Doğum evlərində ana südü əvəzinə, körpələr dərmanlardan asılı edilir
Oxunub: 4633
01 Jan 2014 | 13:07
Doğum evlərində ana südü əvəzinə, körpələr dərmanlardan asılı edilir
"Bu ilin əvvəlində övladımı 2 saylı Doğum Evində dünyaya gətirdim. Ağrılarım tutsa da, mənə uşağı qeysəriyyə kəsiyi ilə götürəcəklərini dedilər. Doğuş gerçəkləşəndən sonra özümü normal hiss etdiyim üçün, həkimlərə yalvardım ki, icazə verin uşağımı öpüm, heç olmasa ona toxunum, sonra aparın. Amma uşağın heç dırnağının belə mənə dəyməsinə imkan vermədilər. Bu azmış kimi, uşağı mənə 4-5 gün sonra əmizdirmək üçün verdilər. Onu da mənim təşəbbüsümdən sonra”. Bu sözləri Moderator.az-a açıqlamasında 2 saylı Doğum Evində ana olmuş Gülər Qasımova bildirdi.

“Yalvarsam da, uşağımı mənə vermədilər”

G.Qasımovanın sözlərinə görə, həkimlər bildirdiblər ki, reanimasiyada olduğu üçün övladına süd verə bilməz: “Amma reanimasiyada olsam da, uşağı ən azından qucağıma götürmək gücüm var idi. Üstəlik reanimasiyadan çıxandan sonra da uşağı əmizdirməyə vermədilər. Doğuşdan 4-5 gün sonra tibb bacılarımndan birindən uşağa süd verə bilib-bilməyəcəyimi soruşdum. Tibb bacısı sinəmə baxdı və dedi ki, südün var, verə bilərsən. Əslində mən deməmiş tibb bacıları, ya həkim özü deməliydi ki, uşağı əmizdirmək lazımdır. Belə çıxır ki, mən tibb bacısına deməsəydim, elə doğum evindən çıxana kimi oğluma uşaq qidası verəcəkdilər”.

G.Qasımova deyir ki, sonradan öyrənib ki, uşağı doğulan kimi ananın, sinəsinin üzərinə qoymaq lazımdır: “İnternetdən də oxudum ki, doğuş stolundaca uşaqla ana təmas etməlidir ki, uşaq ananın iyini alsın, ona öyrəşsin. Amma mənə uşağımı yalvarsam belə vermədilər, buna görə uşaq 2 ay mənə öyrəşə bilmirdi. Südüm də o qədər çox idi ki, məni incidirdi. Amma uşağı süni uşaq qidasına öyrətdiklərinə görə balam südümə yiyə durmadı. Həmişə arzulamışdım ki, uşağımı ana südü ilə böyüdüm...”

Gülər xəstəxanadan evlərinə tərxis olunandan bir müddət sonra evlərinə zəng gəldiyini dedi: “Telefonu götürdüm və bəlli oldu ki, “frisolac” uşaq qidasının satışı ilə məşğul olan firmadandırlar. Uşağa hansı uşaq qidasını yedizdirdiyimi soruşdular. Mən də uşağa elə doğum evində həkimin məsləhət gördüyü və orada da verilən frisolacın adını çəkdim. Xəstəxanada uşağa nə yedirzirdiklərini də soruşdular. Amma iş bununla bitmədi və dəfələrlə zəng edib dəqiqləşdirmə aparırdılar ki, uşağı nə ilə qidalandırıram”.

“Alo, uşağınıza nə yedizdirirsiniz?”

