Qurban Məmmədov Azərbaycan xalqına müraciət etdi
Cəmiyyət
Oxunub: 7556
08 Jan 2014 | 15:46
Qurban Məmmədov Azərbaycan xalqına müraciət etdi

Həbsdə olan tanınmış hüquqşünas Qurban Məmmədov Azərbaycan xalqına müraciət edib. Moderator.az-ın məlumatına görə Q.Məmmədov məlum müraciətində həbs edilməsinin səbəblərinə aydınlıq gətirməklə yanaşı, xalqı ökədəki mövcud ədalətsizliyə qarşı mübarizə aparmağa səsləyib:

 “Əziz Həmvətənlər! Hörmətli bacı və qardaşlarım!

Məhkəməm getdiyi, həbs olunduğum və ya mənə hökm oxunduğu günlərdə bəzi qəzetlərdə gedən məlumatlardan görürəm ki, 1998-ci ildə olduğu kimi, indi də mənim həbsim barədə dəqiq məlumat verilmir. Bu məlumatların bəzisi qəsdlə səhv verilsə də, bir çoxu məlumatsızlıqdan, dəqiq informasiyanın olmamasından qaynaqlanır.

Tam məsuliyyətim və səmimiyyətimlə bəyan edirəm: mən hansısa cinayət törətdiyimə və ya hansısa avtoqəzada təqsirim olduğuna görə həbs edilməmişəm.

Həbsimin səbəbi siyasi mövqeyim, haqsız və ədalətsiz davranan sistemə, dövlətimizi, vətənimizi, millətimizi sevməyən zehniyyətə-anlayışa qarşı dözümsüzlüyümdür.

Mən ölkədə total rüşvətxorluq, korrupsiya və monopoliya piradiması yaradan, məhkəmə, qanunverici və icraedici orqanın içinə sızaraq ələ keçirən, vətənimizi və millətimizi təhdid altında saxlayan, dövlətçiliyimizə zərər vuran və baş aşağılığı gətirən bir “ÇƏTƏ”yə loyallıq göstərə bilmərəm. Bu, mənim aldığım ailə və məktəb tərbiyəsinə, siyasi dünya görüşümün və siyasi əxlaqımın formalaşmasında müstəsna rolu olan Elçibəy əxlaqına ziddir. Ali iradə və sağlam məmurlarımız bu “çətə”dən qurtula bilmədikləri üçün, xalqla onların arasında uçurumlar yaranıb. İctimai barışıq bizə mütləq şərtdir. Bunun yolu da təmizlənməkdən, paklaşmaqdan keçir. Mənim və mənim kimi haqsız yerə uydurma metodlarla tutulanların həbsini istəyən və həbs elətdirən də məhz bu “çətə”dir.

“Çətə” ali iradəni, cəmiyyəti, beynəlxalq aləmi bizlər haqqında yanlış məlumatlandırır, yönləndirir... Bizlər haqsızlığı, ədalətsizliyi, rüşvətxorluğu, monopoliyanı və s. tənqid ediriksə, qəbul etmiriksə, baş qaldırırıqsa, bunları “xain, qeyri-milli ünsür, düşmən...” olduğumuz üçün etmirik, dövlətimizi, vətənimizi, millətimizi çox sevdiyimiz üçün edirik.

Vaxtilə duz-çörək kasdiklərim, yoldaşlıq etdiklərim belə, qorxaraq, imtina edə bilməyərək mənim istintaqımı aparır, zərərçəkmişin adından “Qurban Məmmədov məni ölümlə təhdid edir” məzmunlu yalandan şikayət ərizəsi yazır, Milli Məclisə yalan teleqram göndərir (məhkəmədə zərərçəkmiş bu yalan ittihamı bilmədən ifşa etdi), məhkəmədən haqqımda həbs qətimkan tədbiri seçilməsini tələb edir və mənim haqqımda başdan ayağa uydurma bir ittiham hazırlayaraq altına qol çəkirsə, başqlarından nə gözləyim. Bir vaxtlar, “müxalifətdəki yeganə dostum Qurban Məmmədovdur” deyən, ən ali postlarda oturan “dostlarım” uğradığım haqsızlığa gözünü, qulağını, dilini, hətta ağlını bağlaya bilirsə, başqlarından nə gözləyim.

Bəli, bir vətəndaşımızın ayağının sınmasında mənim idarə etdiyim avtomaşının da iştirakı olub. Hadisə 27 sentyabr 2012-ci ildə Vaqif prosoekti 9 ünvanında yerləşən “Medikal Plaza” klinikasının qarşısında baş vermişdi. Ancaq qəzanın baş verməsində, mənim maşınımın arxaya hərəkət edərək parklanması üçün əmrlər verən “stoyanşik”in ”“ “parklanma işini həyəta keçirən” həmin şəxsin ayağının sınmasında mənim heç bir təqsirim olmayıb və 1 il 3 ay davam edən istintaq və məhkəmə prosesində mənim təqsirim sübuta yetirilməyib.

Təqsir isə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarət Xidmətinin (DMNX) rəisi Yusifov Cavanşir Əmiralı oğlunun 10 AA 737 dövlət nömrə nişanlı Nissan Teana markalı xidməti avtomaşınının sürücüsü Bayramov Xanlar Zaman oğlunda, yaxud da, məni səhv əmrləri ilə yanlış yönləndirən “stoyanşik”in özündə olub. Bu, ibtidai istintaqda və məhkəmə prosesində toplanmış və araşdırılmış mötəbər sübutlarla artıq öz təsdiqini tapıb.

