“Müdafiə Nazirliyinə tabe müəssisələrdə ixtisarlar baş verə bilər”. Bu barədə Modertaor.az-ı özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, nazirliyə tabe müəssisələrdə bununla bağlı ciddi narahatlq müşahidə edilməkdədir: “Zakir Həsənovun müdafiə naziri postuna təyin edilməsindən sonra nazirlikdə ciddi kadr islahatları həyata keçirildi ki, bu islahatlar istər cəmiyyət, istərsə də nazirlik daxilində birmənalı qarşılanmadı. Lakin bütün hallarda baş verənlər ali zabit elitası xaricində digər hərbçilərin yaşam və fəaliyyətinə təsir göstərmədi. Lakin son günlər nazirliyə daxil olan müəssisələrdə mühüm ixtisarların həyata keçirilməsi gözlənilir ki, bu da yüzlərlə hərbi qulluqçunun işsiz qalması deməkdir. Məhz bu səbəbdən də ixtisarlarla bağlı gözlənti Müdafiə Nazirliyinə tabe müəssisələrdə ciddi narahatlığa səbəb olmaqdadır”.
Mənbənin bildirdiyinə görə, ixtisarların daha çox maddi-texniki təchizat idarələrini əhatə edəcəyi gözlənilir.