Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə YAP-ın Gəncə Şəhər Təşkilatının Qərargahında Gəncədə fəaliyyət göstərən media nümayəndələri ilə görüş keçirilib. Moderator.az-a daxil olan məlumata görə, YAP-ın Gəncə Şəhər Təşkilatının sədri Naqif Həmzəyev və Gəncə Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Ruslan Qardaşov tədbir iştirakçılarına Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin təbriklərini çatdıraraq, jurnalistlərin şəhərimizdə aparılan abadlıq-quruculuq işlərinin, geniş vüsətli tərəqqinin, insanların yüksək həyat tərzinin, hər gün baş verən yeniliklərin operativ və fəal şəkildə işıqlandırılması istiqamətindəki rolundan danışıblar.
Tədbirdə Azərtac-ın müxbiri Sabir Əliyev, “Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqova, AzTV-nin bölgə müxbiri Əhməd Qədiroğlu, İnter.az saytının əməkdaşı Qalib Rəhimli, “Yeni Gəncə” qəzetinin redaktoru Süsən Tağıyeva və başqaları çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin jurnalistlərə göstərdiyi diqqət və qayğıya, şəhər rəhbərliyinin bu şərəfli ənənələri uğurla həyata keçirməsinə görə dərin minnətdarlıqlarını bildirib, bundan sonra da bu etimadı layiqincə doğruldacaqlarını, vətənimizin, eləcə də şəhərimizin inkişafında əllərindən gələni əsirgəməyəcəklərini bəyan ediblər.
Tədbirin sonunda Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən media nümayəndələrinə Fəxri fərmanlar və qiymətli hədiyyələr verilib.
Seymur