Sumqayıtdakı “Cavid” və “Sumqayıt” Ticarət Mərkəzlərinin rəhbəri Nizami İsgəndərov arendatorlardan pul çıxartmağın yeni üsulunu kəşf edib. Bu barədə Moderator.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, iş adamı icarəyə götürdüyü mağazanı müəyyənləşən vaxtdan bir dəqiqə gec açan arendatorları 100 manat məbləğində cərimələdir: “Səhər saat 10 radələrində icarəyə götürdüyü mağazası açmayan arendatorun dükanı N.İsgəndərovun əməkdaşları tərəfindən qırmızı lentlə bağlanır. Bu o deməkdir ki, həmin mağazanı icarəyə götürən şəxs mağazanı gec açdığı üçün 100 manat miqdarında cərimə ödəməlidir. Mağazanı tez bağlayıb gedən arendatorlar da eyni şəkildə cəimələnir ki, bu da sözügedən arendatorlar tərəfindən ciddi narazılıqla qarşılanır. Arendatorlar hesab edir ki, mağaza sahiblərinə bu cür münasibət yolverilməzdir və bu, sabiq deputatın nizam-intizam adı altında əlavə pul qazanmaq vasitəsindən başqa bir şey deyil”.