Yanvarın 3-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 1,48 dollar və ya 1,6% azalaraq 1 barelə görə 93,96 dollar təşkil edib.
Yanvarın 3-də ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,89 dollar və ya 0,8% azalaraq 106,89 dollar olub."
Neft qiymətləri ötən həftə 106 dollara qədər geri çəkilib.
Aşağı istiqamətli bir qrafik müşahidə olunmasının başlıca səbəbi Libya'daki istehsal artımı olub.
Avropadakı neft qiymətlərinə təsir edənlər arasında , Şimali İraqdan Türkiyəyə neft axışının başlaması da iştirak edir.
Neft qiymətlərinin enişi, artan məzənnə qarşısında Azərbaycanın əlini bir miqdar da olsa rahatlaşdırar. Təbii qaz kontraktları da neft qiymətlərinə təsiri olduğu üçün, yalnız maye yanacaq deyil, təbii qaz bazarında da ucuzlaşma əks oluna bilər. Neft qiymətlərinin düşməsinin bəzi səbəbləri belədir:
1) Neft anbarları ümumiyyətlə ilin sonuna doğru eniş göstərər. Ancaq başda Teksas olmaq üzrə ABŞ-da istehsal qaya nefti miqdarının artması , ehtiyatların keçdiyimiz illərin ortalamasının üstünə çıxmasını təmin etdi. Digər tərəfdən Kanadadan yeni neft kəmərlərinin da dövrəyə girəcək olması, neft qiymətlərinin aşağı düşməsinə təsir edir.
2) ABŞ iqtisadiyyatından gələn yığışma siqnalları ilə dolların yüksəlməsi, neft qiymətlərinin düşməsində təsirinə səbəb oldu. ABŞ-dan gələn maliyyə yığışma siqnallarının əmtəə qiymətlərini yüksəltdiyi yazılarkən , bu enişin səbəblərindən birinin FED tərəfindən tətbiq olunan təhvil alışı proqramı olduğu vurğulanır. Digər bir arqument isə güclü dolların , neft qiymətlərində enişə səbəb olduğu bildirilir .
3) Yeni xam neft qaynaqlarının dövrəyə girəcəyi gözləməsi də neft qiymətlərini düşməsinə təsir edir. Libyadaki neft sahəsindən , dünya neft bazarlarına gündəlik 300 min barrel neft enjekte edilə biləcəyi ifadə edilir. Ancaq Libyadaki qeyri-sabitlik , istehsalın hələ köhnə ortalamalarının çox altında qalmasına səbəb olur. Libyadaki bir çox enerji təsisinin 2011 –ci ildən bu yana tam tutuma çata bilmədiyi yazılır.