirdi. 

- Bəlkə mədəni muxtariyyat barədə danışıb...?

- Mədəni muxtariyyatı 1992-ci ildə Əbülfəz Elçibəy verib, bu barədə prezident fərmanı var. Beləliklə, İsa bəy gedəndə fikrimi qərarlaşdırdım, sonuncu söhbətdə dedim ki...

- Kiminlə söhbətdə?

- Onu deməyəcəm. Bildirdim ki, millətçi kəsimlər də 10 nəfərlə təmsil olunsun. Səbəbini soruşduqda, cavab verdim ki, hər partiya 10 nəfər gətirir və istədiyi təklifi keçirir, yaxud bizim kimilərin də təkliflərinə veto qoya bilir. Amma bizə qarşı qısqanclıq vardı, bu, açıq hiss olunurdu. Bununla da gördüm ki, hədəf, mübarizə qalıb kənarda, hər partiya öz ideyasını doqma kimi qəbul etdirmək istəyir. Yəni görüntü yaradıb, xalqı bir müddət aldatmaqdansa, əvvəlcədən bütün zərbələri üzərimə götürərək istefa verdim, çünki haqqımda nələrin yazılacağını bilirdim. 

- Aldatmaqdan söz düşmüşkən, 20 ildir xalqı aldatmırsınızmı? Düzdür, bunun 10 ilini kənara qoyaq, çünki həbsdə olmusunuz...

- Biz bəlkə müəyyən qədər aldadırıq, bəs niyə demirsiniz ki, xalqı indiki hakimiyyət aldadır?! Bəli, Milli Şuranın yaranması zərurəti vacib idi, yarandı və fəaliyyət göstərdi. Amma bu fəaliyyət göstərdi ki, mitinqlərdə ən çox topladığımız adam 10 min nəfər olub. Ona görə ki, hamı bir-birindən ayrı oldu, xalqla işləməkdən çəkindi, firqəçilik baş alıb gedirdi.

- Konkretləşdirə bilərsinizmi hansı partiyadan söhbət gedir?

- MŞ-da hamısı təmsil olunub. 

- AXCP, Müsavat, yoxsa başqaları?

- Mənim üçün fərqi yoxdur. Partiya fəalları xalqla işləmək əvəzinə liderlərinə çəpik salmaqla məşğul olurdular. Yanacağın bahalaşmasından sonra keçirdiyimiz mitinqə isə 4-5 min adam gəlmişdi. Siz indi İsa Qəmbərlə məni deyirsiniz, amma bizdən əvvəl Eldar Namazov istefa verdi.

- Eldar Namazov Milli Şuradan istefa verməyib...

- İcra Aparatı sədrliyindən istefa verdi ki. Qalanını özü bilər. Bütün bunları görəndən sonra gedib evdə düşündüm, kitabları vərəqlədim, gördüm ki, Rusiyada “Xalqçılar” hərəkatı olub, onlar xalqın içinə çıxıb millətlə işləyirdilər. 

- Bəs müxalifət niyə xalqın içinə çıxmırdı, səbəbi nədir?

- Bu sualı onlara verin.

- Siz də müxalifət nümayəndəsiniz də...

- İstəyirsiniz, gedək 1 manatlıq çayxanaya, görün, məni tanıyırlar, yoxsa, yox. Ona görə hakimiyyət bu günə qədər məni 4 dəfə “bandotdel”ə aparıb, hələ məhkumluğumu da götürməyib. İndi də Milli Şuranın hədəfi bələdiyyə və parlament seçkiləridir. Bu da növbəti dəfə xalqı aldatmaqdır. Bələdiyyələrdə 4-5 yer götürməklə heç nə dəyişmək olmaz

- Bəs Sizin hədəfiniz nədir?

- Bilirsiniz, sistem dəyişilməlidir, mən sistemin dəyişməsi üçün mübarizəmi davam etdirəcəm. 

- 20 ildən sonra bu nəticəyə gəlmisiniz ki, sistem dəyişilməlidir?

- 20 ilin 10 ilini həbsdə olsam da, həmişə belə düşünmüşəm. Yəqin, bir xofum olub ki, həbsdə saxlayıblar. 

- Bir neçə saat əvvəl yenidən partiya sədrliyinə qayıtmağınız haqqında xəbər yayıldı, doğrudurmu?

- Partiyanın Siyasi Şura üzvləri məclisin iclasını çağırıb qərar qəbul ediblər ki, fəaliyyət dayandırılır, Təşkilat Komitəsi yaranır, Nəzarət-Təftiş Komissiyası qurultaya hazırlıq işi aparır. Mənlik heç bir şey yoxdur və həmin daxili qurumların da üzvü deyiləm. 

- Sizinlə məsləhətləşmə olubmu?

- Bəli, çünki uşaqlar həmişə məni böyük kimi qəbul edir. Ancaq qurultayda sədr kim seçiləcək, bunu nümayəndələr bilər, mən yox. Ola bilər ki, Qələndər bəy yenə seçilsin. 

- İddianız varmı sədrliyə?

