Müsavatın Milli Şuranı ərk etməsi gündəmi əməlli-başlı məşğul edib. Milli Şuranın üzvü Vidadi Mirkamalsa Moderator.az-a açıqlamasında məsələyə təmkinlə yanaşılmasının tərəfdarı olduğunu və yola davam emək lazım gəldiyini bildirir:
“Məncə
MŞ-da nə olmalı idisə o da oldu. Müsavatın
bu birlikdən çıxmasını faciə kimi qarşılamaq lazım deyil. Azərbaycanda
az- çox siyasətlə məşgul olan hər bir kəsə aydındır ki, gələcək mübarizə
formulu bütün demokratik qüvvələrin monolitliyindən və birliyindən keçir, kim
bu birlikdə yoxdursa, Allah xatirinə
onları rahat buraxın. qoyun öz yolları ilə getsinlər. Əgər niyyət xoşdursa
yollarımız haradasa qovuşacaq, əgər qovuşmayacaqsa, deməli, bu da onların
seçdiyi yoldur. İndi isə demokratik qüvvələrin bu yeganə birliyini qorumaq, onu
təmizləmək, yeni qüvvələr cəlb edib yola davam etmək lazımdır, ruhdan qətiyyən
düşmək olmaz. Qarşıda duran əsas vəzifə yaxın və uzaq hədəflərin müəyyən edilməsi,
seçkili idarəçilik orqanların formalaşdırılması, birliyə yeni qüvvələrin cəlb
edilməsi, qarşılıqlı ittihamlara son qoyub yola davam etməkdir. Mübarizə, iş,
real fəaliyyət olan yerdə dedi-qodulara da vaxt qalmayacaq.”
Vidadi Mirkamaldan son günlər Rüstəm İbrahimbəyovun
yenidən Milli Şuraya qaytarılmasıyla bağlı fikirlərin intensizvləşməsinə də münasibət
bildirməsini xahiş edik:
“Düşünürəm ki, R.İbrahimbəyovun fəxri sədrlikdə
saxlanması bir əxlaq və mənəviyyat məsələsidir” cavabını verdi.