Qeyd edək ki, son illər ana olan bir neçə qadınla danışdıq və məlum oldu ki, onlar da müxtəlif doğum evində eyni aqibətlə qarşılaşıblar. Fərq yalnız uşaq yeməyinin markasında olub. Yəni hər doğum evində analara müxtəlif markada olan uşaq qidası təklif edilib. Amma uşağın anaya müxtəlif bəhanə ilə verilməməsi, ana südü ilə qidalandırmaya 2-3 gün sonra başlanması kimi məsələlər digər xəstəxanalarda da eyni ssenari üzrə gedib. Məsələn, Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki 4 saylı doğum evində ana olmuş adının çəkilməsini istəməyən müsahibimiz sözügedən doğum evində eyni aqibətlə qarşılaşıb. Müsahibimiz deyir ki, 2 və 3-cü övladını sözügedən doğum evində dünyaya gətirib: “Mənim uşaqlarımın ikisini də bildiyimə görə, 2 gün qlükoza ilə qidalandırdılar. Bəhanələri də o oldu ki, uşaq zəifdir, ana südü ilə qidalansa, beyninə qan sıza bilər. Həmin vaxt ana qorxu altında olur ki, uşağa nəsə ola bilər, buna görə də tələb edə bilmirsən ki, uşağı verin, özüm qidalandırım. Yəni analara psixoloji təzyiq olur ki, uşaq ölə bilər və s.”

Müsahibimiz bildirdi ki, xəstəxanadan gələndən sonra “Hipp” uşaq qidalarının satışı ilə məşğul olan firmadan evlərinə zəng gəlib və uşağın nə ilə qidalandığını soruşublar: “Mənə və digər analara da doğum evində məsləhət görülürdü ki, uşağa “Hipp” verək. Maraqlıdır ki, “Hipp”dən nə bilirdilər ki, mən ana olmuşam, yaxud telefon nömrəm onlarda nə gəzirdi? Buradan belə çıxır ki, xəstəxanadan mənim və digər anaların da ev nömrələrini “Hipp”ə verirlər. Bu da doğum evləri ilə süni uşaq qidaları satışı ilə məşğul olanların əlbir işləməsinə işarə deyilmi? Çünki mənim yatdığım doğum evində doğuş keçirən rəfiqəmə də eyni şirkətdən telefon zəngi gəlmişdi. Mənim və digər anaların da bir əlacı qalır ki, xəstəxananı məhkəməyə verək”.

Aldığımız məlumata görə, süni uşaq qidalarının satışı ilə məşğul olan firmalar hər süni qida qəbul edən körpəyə görə həkimlərə 10 manat verirlər. Uşağın həmin qida ilə qidalandığını dəqiqləşdirmək üçün isə yuxarıda da qeyd edildiyi kimi anaya zəng edirlər.

Baş pediatr məhkəməni məsləhət görür

Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, ölkənin baş pediatrı Nəsib Quliyev bizimlə söhbətində bildirdi ki, həkimlər və onlarla işləyən uşaq qidalarının satışı ilə məşğul olan firmalar analar tərəfindən məhkəməyə verilməlidir: “Uşaq anadan olandan 30-40 dəqiqə sonra mütləq ona ana südü verilməlidir. Yəni uşaq və anada problem yoxdursa, ağız südü deyilən ilk süd uşağa mütləq verilməlidir. Bu süd bioloji peyvənddir və uşaq üçün həyati vacib məsələdir”.

Qeyd edək ki, Elmi-Tədqiqat Pediatriya İnstitutunda bütün həkimlərin qapılarının üzərində yazılıb ki, “Dərman firmalarının nümayəndələrinin girişi qadağandır”.

Normal ölkələrdə doğuşdan sonrakı proseslər

Türkiyənin İstanbul-Marmara Universitetinin qadın xəstəlikləri və doğum uzmanı Nərmin Qəribova bizimlə söhbətində bildirdi ki, normal doğuş zamanı uşaq doğulan kimi ilkin müayinəsi tamamlanır, göbək ciyəsi kəsilib bağlanır və geyindirilir: “Bundan sonra uşağın bir problemi yoxdursa, ana doğuş stolundaykən uşaq onun qucağına verilir, sonra isə mama tərəfindən köməklik göstərilərək əmizdirilir. Bu zaman ana ilə uşaq arasında ilkin təmas qurulur, uşaq yeni mühitə tez alışır. Əmmə zamanı eyni zamanda döş giləsi stimulə edilərək süd hormonu prolaktinin ifrazını artırır, bu da süd əmələ gəlməsini tezləşdirir. Eyni zamanda ana döşündən ilk gələn “ağız südü” uşağı infeksiyalardan qoruyur, bağırsaq florasının əmələ gəlməsinə kömək edir. Uşaq ağız südünü əmdikdən sonra əgər uşaqda bir problem yoxdursa, ana ilə eyni otaqda qalıb hər ağladığında və ən azı 2 saatdan bir əmizdirilir”.