Əziz dostlar!

Hadisəni məhz 20-ci PB-nin “çətə”yə məruzə etməsi ilə sonrakı “proses” başlayıb. Daha sonra, “siz istintaqı lazımi şəkildə aparın, gedişata görə istifadə edə biləcəyimiz səviyyəyə gətirin” təlimatı verilir. Gedişat və konyektura istintaqın sürətləndirilməsi və qarışıqlaşdırılması zərurətini ortaya çıxarır... nəticə bəllidir.

Hadisənin baş verdiyi yerin 3-4 metrliyində (TŞ3-098 saylı fırlanan) kamera (quraşdırılıb və hadisə anında işlək vəziyyətdə) olub.

Siz necə fikirləşirsiniz: siyasi rəqiblərinin yataq səhnələrini heç bir abır-həya, heç bir əxlaq və dəyər gözləmədən, gizlincə çəkib tele efir vasitəsi ilə millətə nümayiş etdirənlər, mənim təqsirimi sübut edə biləcək belə bir qanuni çəkilişi efirlərə verməzdimi, gündə 10-15 dəfə müxtəlif kanallarda fırladıb məni ifşa etməzdilərmi?

Mən istintaqın birinci günündən klinikaya oğlumun əməliyyat edilməsi üçün gəldiyimi bildirmişəm. Əməliyyat saat 13:00-da olmalı idi və olub. Biz əməliyyatdan 20-30 dəqiqə əvvəl gəlmişdik. Deməli, istintaq ən azı oğlumun əməliyyat vaxtını klinikadan öyrənib hadisənin dəqiq və ya 10-15 dəqiqə o tərəf ”“ bu tərəfə, təqribi vaxtını müəyyənləşdirə bilərdi. Həmin nəzarət kamerasının çəkilişlərini təkzibedilməz sübut kimi mənim əleyhimə istifadə edə bilərdi. Bəs niyə bunu etmirlər?

Çünki texnika bəzi insanlar kimi rüşvət ala bilmir, vicdanını və namusunu satmır.

Elə klinikanın girişində quraşdırılmış və hadisə yerini tam öz fokus məsafəsində saxlayan kameraların da çəkilişlərindən əsl həqiqəti müəyyən etmək olardı.

Görünür, nəzarət kameralarının çəkilişlərinin məqsədlərinə yaramadığını görən “çətə” nökərləri sübutları saxtalaşdırmaq yolunu tutublar.

Hadisə vaxtını yox, hadisədən sonra, yəni 13:30-15:30 radələrinin çəkilişlərini alıb dedilər ki, hadisə anı düşməyib, güya kameranın qarşısını ağac kəsib (???).

Həmin çəkilişi mənim qanuni yolla əldə etmək imkanımın olmadığını bilən, deməli, hadisəni ikinci bir maşının törətdiyini sübut edə bilməyəcəyimə arxayın olan “ittiham tərəfi” ibtidai istintaqın 3-cü ayından başlayaraq, əvvəllər 1 dəfə qətl hadisəsinə, 1 dəfə narkotik qəbul etdiyinə, 1 dəfə də narkotik satdığına görə məhkum edilmiş, buna görə də polis orqanlarının əlində istənilən vaxt şantaj alətinə çevrilə biləcək zərərçəkmişin vasitəsi ilə saxta hadisə mexanizmi uydurmağa başladılar: “hadisədə 2-ci bir maşın iştirak etməyib, heç bir maşın arxadan gələrək mənim maşınımın sol qabaq qanadına dəyməyib və ümumiyyətlə, zərərçəkmişə heç bir maşın toxunmayıb, zərərçəkmiş hətta yerə yıxılandan sonra belə heç bir maşına təmas etməyib”.

22 dekabr 2012-ci ildə verdiyi ifadəsində zərərçəkmiş Abbasov Pərviz İmran oğlu göstərir ki, ikinci maşınla mənim maşınımın arasında 3-4 metr məsafə olub, hətta etiraf edir: “maşınlar yaxın olsaydı, Qurban Məmmədovun maşınının qabaq sol qanadı ilə o maşının qabaq sağ qanadı toqquşardı”.

Həqiqətdə də hadisə elə belə olub. Həmin maşın öz qabaq sağ qanadı (bəlkə də təkəri) ilə zərərçəkmişi mənim maşınımın qabaq sol təkərinə sıxaraq xəsarət yetirib.

Ancaq bəzilərinə (“şah”a xidmət bəhanəsi ilə) əsl təqsirkar yox, əllərinə göydən düşən bu fürsəti dəyərləndirməklə Qurban Məmmədovu susdurmaq lazım idi. Bu oyunda təəssüf ki, vaxtilə duz-çörək kəsdiyim bəzi “dost”larım da, onlara tapşırılan vəzifəni layiqincə icra edərək, iştirak etdilər. Yenə sağ olsunlar ki, Tale Bağırzadədə olduğu kimi narkotiklə şərləmək, Əvəz Zeynallı, Sərdar Əlibəyliyə qarşı olduğu kimi ağlagəlməz oyunlar düşünməyiblər.