- Hələ elə bir fikrim yoxdur, düşünürəm. Bilirsən ki, fikrim olsa, seçilərəm. Amma yaşım da çoxdur, siyasətdə iddialarım var. Ümumiyyətlə, iddiasız insan robotdur. İddialarımla bərabər arzularım da var. Birinci arzum odur ki, xəstələnib ölməyim, işğal altındakı rayonları görüm, Şuşanı, Laçını, Kəlbəcəri, hamısını gəzib sonra... Amma real, irreal iddialar var, birinci odur ki, xalqın içinə çıxmaq lazımdır, 3-4 cangüdənlə gəzmək yox.  

- Bəlkə Sizin yaşda olan siyasətçilərin siyasətdən getmək vaxtıdır?

- Büt kimi siyasətin qarşısında dayanmamışıq ki... Nə vaxt önə çıxdınız da, maneçilik törətdik. Bu sualı İsa bəyə də, Əli bəyə də veriblər, çox məntiqli də cavab alıblar. 

- İsgəndər bəy, hakimiyyətə sizlər kimi müxalifət sərf etmirmi?

- (gülür). Zarafatdırsa, mən də zarafat edim, yəqin, hakimiyyəti sizin qəzet də qane edir ki, belə ofis veriblər. 

- Ofisi verməyiblər, icarəyə götürmüşük...

- Hakimiyyət onu qane edən müxalifətə hər cür şərait yaradır, qane etməyəni isə həbsdə saxlayır.
 
- İsgəndər bəy, Ukraynaya giriş qadağası nə məsələdir?  

- Dezinformasiya idi. Guya, bir partiya sədri Ukrayna Təhlükəsizlik Şurasına müraciət edib və rəsmi Kiyev rəsmi Bakını məni “arzuolunmaz şəxs” elan etməsi haqqında məlumatlandırıb. Araşdırandan sonra məlum oldu ki, Ukraynada elə bir partiya və o adda adam da yoxdur. Məni millətçilərlə bağlamaqlarına sevinirəm, amma hansısa dini cərəyanla əlaqələndirmək böhtandır. Bəli, Ukraynada kompakt yaşayan Krım tatarlarını müdafiə etmişəm, yenə də edəcəm. Bu mövqeyimdə qəbahətli heç nə də yoxdur və bununla bərabər Rusiyaya qarşı güclü Ukrayna tərəfdarıyam.  

- Siz yuxarıda Rusiya amilini xüsusi vurğuladınız, ancaq rusiyalı general İvaşov öz bloqunda ölkəsinin hansı faciələr yaşadığını belə yazıb: 142 milyon əhalinin 100 milyonu etnik rusdur, onun 23 milyonu alkoqolik, 6 milyonu narkoman, 6 milyonu SPİD, 4 milyonu fahişə, 4 milyonu bomj həyatı sürür, gün ərzində 20-30 min nəfər yol nəqliyyat hadisəsində ölür, nəhayət ildə 14 min qadın ölür...

- 1956-cı ildə ABŞ Dövlət Departamentinin hesabatında yazılıb ki, 2013-cü ildən sonra kənd təsərrüfatında böyük qıtlıq yaranacağından yer kürəsində 1 milyard insanın ölməsi vacibdir. Həmin 1 milyard adamın da hansı ölkələrin üzərinə düşməsi qeyd olunur: Afrika ölkələrinə xəstəliklərin yayılması, Rusiyada xəstəliyi artırmaq. Müsəlman ölkələrində bunlar mümkünsüz olduğundan, vətəndaş müharibələrini gücləndirmək. Həmin doktrina bu gün işləyir. İkinci, Rusiyanın “İsgəndər” raketlərini əllərindən almayıblar, bu günlərdə birini Kalininqradda yerləşdirdi. Rusiya ayıdır, nə insanlıq, nə mədəniyyət bilir. 250 il özü araq və kartofla keçindiyi bəs deyil, hələ başqa millətləri buna öyrətdi. Rusiyanın “çabalamağı” çox pis olur. ABŞ və Avropa dövlətləri bizdən zəif deyillər, Putinin Suriya barədə dediklərindən sonra sakitləşdilər. Çünki Suriya ərazisində hərbi bazaları var. 
Oxşar xəbərlər
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
28 Mar 2024 | 20:25
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
28 Mar 2024 | 20:15
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
28 Mar 2024 | 20:13
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
28 Mar 2024 | 20:11
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:06
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mar 2024 | 19:59
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 11:16
Metroda niyə zibil qabı yoxdur?
28 Mar 2024 | 11:25
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
28 Mar 2024 | 10:53
İdeal səhər rejimi necə olmalıdır?
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 11:07
“Radikal dini cərəyanlarla, terrorla mübarizədən günahsız adamlar zərər çəkməməlidir...”
28 Mar 2024 | 11:11
Bərdədə Vətən müharibəsi şəhidi doğum günündə anıldı - FOTOLAR
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 11:16
Metroda niyə zibil qabı yoxdur?
28 Mar 2024 | 11:25
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
28 Mar 2024 | 10:53
İdeal səhər rejimi necə olmalıdır?
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 11:07
“Radikal dini cərəyanlarla, terrorla mübarizədən günahsız adamlar zərər çəkməməlidir...”
28 Mar 2024 | 11:11
Bərdədə Vətən müharibəsi şəhidi doğum günündə anıldı - FOTOLAR