N.Qəribova əmizdirmənin anaya faydalarından da danışdı: “Uşaqlıq tonusunu artıraraq qanaxmanın miqdarını azaldır. Əgər uşağın çəkisi böyük deyilsə, yəni ana südü onu doyuzdurursa, məcbur qalınmadığı müddətcə uşağa əlavə qida verilməməlidir. Çünki əlavə qidanın dadı ana südünə görə daha şəkərlidir, uşaq onu yedikdən sonra ana südündən imtina edir. Üstəlik, butulkadan əmmək də döşdən asan olduğu üçün uşaq sonra döşü tutmur”.

Narkozun südə dəxli yoxdur

Qeyd edək ki, Azərbaycandakı bəzi doğum evlərində qeysəriyyə kəsiyi ilə uşaq dünyaya gətirən analara bəhanə gətirirlər ki, narkoz vurulub və buna görə uşağa 2-3 gün ana südü vermək olmaz. Ancaq uzaman həkim bildirdi ki, qeysəriyyə kəsiyi ilə doğuş zamanı ananın əməliyyatdan çıxıb uşağın yanına gəlməsinə qədər bir neçə saat vaxt keçir: “Ana otağa gələndən sonra ümumi vəziyyəti əl verirsə, övladını əmizdirə bilər. Yəni narkoz alması əmizdirmənin yubadılmasına səbəb olmur. Amma qeysəriyyə kəsiyi zamanı ana döşünə süd təbii doğuşdan daha gec gəlir. Buna görə də uşağa tez-tez ana döşü verilməlidir ki, südün gəlməsi tezləşdin”.

Onu da deyək ki, ana südü ilə bəslənən körpələr uşaq qidası ilə bəslənənlərlə müqayisədə körpə vaxtı infeksiyalara qarşı daha müqavimətli olurlar. Bundan əlavə, ana südü ilə qidalanan uşaqların sonrakı illərdə diabet, skleroz, ürək, uşaqlıq borusu xərçəngi kimi bəzi xəstəliklərə tutulma ehtimalı daha aşağıdır. Analara gəlincə, uşaq əmizdirən analarda gələcəkdə sümük əriməsi, döş, uşaqlıq, yumurtalıq xərçəngi kimi xəstəliklər daha az müşahidə olunur. Əmizdirən analar hamiləlik zamanı aldıqları artıq çəkini daha asan atırlar.

“Heç kim deyə bilməz ki...”

Səhiyyə Nazirliyinin əməkdaşı Səfayə Əhmədova bizimlə söhbətində bəzi doğum evləri ilə uşaq yeməyi distrübütorlarının əlbir işləməsinə inanmadığını dedi: “Uşaqlar üçün allergiya verməyən, orqanizminə düşən keyfiyyətli spesifik yeməklər var ki, həkim həmin markadan olan uşaq yeməyini yaza bilər. Yəni uşağın sağlamlığı baxımından süni uşaq qidaları yazıla bilər. Bu, məcburi deyil, həkimlər yalnız təklif edə bilərlər ki, uşağa bu qidanı alın. Amma hər şeydən öncə həkimlər məsləhət görür ki, uşağa ana südü verilsin”. Məsələ ilə bağlı yazımızda adı hallanan 2 saylı Doğum Evi ilə də əlaqə saxladıq. Doğum evinin baş həkimi Mehriban Abbasquliyeva bildirdi ki, sözügedən doğum evində uşaqlara öncə ana südü məsləhət görülür: “Heç kim deyə bilməz ki, uşağa hansı uşaq qidası lazımdır. Yalnız zərurət, həkim təyinatı olanda uşağa ana südü deyil, uşaq qidası verilməsi məsləhət görülə bilər”.