Uydurduqları versiyanın sübut bazasını bərkitmək üçün hadisədən 5 ay sonra, 1 gündə 3 nəfər də yalançı şahid düzəltdilər: Hüseynov Rəhbər Qubad oğlu (o da “Ağçiçəyim” gül dükanının qarşısında “stoyanşik”dir), Mansurov İsa Mürsəl oğlu (əvvəl məhkəmədən şəxsiyyətini gizlədib Azərbaycanda heç vaxt işləmədiyini desə də, Ali Məhkəmənin 29 iyul 2008-ci il tarixli qərarı ilə sübut etdim ki, bu adam 20-ci Polis Bölməsinin sahə müvəkkili işləyib və 2008-ci ildə təqaüdə çıxandan sonra yalançı şahid, hal şahidi rolunda istifadə edilir) və Abdullayev Seymur Siyasət oğlu.

Hər 3 şahidin dili ilə istintaq sübut etməyə çalışdı ki, 2-ci maşınla mənim maşınımın arasında ən azı 2, ən çox 4 metr məsafə olub. Deməli, o maşın nə mənim maşınıma, nə də zərərçəkmişə dəyə bilməzdi.

Dəyərli həmvətənlərim!

Bağışlayın və üzrlü hesab edin ki, öz şəxsi işimlə bağlı sizin qiymətli vaxtınızı alıram. Ancaq nəzərə alın ki, bu qanunsuzluq hər birinizə qarşı və hər an ola bilər. Təcrübə toplamaq və anında hazır olmaq üçün bu iyrənc, qanunsuz hərəkətlərin quraşdırılma mexanizmi barədə məlumatlı olmanızda fayda var.

Əziz dostlar!

Bu adamlar cəzasız qalacaqlarına o qədər əmindirlər ki, maşınların bir-birinə dəyməsi faktını ibtidai-istintaqın sonunda da olsa, qəbul etməyə məcbur olsalar da və bu faktı 2-ci maşının sürücüsü etiraf etsə də, keçmiş polis işçisi olmuş İsa Mansurov həyasızcasına və gülə-gülə məhkəmədə bildirdi ki, maşınlar arasında məsafə 4 metr olub, yəni onlar bir-birinə dəyməyib və zərərçəkmişin ayağının üstündən Qurban Məmmədovun maşınının qabaq təkəri hellənərək keçəndə o şəxsən öz gözləri ilə görüb. Budur Azərbaycan polisinin əxlaqı (yaxşılar məni bağışlasın). Ondan da böyük həyasızlığı hakim Emin Mehdiyev və dövlət ittihamçısı Elçin Nağıyev edərək onun bu ifadəsini mötəbər sübut hesab etdilər.

Qəzada ikinci maşının iştirakını sübut etməkdə tək qalmışdım. Həmin maşın hadisə yerini tərk edib getmiş, hadisə barədə polisə xəbər verməmiş, kimliyini mənə bildirməmişdi və istintaq onu tapmaqda maraqlı deyildi.

Ancaq həmin maşının sürücüsünün telefon nömrəsini bilirdim. Haradan? Hadisə yerini tərk edib, “müdir apardığını” deyəndə (mən maşının arxa sağ oturacağında əyləşmiş Cavanşir Yusifovu tanımışdım) və məni inandıranda ki, guya, mən “stoyanşik”in əmri ilə maşını arxaya hərəkət etdirəndə o görüb və dayanıb, onda mən dərhal öz telefon nömrəmi ona verib demişdim ki, “eyb etməz, araşdırılar, günah məndə olsa, sizə dəyən zərəri də ödəyərəm”. Həmin gün o mənə zəng etməsəydi, onu heç bu günədək də tapa bilməzdim, çünki, nə maşınının nömrəsinə fikir vermişdim, nə telefon nömrəsini bilirdim.

Ancaq Cavanşir Yusifov vasitəsi ilə tapa bilərdim. Hətta polisə də onun adını verə bilərdim ki, C.Yusifovun xidməti maşınıdır. Ancaq bir hüquqşünas kimi hansı qüvvələrlə üz-üzə gəldiyimə və onların əxlaqına yaxşı bələd idim. Əldə ciddi sübut olmadıqca mən həmin maşın barədə dəqiq bir söz demədim və istintaqın birinci günündən tələb etdim ki, nəzarət kameralarının çəkilişləri tələb edilsin, baxılsın. Texnika olan yerdə insanın şahidliyinə ehtiyac yoxdur.

Mənim ciddi sübutlara malik olmadığıma əmin olan rəqib, 2013-cü ilin 20 aprelində, müstəntiq Miraqil Qiyasovun uydurduğu hadisə mexanizmi əsasında yol-nəqliyyat hadisələri ekspertizası təyin etdi və rəy aldı ki, “piyada” (???) Pərviz Abbasova xəsarət yetirilməsində mən günahkaram. Ancaq həmin qərarda göstərilməyib ki, zərərçəkmişin ayağı sınmaqla bərabər, həm də maşınlar toqquşub və hətta Nissan Teananın arxa sağ qanadında (əslində bu da yalandır, çünki maşınların qabaq tərəfləri dəymişdi) zədə var. Başqa sözlə, hüquqi dildə ifadə etsək, qərarda hadisənin baş vermə mexanizmi və hadisə yerinin ölçüləri ekpertizaya düz və tam təqdim edilməyib. O vaxt bunu edə də bilməzdilər, çünki mən hələ istintaqa maşının hadisədə iştirakını təsdiq edən sübut təqdim etməmişdim və istintaq özü də bunu müəyyənləşdirməmişdi. Ancaq məhz həmin qərar əsasında alınmış rəyə əsaslanaraq, 30 may 2013-cü ildə mənə CM-nin 263.1-1-ci maddəsi ilə ittiham verildi. Bütün şahid ifadələri və zərərçəkmişin ifadələri də elə həmin hadisə mexanizminə uyğunlaşdırılmışdı. Yəni, hadisədə 2-ci maşın iştirak etməyib, mən maşınımı arxaya hərəkət etdirərkən “piyada”nı (???) unudub vurmuşam.

