Gecə saatlarında Moderator.az-a Göranboy rayonundan diqqətçəkən məlumat daxil olub.
Belə ki, Goranboy rayonunun Xoylu kənd sakini Xəlilov
Asif Baba oğlu aliment ödəmədiyinə görə onun barəsində Goranboy rayon məhkəməsi
tərəfindən 20.12.2013-cü il tarixdə 10 sutka həbs cəzası verilib.
Goranboy rayon polis şöbəsinin müvəqqəti
saxlama mənəqəsində polis çavuşu Ramin Eyvazov Asifi səhər gəzintisində
döyərək onun sağ qolunu vurub sındırıb. Döymə sonra kamerada da davam etdirilib.
İşgəncəyə dözməyən dustaq özünü ülgüclə
doğrayandan sonra adıçəkilən polis ondan əl çəkib.
Asif Xəlilov iddia edir ki, Goranboy rayon polis şöbəsi rəisinin birinci müavini Gəray Məmmədov onu hədələyərək bədənindəki işgəncə yerlərini gizlətməyi və guya yıxılaraq xəsarət aldığı barədə izahat yazmağı tələb edib, əks halda cibinə narkotik atdıraraq bir neçə il müddətinə azadlıqdan məhrum etdiricəyi ilə hədələyib. O da məcbur olaraq onun dediyi izahatı yazmaq zorunda qalıb.
Asif Xəlilov azadlığa çıxdıqdan sonra bu
haqqda “102" xidmətinə məlumat verdiyini də bildirir.
Xəbəri gecə saatlarında aldığımızdan Daxili
İşlər Nazirliyi ilə əlaqə saxlaya bilmədik. Mövzunu diqqətdə saxlayacağıq.