ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç bügünlərdə “Azadlıq radiosu”na müsahibəsində Şahdəniz-2 layihəsinin Türkiyədə yaşanan böhranlar üzündən bir neçə il yubana biləcəyini iddia edib və üstəlik TAP və TANAP kəmərlərinin başa gəlməsi üçün ilkin qiymətləndirmədən daha böyük maliyyə vəsaiti tapmaq lazım gələcəyini iddia edib.
Maraqlıdır, doğrudanmı, qaz kəmərlərinin çəkilməsində anti-Azərbaycan
güclər bu projeni bir neçə il ləngidərək öz çirkin məqsədlərinə nail ola bilərlər?
İqtisadçı ekspert İlham Şaban Moderator.az-ın bu sualına cavabında bildirib ki, ümumiyyətlə, hazırkı vəziyyət Türkiyə iqtisadiyyatına və biznesə zərbə vurur:
“Bu göz qarşısındadır. Əsasən də Türkiyəyə
idxal olunan malların qiyməti kəskin artır, çünki türk lirəsi qiymətini
ititrir, yerli birjalarda indekslər
azalır, iqtisadi fəallıq da durğunluğa doğru gedir.”
“Bu böhran Şahdəniz-2 və çəkilməsi nəzərdə
tutulan qaz kəmərləri projesini də vura bilərmi?”
Ekspert hələlik bədbinlik üçün o qədər də əsas
olmadığını bildirir, eyni zamanda vəziyyətin mürəkkəbliyini də etiraf edir: “Onların heç birinin tikintisi 2014-cü ildə planlaşdırılmayıb.
Hamısı 2015-ci ildə nəzərdə tutulub. Ancaq bir şeyi də nəzərə alaq ki, hamısı da çox mürəkkəb
layihələrdir. Bilinmir hələ sabah nə baş verəcək.”