Əziz dostlar! Hörmətli oxucu! Burada yazdıqlarımı başa düşmək üçün hüquqşünas, kriminalist olmağa ehtiyac yoxdur. Sağlam, vicdanlı və namuslu olmaq yetər.

Diqqət edin: hadisə mexanizmi dəqiq olmasa, ölçülər dəqiq və ya tam olmasa, rəy obyektiv və qanuni ola bilərmi?

Hadisədə 2-ci maşının iştirakını sübut edən dəlili isə yalnız 03 iyun 2013-cü ildə əldə etdim və 04 iyunda həbs ediləcəyimi əvvəlcədən bildiyimə görə, səhər-səhər “facebook”da bu barədə məlumat verib, həbsxana geyimində Nəsimi rayon prokurorluğuna getdim.

03 iyunda isə saat 23:00-dan sonra Nissan Teananın sürücüsü X.Z.Bayramovla hadisə barədə telefonla 7 dəqiqə 23 saniyə danışıb, danışığımızı yazdım. Mən bunu müstəntiq M.Qiyasovun rəsmi razılığı ilə etdim. O buna niyə icazə verdi? Bu gün də bilmirəm. Ya vicdanı onu narahat etdi deyə, ya da mənim yalan danışdığıma həqiqətən inanıb belə bir sübut əldə edə biləcəyimə inanmadı deyə! Allah bilir!

Həmin telefon söhbətində Xanlar Bayramov etiraf etdi ki, maşınlar dəyib bir-birinə, zərərçəkmişin də ayağı iki maşının arasında qalıb. Bu telefon söhbəti internetə yerləşdiriləndən sonra, istintaqın bu faktı qəbul etməkdən başqa yolu qalmadı.

Hörmətli həmvətənlər! Başınızı çox ağrıdıb, vaxtınızı çox almayım.

Aralarında 1 mm məsafə olan iki predmet, iki maşın, iki nəsə, bir-birinə dəymiş hesab edilə bilərmi? Bəs 2 metr, 4 metr məsafədə necə?

Hakim Emin Mehdiyev, həm zərərçəkmiş və şahidlərin “maşınlar arasında 2-4 metr məsafə olması barədə” ifadələrini düz hesab edir, həm də maşınların bir-birinə dəyməsi barədə, həm X.Z.Bayramovun ifadəsini, həm də ekspertiza rəyini düz, mötəbər hesab edir.

Məhkmədə ifadə verən yol nəqliyyat hadisələri üzrə ekspert Polad İsmayılov qəti olaraq bildirdi ki, ittiham tərəfinin çəkdiyi sxemlər, topladığı materiallar, eləcə də zərərçəkmiş və şahidlərin ifadələrində təsvir etdikləri hadisə mexanizmində Qurban Məmmədovun maşınının, həm zərərçəkmişin ayağının üstündən keçməsi, həm də ondan 1 metr sonra Nissan Teananın arxa sağ qanadına dəyməsi mümkün deyil və tam istisna edilir. Çünki həmin mexanizmlərdə maşınlar arasında ən azı 1,34 metr məsafə var.

Bir sözlə, mənə böhtan atıldığı istintaqın özünün topladığı materiallarla tam sübut edilib.

Ancaq məqsəd Qurban Məmmədovu susdurmaq idi, əsl təqsirkarı tapmaq yox.

Mənə qarşı prokuror Elçin Nağıyevin ən tutarlı dəlili isə zərər çəkmişi xəstəxanaya aparmağım və ona maddi yardım göstərməyimdir.

Əvvəla, təbiidir ki, hər kəs gördüyü faktı, hadisəni öz şəxsi dünya görüşünə, səviyyəsinə, ailə tərbiyəsinə və əxlaqına görə dəyərləndirir.

İkincisi isə, mən ibtidai istintaqda verdiyim ilk izahatımda göstərdiyimi sizə də çatdırmaq istəyirəm.

 

1.      Zərərçəkmişə tibbi yardım göstərmək, onu xəstəxanaya aparmaq hər bir sürücünün, “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 15-ci bəndində və 4-cü hissəsinin 2-ci bəndində nəzərdə tutulan vəzifəsi və insanlıq bocudur. Həm də qanunda deyilmir ki, qəzanı yalnız sən törədibsənsə aparmalısan. İstənilən qəzada tibbi yardıma ehtiyacı olan vətəndaşlara yardım etmək sürücünün vəzifəsidir.

2.      Hadisə anında Nissan Teananın sürücüsü guya mənim maşınımın arxaya hərəkət etdiyini görüb maşınını saxladığını mənə bildirmişdi. Məhkəmədə isə hadisə yerində maşınını niyə saxlamasını heç bir ağlabatan məntiqlə izah edə bilmədi. O, hadisə yerindən çıxıb gedəndən sonra, mən ayağını qucaqlayıb yerdə zarıya-zarıya qalan adamı xəstəxanaya aparmalı deyildimmi?

