Tez-tez cəmiyyətdə belə fikirlər səsləndirilir ki, arada olan qısqanclıq və umu-küsü səbəbindən "Borçalı" Cəmiyyəti Azərbaycanda olan borçalıların hamısını bir yerə toplamaq gücündə olmadı. Görəsən, niyə millətimizin bu natamamlığı bu təşkilata da sirayət etdi? Hansı addımları atmaq lazımdır ki, hamını yumruq kimi birləşdirmək mümkün olsun?
"Borçalı"
Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Moderator.az-ın bu sualına cavabında deyir
ki, rəhbərlik etdiyi qurum heç də hamını
bir yerə toplamaq iddiasında deyil:
“Biz
könül insanlarının, iç dünyasında, ruhunda dəyərlər, millət, dövlət olan
insanların, özünü və cəmiyyət qarşısında məsuliyyətini dərk edən insanların
toplandığı təşkilatıq.Hədəflərimiz çox aydın, mübarizə metodumuz bəlli, cəmiyyətlə
açıq təmas qura-qura işimizi görürük. Heç kimin qarşısında öhdəliyimiz
yoxdur. Öz sözümüz, öz dilimiz, öz əlimiz var. Bir zamanlar milyon nəfərlər meydanlara toplanır,
könüllü döyüşə gedir, könüllü, təmənnasız milli mücahidlik edirdi. Öz sözü,
özünün müəyyənləşdirdiyi hədəflər var idi. O dəqiq qərarlar verir, milli
hakimiyyət qura, dövlət qura bilirdi. Erməni-rus hərbi birləşmələrini qabağına salıb
qovurdu. MİLLƏT KİMİ formalaşırdı. BAX
BİZİ ORADA SARSITDILAR,
Bizim millət olma şansmızı sarsıtdılar, bu cür mükəmməl bir prosesi
tormozladılar. Daxili və xarici
düşmənlər milli enerjimizi iç savaşa, qovğalara yönəltdilər. Milli pasionar enerji
daşıyıcıları olmazın təqiblərə məruz qaldı. Bir qismi sındı, bir qismi susdu, bir
qismi məhrumiyyətlərə məruz qaldı, bir qismi isə meydanlarda mübarizəsini davam
etdirməkdədir. Bu səbəbdən CƏMİYYƏTLƏŞƏ bilmədik. Natamamlıq hakimdir. Böyük
sistemlər, güclər xalqımızı Milli hədəflərdən
yayındırmaqdadırlar. Buna qismən nail olunub. Siyasi sistem düşmənlərin mühasirəsinə
salınıb. İnkişaf edə bilmir və ya qoymurlar.
Bu səbəblərdən hakimiyyət bölgüsü, demokratik təsisatlar inkişaf etmir,
qanun ali deyil və HÜQUQ DÖBLƏTİ QURA BİLMƏMİŞİK, Bu səbəblər milli şüura,
milli kimlik, milli bütöblüyə problemlər yaradır. İnsanlar bu cür cəmiyyətlərdə
biganələşir, ümidsizləşir,
milli hədəflərdən yayınır, apatik cəmiyyət yaranır. Elçibəyi düşmənlərin əli ilə
daş-qaqlaq edən cəmiyyət
itirdiyinin peşmançılığını yaşamaqdadır. Borçalılar da cəmiyyətimizin ayrılmaz bir hissəsidir.
Ona görə hərdən deyirəm ki, "ağır şərtlər altında fəaliyyətdəyik".
Amma bir şeyə çox
məmnunam. "Borçalı"ya gəlib gedənlər, küsənlər, daş atanlar, tələ
quranlar, onun-
bunun sözünü daşıyan, məkrli dairələrin planlarını həyata keçrmək istəyənlərin
bütün cəhdlərinə baxmayaraq təşkilatı iç savaşa sürükləmə planları puç oldu.
Ona görə ki, bu gün “Borçalı” Cəmiyyətinin üzvləri,
rəhbərliyi, dostları sədaqətli, fədakar milli dava insanlarıdır. Onlarla yol
getmək, iş görmək çox məmnunluq yaradır. İdarə Heyyətinin hər biri bir təşkilatdır.
Onlara təşəkkür edirəm. Biz uzun və incə bir yolu asta və usta gedirik.
Çoxlarına bu qədər maddi və hüquqi sıxıntılara sinə gərməyin mümkünlüyünü sübut
edə bildik. Hamını bir yerə yığmaq çağırışları fikrimcə çox yanlışdır. Yolu dərk
edənlərin və bu yolu könüllə gedənlərin vəhdətinə nail olmaq ən optimal yoldur. Bu
yoldayıq, gələn varsa dirsək göstərəsi də deyilik. Yetər ki, könlü saf olsun.”