Qanunla pediatrla distrübütor şərik olmamalıdır

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bizimlə söhbətində qeyd etdi ki, Azərbaycan Respublikasının qanununda və ölkəmizin qəbul etdiyi beynəlxalq kodeksdə birmənalı şəkildə pediatrların körpə qida istehlakçılarının distribüterləri ilə əməkdaşlığına qadağa qoyulur: “Hətta, belə istehsalçılar pediatrları konfranslara, yığıncaqlara, gəzintilərə göndərmək üçün sponsorluq edə bilməzlər. Bunların hamısı qanunla qadağandır. Eyni zamanda, qanunla doğum evlərində, qadın məsləhətxanalarında körpə qidalarına dair heç bir yazılı məlumat olmamalıdır. Lakin Azərbaycandakı vəziyyətə nəzər salsaq görərik ki, pediatrların əksər hissəsi körpə qidaları distribüterlərinin şərikləridir, onun yayımı, satışı ilə məşğuldurlar. Təsadüfi deyil ki, Azərbaycanda ana südü ilə əmizdirmə faizi bir çox ölkələrdəkindən çox-çox geri qalır. Bu problem yaşanır və bizim də əlimizdə materiallar var ki, körpə qidası distribüterləri həkimləri maliyyələşdirir, onları beynəlxalq konfranslara, gəzintilərə göndərir. Bu, isə qanunla qadağandır”.

Uşaq qidaları ilə necə mübarizə aparmalı?

Müsahibimiz Günay də doğum evində yalnız 3 gündən sonra uşağına ana südü verməyə icazə verilib: “Gec verdiyimə görə övladım ana südü istəmirdi. Üstəlik, mənim də südüm çox az idi. 20 gün qızıma az miqdarda ana südü, həm də doğuşum gerçəkləşən xəstəxananın həkimlərinin məsləhəti ilə “Hipp” verirdim. Amma 20 gün sonra süni uşaq qidasını kəsdim. “Hipp”i kəsdiyim üçün uşaq çox əsəbiləşirdi, yuxusunda problem yarandı, ancaq sona qədər dözdüm və südüm də çoxaldı. Beləliklə, uşağa 7 aylığına kimi yalnız ana südü verdim. Digər analara da məsləhət görürəm ki, həkimlər “südün yoxdur, əşi, uşaq qidasını ver getsin” desələr də, türklər demiş “pəs” etməsinlər, bezməsinlər. Əgər mənim kimi sonuna qədər mübarizə aparsalar, körpələrini ana südü ilə böyüdə bilərlər."