3.      Mən hadisədə özümün də təqsirli olub-olmadığıma tam əmin deyildim və araşdırmanın nəticələrini gözləməli idim. Çünki 2-ci maşın çıxıb getmişdi və nəzarət kameralarının çəkilişlərini əldə edə bilmirdim.

4.      Zərərçəkmiş ikinci maşının tapılmadığını, ortaya çıxmadığını və ona məndən başqa yardım edə biləcək adamın olamadığını görüb, hadisə barədə mənə hərdən bir versiya deyirdi. Mən isə tutarlı sübut əldə edənə qədər ona inanmağa və ya özümü inanmış kimi göstərməyə məcbur idim. Zərərçəkmiş 2-ci maşının onu vurub mənim maşınıma sıxdığını, kasıb olduğunu, bir körpə qızı olduğunu, köməyə ehtiyacı olduğunu və məni 10-cu cəzaçəkmə müəssisəsindən tanıdığını deyəndə, mən ona bildirdim ki, ona zəruri köməyi göstərəcəyəm, narahat olmasın. Araşdırma nəticəsində günah məndə olsa, verdiyim pul halal-xoşu olsun, yox gunah 2-ci maşında olsa mən reqres iddiası yolu ilə pulumu o maşının sürücüsündən alacağam.

5.      Təsəvvür edin ki, 2-ci maşın hadisə yerini tərk edib, mən də zərərçəkmişi vaxtında xəstəxanaya çatdırmamışam, o da qanaxmadan hadisə yerindəcə ölüb. Görün bu halda “dostlarımız” nələr edərdi?

6.      Mən zərərçəkmişə zəruri yardım etdim. Onu pulla ələ almaq fikrim olmuşdusa, ona istədiyini sonadək verərdim. 20 PB-nin keçmiş rəisi Sahib Babayev mənə bildirəndə ki, onlarda dəqiq məlumat var, P.Abbasovun ayağı iki maşinin arasında qalıb, ondan sonra da mən P.Abbasova yardım edirdim.

 

15 dekabr 2012-ci ildə, birdən-birə P. Abbasov mənim özümü inandırmağa çalışdı ki, ona başqa maşın dəyməyib, mənim maşınım onu vurub. Onda mən dərhal müstəntiqə mesaj yazıb tələb etmişəm ki, zərərçəkmişi yenidən dindirib obyektiv araşdırma aparsınlar.

Əziz oxucular! Bu həmin vaxtlar idi ki, mən müxalifətin yeganə səsi olan “Azərbaycan saatı” verilişində ölkədəki haqsızlıqlar əleyhinə tənqidi çıxışlar edir, “Obyektiv TV”də jurnalist Tapdıq bəylə müsahibədə hakimiyyətin “aministiya aktı”nı ifşa edir, “Kanal-13”də Aynur İmranqızı ilə müsahibədə total rüşvətxorluq və korrupsiyadan danışır və “Azadlıq”, “Reytinq” və s. qəzetlərdə rejimin əleyhinə tənqidi müsahibələr verirdim. Məhkəmədə “Son söz”ümdə qeyd etdiyim kimi, siyasi rəqiblərinin tövlələrinin axurunda silah, din xadimlərinin cibində narkotik tapan, müxalifət nümayəndələrinin yataq səhnələrini gizlincə çəkib dünyaya göstərən, “dostlarımın” da içində olduğu bu “çətə” niyə məni ifşa etmək üçün, dövlətin vəsaiti hesabına quraşdırılmış nəzarət kameralarının çəkilişlərini ortaya çıxarmır?

Çünki mən hansısa qəzada təqsirim olduğuna görə yox, rüşvət, korrupsiya və monopoliya siyasətinə qarşı çıxdığım üçün, siyasi mövqeyimə görə həbs edilmişəm ”“ girov götürülmüşəm. Xalqım bilməlidir. Mən və bütün siyasi məhbuslar faktik olaraq girovluqdayıq. Bütün məsuliyyət də ölkə rəhbərinin üzərindədir. Çünki bu olanlardan İlham Əliyevin xəbərsiz olduğuna inanacaq qədər sadəlövh deyiləm.

Hüquqşünas olmayanlar hüquqşünaslardan soruşsunlar:

1.      Azərbaycan tarixində bu günədək CM-nin 263.1-1-ci maddəsi ilə məndən başqa kiminsə haqqında həbs qətimkan tədbiri seçilibmi? İkinci maddə mənə həbsimin 3-cü ayında verilib.

2.      Mənə ittiham elan edilmiş CM-nin 263.1-1-ci və 299.1-ci maddələrin hansındasa “ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli 3 il azadlıqdan məhrum etmə cəzası” nəzərdə tutulubmu? CM-nin 263.1-1-ci maddəsində 3 ilə qədər məntəqə tipli cəza (CM-nin 56.1.1-ci maddəsi), 299.1-ci maddəsində isə maksimum 6 ayadək ümumi rejimli cəza nəzərdə tutulub (CM-nin 56.1.2-ci maddəsi).

3.      CM-nin hansı maddəsində nəzərdə tutulub ki, 6 ay ümumi rejimli cəza ilə 3 və ya 5 il məntəqə tipli cəza birləşdiriləndə, məntəqə tiplinin - müddəti, ümumi rejimlinin isə - rejimi götürülməklə, yekun cəza verilir? Belə bir maddə Cinayət Məcəlləsinə daxil edilibmi?

Əziz həmvətənlər... Tutaq ki, mən həqiqətən həmin qəzanın baş verməsində təqsirkaram və təqsirim məhkəmə istintaqı ilə tam sübuta yetirilib. Mənə verilən cəzanın maksimum həddi nə qədər ola bilər? CM-nin 60-cı maddəsinə əsasən, “bu Məcəllənin: 59.1.10-cu maddəsində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusu hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin 3/4-dən artıq ola bilməz”.

CM-nin 59.1.10-cu maddəsində göstərilən cəzanı yüngülləşdirən hallardan birincisi “cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməsi”dir. Hesab edək ki, həmin maddədə göstərilmiş: “cinayət nəticəsində dəymiş maddi və mənəvi zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması, zərərçəkmiş şəxsə dəymiş zərərin azaldılmasına yönəldilmiş digər hərəkətlərin edilməsi” kimi yüngülləşdirici halları ittiham tərəfi nəzərə almır və onları zərərçəkmişin yalan ifadə verməsi üçün ələ alma cəhdi kimi qiymətləndirir və mənə qarşı CM-nin 299.1-ci maddəsi ilə ittiham vermək üçün istifadə edir. Bəs, “tibbi yardım göstərmək” necə olsun? Əgər bu gün mənim bu hərəkətim də “zərərçəkmişi ələ almaq” kimi qiymətləndirilirsə, bundan sonra hansı sürücü zərərçəkmişə tibbi yardım göstərər, onu xəstəxanaya çatdırar? Təbii ki, tibbi yardım göstərməyimi ittiham tərəfi dana bilmir və bunu etmək imkanında da deyil. Çünki ortada mötəbər sübutlar var. Onda niyə bəs CM-nin 60-cı maddəsinin tələblərinə əməl edilmir? Məhkəmə əgər CM-nin 263.1-1-ci maddəsini daha ciddi cəza hesab edirsə və CM-nin 299.1-ci maddəsini həmin maddə ilə əhatə edirsə, onda mənə maksimum 2 il 3 ay azadlıqdan məhrum etmə cəzası verilə bilərdi, 3 il yox.

Ancaq mənim siyasi mövqeyimdən qəzəblənən bu adamların kindən, nifrətdən gözləri kor olub, qanunları da açıq şəkildə taptalamaqdan çəkinmirlər.

Bunu qeyd etməklə demək istəmirəm ki, mənə ağır cəza verilib və 2 il 3 ay verilsəydi qanuni olardı. Qətiyyən. “Dostlarımız”ın həyasızlığını, özümün də siyasi məhbus olduğumu sübut etmək üçün bunu Sizin diqqətinizə çatdırıram. Təqsirsiz adam üçün cəzanın 1 günlə 10 ilinin fərqi yoxdur. İstənilən halda qanunsuzdur.

Hörmətli oxucu! Dəyərli həmvətənlər! Bütün bu qanunsuzluqlar mənim siyasi məhbus olduğumu bir mənalı olaraq sübut edir. Onu da bilməyinizi istəyirəm ki, mənə və başqa siyasi məhbuslara qarşı ona görə belə açıq, həyasızcasına qanunsuzluqlar edilir ki, əslində bununla sizə, başqa vətəndaşlarımıza, xüsusilə də, gənclərə mesaj verilir: “baxın, bizim üçün qanun yoxdur, hüquqşünas Qurban Məmmədova qarşı, ilahiyyatçı Tale Bağırzadəyə, hadisədən sonra İsmayıllıya getmiş İlqar Məmmədov və Tofiq Yaqubluya, günahları sadəcə sözün düzünü yazmaq olan Əvəz Zeynallı və Sərdar Əlibəyliyə və onlarla gühahsız gəncə bu qanunsuzluqları, bu zalımlıqları ediriksə, gör sizə nə edərik!”

Məqsəd sizi, cəmiyyəti xofda saxlamaq, qorxutmaq, öz cinayətkar əməllərini arxayın bir şəkildə davam etdirməyə imkan verən şərait yaratmaqdır.

“Qorxaq min dəfə ölər” ”“ deyib atalarımız. İndiki rəzil həyata dözməkdəndirsə siyasi məhbus kimi zindanlarda mücadilə vermək daha şərəflidir. Qorxudan xilasın yolu var: qorxunun üstünə getmək, onu qucaqlama, eyniləşmək.

Mən sizi şərəfli həyata səsləyirəm! Allah xalqımıza kömək olsun! Amin!!!”

 