Xəyal Əzizov
Oxşar xəbərlər
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
18 Apr 2024 | 21:35
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
18 Apr 2024 | 21:33
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 21:15
Abşeronda oğlan özünü yandırdı
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
18 Apr 2024 | 21:02
İranın Rusiyadakı səfiri: İsrail yenidən hərəkətə keçsə, daha ciddi cavab veriləcək
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 20:52
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
18 Apr 2024 | 20:47
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
18 Apr 2024 | 20:33
Fransada uşaqları küçədə bıçaqladılar
18 Apr 2024 | 20:25
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
18 Apr 2024 | 20:17
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:13
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi - TƏFƏRRÜAT
18 Apr 2024 | 20:09
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
18 Apr 2024 | 20:01
Azərbaycanda yeni mərkəz yaradıldı və rəhbər təyin edildi - FOTO
18 Apr 2024 | 19:55
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
18 Apr 2024 | 19:42
Sülhməramlıların regiondan çıxması, Azərbaycanın hədəflərə doğru uğurla getməsi - Deputat şərh etdi + FOTO
18 Apr 2024 | 19:26
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
18 Apr 2024 | 19:19
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
18 Apr 2024 | 19:03
Həddindən artıq duz olan QİDALAR
18 Apr 2024 | 19:01
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
18 Apr 2024 | 18:55
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
18 Apr 2024 | 18:53
İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb
18 Apr 2024 | 18:35
Mediasiyanın imkanları...
18 Apr 2024 | 18:15
Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 18:10
Qızlarla müqayisədə oğlan abituriyentlərin buraxılış imtahanının nəticələri niyə zəifləyib? - VİDEO
18 Apr 2024 | 17:58
Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılacaq
18 Apr 2024 | 17:55
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 17:42
Başlıbel qətliamının şahidi: “Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər” - VİDEO
18 Apr 2024 | 17:37
Dron hücumları Rusiyanın dizel ixracını 25 faiz AZALDIB
18 Apr 2024 | 17:34
Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir
18 Apr 2024 | 17:32
“Rəsmi Paris öz maraqlarını beynəlxalq hüquq və ədaləti pozmaqla təmin etməyə çalışır”
18 Apr 2024 | 17:24
Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO
18 Apr 2024 | 17:22
Sabiq nazir həbsdə qaldı
18 Apr 2024 | 17:21
Azay Quliyev Almaniyaya səfər edəcək
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 16:36
ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:20
“İki dövlət, bir millət” anlayışı ilə birləşdiyimiz Azərbaycanı dəstəkləyirik - Türkiyə MN
18 Apr 2024 | 16:18
"Azəriqaz"ın baş direktoru Ağdamda vətəndaşları qəbul edib
18 Apr 2024 | 16:16
Bayden dayısının cəsədinin itkin düşməsində adamyeyənləri günahlandırıb
18 Apr 2024 | 16:06
Almaniya prezidenti Türkiyəyə özü ilə dönər gətirəcək - 60 kilo...
18 Apr 2024 | 16:02
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
18 Apr 2024 | 15:56
Gürcüstan prezidenti qanun layihəsinə veto qoydu
18 Apr 2024 | 15:54
İran İsrailin nüvə mərkəzlərinə zərbə endirəcəyi ilə hədələyib
18 Apr 2024 | 15:52
Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib
18 Apr 2024 | 15:40
"Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir"
18 Apr 2024 | 15:36
“Yaz xəstəlikləri” nəyə deyilir? - Professor ehtiyatı əldən verməməyi tövsiyə edir
18 Apr 2024 | 15:31
Zəngilanda silah-sursat aşkarlanıb
18 Apr 2024 | 15:23
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
18 Apr 2024 | 14:53
"Üzümdə əməliyyat etdirməmişəm"
18 Apr 2024 | 14:51
Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
18 Apr 2024 | 14:19
AŞPA Rusiya prezidenti Vladimir Putini qeyri-legitim elan edib
18 Apr 2024 | 14:15
"Ermənistan Qərbin əlində Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması alətinə çevrilib" - Zaxarova
18 Apr 2024 | 14:11
Xalq artistindən həmkarlarına ağır sözlər: “Onların yiyəsi yoxdur, sırtıqlaşıblar”
18 Apr 2024 | 14:08
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
18 Apr 2024 | 14:07
Kahramanmaraşda ZƏLZƏLƏ
18 Apr 2024 | 13:54
Amerikalı rəsmi İsrailin İrana hücum tarixini açıqladı
GÜNLÜK
18 Apr 2024 | 08:00
Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI...
18 Apr 2024 | 07:53
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 08:48
“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO
18 Apr 2024 | 08:44
Azərbaycanla Rusiyanı üz-üzə qoymaq istəyənlərə göz dağı
18 Apr 2024 | 09:13
Vanqa illər öncə İran və İsrail haqda bunu demişdi - Daha nələr olacaq?
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 08:42
Hamamda mahnı oxumağı sevən ÜÇ BÜRC
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 08:00
Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI...
18 Apr 2024 | 07:53
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 08:48
“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO
18 Apr 2024 | 08:44
Azərbaycanla Rusiyanı üz-üzə qoymaq istəyənlərə göz dağı
18 Apr 2024 | 09:13
Vanqa illər öncə İran və İsrail haqda bunu demişdi - Daha nələr olacaq?
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 08:42
Hamamda mahnı oxumağı sevən ÜÇ BÜRC