Oxşar xəbərlər
14:47, Bu gün
Qəzzada ölənlərin sayı 32 min 552-yə yüksəlib
14:42, Bu gün
Yeni Kaledoniyada Fransaya qarşı etiraz aksiyası: Azərbaycan bayrağı qaldırıldı - FOTO/VİDEO
14:37, Bu gün
Gənc oğlan məktəbli qızı evinə apardı: "O, yanıma keçəndə anası yatmışdı..." – ŞOK
14:33, Bu gün
ABŞ, Aİ və Ermənistanın müzakirə edəcəkləri hərbi pakt Rusiya, Türkiyə və Azərbaycana qarşı yönəlib - RƏY + FOTO
14:30, Bu gün
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
14:25, Bu gün
Ermənilərin Qazaxda müharibə hazırlığı: Əskiparada səngər qazırlar - VİDEO
14:20, Bu gün
Qaraciyəri qardaşına köçürülən Nərmin Kərimbəyova: “Səhhətimdə problemlər var” - VİDEO
14:15, Bu gün
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
14:14, Bu gün
Bolqarıstanlı futbolçu: "Təəssüf ki, Azərbaycan üzərində qələbə hesabını qoruya bilmədik"
14:10, Bu gün
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"
14:10, Bu gün
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
14:05, Bu gün
Paşinyan hökuməti separatçıları küncə sıxışdırır: Bütün ofisləri bağlanacaq
14:01, Bu gün
“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO
13:59, Bu gün
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
13:55, Bu gün
Le Pen Fransa hakimiyyətini fırıldaqçılıqda ittiham edib
13:51, Bu gün
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
13:50, Bu gün
Avroviziya təmsilçimizlə bağlı maraqlı fakt üzə çıxdı - VİDEO
13:45, Bu gün
Rusiyalı aktyor Yuri Vaksman vəfat etdi - FOTO
13:40, Bu gün
Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub
13:35, Bu gün
Köhnə güclər və prinsiplər: Vudronun reallaşmayan Ermənistan ideyası dəbdədir - ŞƏRH + FOTO
13:30, Bu gün
Azərbaycan minifutbol millisinin Avropa çempionatında potensial rəqibləri müəyyənləşib
13:25, Bu gün
Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü
13:20, Bu gün
Rusiya Ermənistan-Aİ-ABŞ görüşündən niyə narahatdır? – Zaxarova AÇIQLADI
13:15, Bu gün
“Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verildi
13:12, Bu gün
Son bir həftədə 38 terrorçu zərərsizləşdirilib
13:09, Bu gün
Viktor Çobanu: “Moldovada Qaqauziyanın muxtariyyətini heç nə təhdid etmir” - MÜSAHİBƏ
13:05, Bu gün
Əqli Mülkiyyət Agentliyi ötən il 2 milyon manata yaxın gəlir əldə edib
13:00, Bu gün
Amerikalı ekspert: "ABŞ-nin məqsədi Rusiyanın Ermənistanı ələ keçirməsinin qarşısını almaqdır" - FOTO
12:55, Bu gün
Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu
12:50, Bu gün
Azərbaycan gimnastları Fransada Qran-pri turnirinə qatılacaqlar
12:45, Bu gün
KTMT 2024-cü ildə yeddi təlim keçirəcək: Ermənistan iştirak edəcəkmi?
12:40, Bu gün
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
12:38, Bu gün
Azərbaycanda dəhşətli qəza - ata və oğlu öldü - FOTOLAR
12:34, Bu gün
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
12:31, Bu gün
Ağdərədə odlu silah-sursat aşkar edildi
12:28, Bu gün
Rusiyalı sənətçilər “Crocus City Hall” qurbanlarını Müslüm Maqomayevin mahnıları ilə andılar - VİDEO
12:24, Bu gün
Sabahın hava proqnozu açıqlandı
12:20, Bu gün
Məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
12:16, Bu gün
Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşüb
12:12, Bu gün
Sumqayıtda qanunsuz tikili söküldü - FOTO/VİDEO
12:08, Bu gün
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
12:04, Bu gün
Fazil Mustafa ilk dəfə açıqladı: "Sui-qəsd baş verəndən sonra..." - ŞOK DETALLAR
12:02, Bu gün
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:00, Bu gün
Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilətullantısız gələcək - FOTO
11:58, Bu gün
“Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında - VİDEO
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
11:55, Bu gün
Elşən Orucov: “Türkiyədən çoxlu təkliflər var, deyirlər, ən yaxşı azərbaycanlı aktyorsan” - MÜSAHİBƏ + FOTO
11:50, Bu gün
“Xocalı özü böyüklüyündə soyqırım abidəsinə, milli-tarixi yaddaş yerinə çevrilməlidir”
11:50, Bu gün
Qazaxda tanışını öldürən şəxsin məhkəməsi başlayır
11:45, Bu gün
Azərbaycanda qadın döyüşçülərin qədim məzarlığı aşkar edilib: Amazonların mövcudluğunun daha bir sübutu - FOTO
11:40, Bu gün
Sözçü: Ermənistan hökuməti qayıtmağımıza imkan yaratmaqla yanaşı, vurduğu zərərləri kompensasiya etməlidir
11:37, Bu gün
"Kəskin ağrı zamanı bunu etmək qətiyyən olmaz"
11:36, Bu gün
Nikol Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq edib
11:30, Bu gün
11-ci sinif şagirdinin ana olduğu məktəbin direktoru işdən çıxarıldı
11:26, Bu gün
Azərbaycan millisinin futbolçusu: "Öz üzərimizdə çox işləməliyik"
11:25, Bu gün
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
11:22, Bu gün
Politoloq: Rusiyada yaşayan zəngin ermənilər Moskva üçün təsir və təzyiq vasitəsidir
11:21, Bu gün
BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
11:19, Bu gün
Diş ətinizə diqqət edin, infarkt ola bilərsiniz
11:16, Bu gün
Metroda niyə zibil qabı yoxdur?
11:15, Bu gün
Azərbaycan Mərkəzi Bankı inflyasiyaya dair proqnozunu sabit saxlayıb
11:11, Bu gün
Bərdədə Vətən müharibəsi şəhidi doğum günündə anıldı - FOTOLAR
11:08, Bu gün
Nazirliyin şöbə rəisi vəfat edib
11:08, Bu gün
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
11:07, Bu gün
“Radikal dini cərəyanlarla, terrorla mübarizədən günahsız adamlar zərər çəkməməlidir...”
11:02, Bu gün
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
10:58, Bu gün
Magistraturaya qəbulun ikinci cəhdində iştirak üçün qeydiyyat başlayıb
10:53, Bu gün
İdeal səhər rejimi necə olmalıdır?
10:52, Bu gün
Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
10:49, Bu gün
Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında - VİDEO
10:48, Bu gün
Qərbi Azərbaycan İcması Ermənistanı Fransanın oyunlarına getməməyə çağırıb
10:40, Bu gün
Los Ancelesdə yaşayan azərbaycanlı həkim
10:34, Bu gün
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
10:31, Bu gün
İşdə yüksələ bilməməyinizin səbəbləri nələrdir?
10:29, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
10:15, Bu gün
“Simpsonlar” bunu da bildi - Davamı gəlsə bütün dünyada fəlakət yaşanacaq - FOTO
10:12, Bu gün
Hərbi institutda məşğələ: kursantlar gəmiləri döyüşə hazır vəziyyətə gətirib
10:05, Bu gün
İstedadlı qələm adamı, sədaqətli dost... - O, həm də siyasi şərhçidir
09:59, Bu gün
Bakıda döyüş tətbiqinə yararlı əl qumbarası və UZRQM partladıcısı aşkarlanıb
09:58, Bu gün
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
09:55, Bu gün
Əli Nağıyev: Daşaltı əməliyyatında itkin düşmüş daha 73 nəfərin adı yaxın günlərdə açıqlanacaq
09:54, Bu gün
Ötən il DTX 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb
09:52, Bu gün
Bu meyvələr iştahı azaldır
09:43, Bu gün
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
09:40, Bu gün
Dörd rayonda qaz olmayacaq
09:40, Bu gün
Messi karyerasını nə vaxt bitirəcək? - Özü açıqladı
09:37, Bu gün
Naxçıvanda avtomobil yolunda uçqun olub
09:33, Bu gün
"Yaz günəşi yer səthinə daha yaxın olduğu üçün zərərləri daha çoxdur"
09:31, Bu gün
Energetika Nazirliyində kollegiya iclası keçirilib
09:30, Bu gün
Martın 30-da uşaq bağçalarına müdir vəzifəsinə qəbulun test imtahanı mərhələsi keçiriləcək
09:28, Bu gün
Şakira məşhur aktyorla nahar edərkən fotokameralara tuş gəlib - FOTO
09:27, Bu gün
Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü
09:26, Bu gün
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
09:20, Bu gün
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
09:17, Bu gün
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
09:07, Bu gün
Tokayev: Dünyanın yeni çoxtərəfli ticarət sisteminə ehtiyacı var
09:03, Bu gün
Podolyak: Terror aktında axtarılan “Ukrayna izi” Kremlə heç nə qazandırmır
09:02, Bu gün
Mask bir sıra “X” istifadəçiləri üçün “Premium”u pulsuz edəcək
08:50, Bu gün
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
08:28, Bu gün
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
GÜNLÜK
27 Mar 2024 | 15:45
Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən İLGİNC AÇIQLAMA
27 Mar 2024 | 15:18
Şirkətlərə niyə daha çox “Xanım işçi tələb edilir”?
27 Mar 2024 | 17:42
“Crocus”da baş verənlər bu ölkədə sevinclə qarşılanıb” - ŞOK!
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 18:44
Sumqayıtda xəstəxananın həyətində 33-36 həftəlik döl tapılıb, araşdırma aparılır - YENİLƏNİB-2
27 Mar 2024 | 16:20
Cavanşir Məmmədov: "Sən də vaxtında oxuyardın, olardın "briqadir" - VİDEO
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 15:40
Fələstin “kola”sı dünyanı fəth edir...-FOTOLAR
27 Mar 2024 | 16:40
Onlayn satılan saç serumları hansı xəstəliklərə səbəb olur? - VİDEO
27 Mar 2024 | 15:36
Bu gün Azərbaycanda Elm Günüdür...
HƏFTƏLİK
21 Mar 2024 | 17:32
Türkiyədən mesaj: “Zəngəzurdan marş oxuya-oxuya keçəcəyik”
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
27 Mar 2024 | 15:45
Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən İLGİNC AÇIQLAMA
27 Mar 2024 | 15:18
Şirkətlərə niyə daha çox “Xanım işçi tələb edilir”?
27 Mar 2024 | 17:42
“Crocus”da baş verənlər bu ölkədə sevinclə qarşılanıb” - ŞOK!
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 18:44
Sumqayıtda xəstəxananın həyətində 33-36 həftəlik döl tapılıb, araşdırma aparılır - YENİLƏNİB-2
27 Mar 2024 | 16:20
Cavanşir Məmmədov: "Sən də vaxtında oxuyardın, olardın "briqadir" - VİDEO
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 15:40
Fələstin “kola”sı dünyanı fəth edir...-FOTOLAR
27 Mar 2024 | 16:40
Onlayn satılan saç serumları hansı xəstəliklərə səbəb olur? - VİDEO
27 Mar 2024 | 15:36
Bu gün Azərbaycanda Elm Günüdür...